Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Prezident Administrasiyası son həftələrin ən gərgin məsələlərinə münasibət açıqladı…

Image


“Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Amma təəssüflər olsun ki, AŞ PA və digər belə qurumlar ədaləti kiçik geosiyasi maraqlara qurban verir”. “Trend”-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov jurnalistlərə deyib.

N.Məmmədov bildirib ki, ədalətin olmadığı yerdə Qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz: “Ədalət yoxdursa, insan haqları, azadlıqları məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların ədalətli olmasını istəyir: “Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür. Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir”.

N.Məmmədov qeyd edib ki, XXİ əsrdə, insan intellektinin ən yüksək həddə inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasında baş verən proseslər göz önündədir: "İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, amma bu barədə danışan yoxdur. Bu proseslər öz-özünə baş vermir. Belə olan halda isə təkcə bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər. XX əsrdə iki dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".

N.Məmmədov Azərbaycanın Avropa Şurasından (AŞ) çıxıb-çıxmaması məsələsi haqqında da danışıb: "Söhbət ondan gedir ki, buna Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir və lazım bildiyi zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər. Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz".

Sarkisyan həmsədrlərin yanında söz verdi və sözündən qaçdı…

Ermənistan Prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşdən sonra səsləndiriləcək bəyanatla razılaşdı, ancaq görüşdən sonra ağlına gələni deyir.

N.Məmmədov bildirib ki, S.Sarkisyan tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib: “Azərbaycan Prezidenti, digər dövlət rəsmiləri Ermənistanın dövlət başçısına cavab verdi. Sarkisyan həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, amma görüşdən çıxandan sonra riyakarlıq edir, başqa cür danışır. Əgər Ermənistan Prezidenti bununla razı deyildisə, görüşdə bunu bildirə bilərdi, deyərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra bildirəcək. Bu halda ona xalqının inamı necə olacaq? O, xalqının inkişafını, rifahını necə təmin edə biləcək? Həmsədrlər əvvəlcə söz verib sonra başqa addım atan prezident barədə nə düşünürlər?! Əgər dövlət başçısı kimi statusun varsa, belə riyakarlıq etmək, yalan danışmaq olmaz. Danışdı, cavabını da aldı".

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Ermənistan xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb: "Ermənilər ölkələrini tərk edirlər. Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir".

Erməni separatizminə göz yumdunuz və nəticədə…

“Bu gün dünyada mövcud olan münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsi deyil, xüsusən Qərb dövlətlərinin apardıqları siyasətin nəticəsidir” – deyən N.Məmmədov bildirib ki, artıq bu, bumeranq kimi Avropanın özünə qayıdır: "Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur. Onlar əvvəlcədən ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün artıq bu gün belə problemlərlə üzləşirlər. Hazırda bu problemlərlə üzləşən ölkələrə vaxtında deyirdik ki, gəlin, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizə deyirlər ki, separatizmə qarşı mövqe bildirin. Bu günlərdə İtaliyanın iki vilayəti iqtisadi müstəqillik istədi. Bu, ilk addım ola bilər. Böyük Britaniyanın da Şimali İrlandiya, Şotlandiya kimi problemləri var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb".

Prezidentin köməkçisi əlavə edib ki, 1990-cı illərin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hallar var: "Əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə zamanında ədalətli həll olunsaydı, bəlkə də bu gün bu münaqişələrin çoxu olmazdı".

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı beynəlxalq ictimaiyyətə ünvanlanan bir mesaj idi

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı təkcə Azərbaycana lazım olan bir çıxış deyildi. Bu, beynəlxalq ictimaiyyətə, beynəlxalq birliyin üzvlərinə ünvanlanan bir mesaj idi” – deyən Novruz Məmmədov qeyd edib ki, son bir neçə onillikdə beynəlxalq aləmdə vəziyyət çox dəyişib, çox gərginləşib, ölkələr arasında, müəyyən regionlarda sabitlik, təhlükəsizlik pozulub və sabitliyi, təhlükəsizliyi, davamlı inkişafı təmin edən dünya düzəninin də bu gün hələ ortaya çıxarılması bir problemə çevrilib: "Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı o deməkdir ki, bu yolla getmək düzgün deyil. Bu nə münaqişələrin həllinə, nə də sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına töhfə verir. Ona görə də ikili standartlardan, yalan, qərəzli mövqelərdən əl çəkmək lazımdır. Bu baxımdan Azərbaycan Prezidentinin çıxışı dünya birliyinə bir mesaj idi. Bu gün dünyanın böyük ölkələri arasında böyük gərginliklər var. Axırı necə olacaq - dəqiq proqnoz vermək çox çətindir".

Onun sözlərinə görə, bundan əvvəl Azərbaycanın çox böyük rolu oldu ki, Rusiya-Türkiyə münasibətləri əvvəlki yaxşı vəziyyətinə qayıtsın: "Belə hallar çoxdur. Bu mənada Azərbaycanın beynəlxalq aləmdə çox böyük yeri var".

Azərbaycanın D-8 təşkilatına üzvlüyündə heç bir problem yoxdur

Prezident İlham Əliyevin İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşünə dəvət olunması Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin həmişə belə yüksək səviyyədə olduğunu, xüsusi əlaqələr olduğunu nümayiş etdirir.

Bunu da Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib. N.Məmmədov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə "Böyük iyirmiliy"in (G-20) Zirvə görüşünə də Azərbaycanı xüsusi qonaq kimi dəvət etmişdi: “O zaman Türkiyənin bir dövləti dəvət etmək ixtiyarı var idi və Türkiyə Prezidenti də Azərbaycanı dəvət etmişdi. Elə D-8 sammitində də Türkiyə Prezidenti Azərbaycanı seçdi. Buna əslində təbii baxmaq lazımdır, çünki Azərbaycan doğrudan da inkişaf etmiş ölkələrin sırasındadır. Hətta bir sıra nailiyyətlərinə, parametlərinə görə onların çoxundan irəlidədir. Bir nümunə deyim. Bilirsiniz ki, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyanın 35 ölkəsi arasındadır. Bir müddət əvvəl 37-ci yerdə idi və artıq iki addım irəliləyib. Bunu biz müəyyənləşdirmirik, bunu Davosun öz analitik mərkəzi müəyyənləşdirir. Bu nöqteyi-nəzərdən Azərbaycanın D-8 sammitində iştirakının həm Azərbaycan, həm də həmin dövlətlər üçün böyük əhəmiyyəti var idi”.

N.Məmmədov vurğulayıb ki, Zirvə görüşündə müzakirə olunan məsələlər, qarşıda duran vəzifələr, eləcə də əməkdaşlıq əlaqələrinin və digər əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı gedən söhbətlərdə, fikir mübadiləsində Azərbaycan Prezidenti də iştirak etdi: “Azərbaycanın artıq belə məsələlərdə yeri, rolu, mövqeyi görünür, bilinir və nəzərə alınır. Azərbaycan kiçik dövlət olsa da, təkcə region səviyyəsində deyil, beynəlxalq miqyasda bəzən vasitəçilik, bəzən də iştirakçı və təşəbbüskar kimi rol oynayır. Bu, çox vacibdir. Bizim region çox mürəkkəb regiondur. Burada gedən proseslər dünyanın bütün ölkələrini narahat edir. Azərbaycan həm iqtisadi cəhətdən inkişaf etmiş dövlətdir, həm də siyasi mövqeyinə, yerinə görə, beynəlxalq aləmdə tutduğu mövqeyə, statusa görə çox böyük əhəmiyyəti olan dövlət hesab edilir. Ona görə də Azərbaycan Prezidenti orada iştirak edərək həm Azərbaycanla bağlı vəziyyət, indiyə qədər atdığı addımlar, eyni zamanda beynəlxalq aləmdə gördüyü işlər barədə, o cümlədən islamofobiyaya qarşı mübarizə, İslam həmrəyliyi istiqamətində atdığı addımlar və münaqişə ilə bağlı məzmunlu və diqqətəlayiq çıxış etdi və orada da hamının alqışları ilə qarşılandı”.

N.Məmmədov vurğulayıb ki, ümumiyyətlə, D-8 güclü bir təşkilatdır, burara üzv ölkələrin bir milyard yüz milyona qədər əhalisi var, aralarında əmtəə dövriyyəsi 100 milyard dollardan artıqdır: “Zirvə görüşündə söhbət təşkilatı daha da gücləndirməkdən, əmtəə dövriyyəsini daha da artırmaqdan, eyni zamanda, dünyada gedən proseslərin, münaqişələrin həllində daha fəal iştirak etməkdən gedirdi. Orada Myanmada Rohinca müsəlmanlarının qaçqın düşməsi ilə bağlı fikir mübadiləsi də aparıldı ki, onlara kömək etmək lazımdır. Yəni dostluq, qardaşlıqdan başqa, Azərbaycanın Zirvə görüşündə iştirak etməsinə bir ehtiyac da var idi. Sammitdə edilən çağırışlardan biri də o idi ki, bu qurum daha böyük ola bilər. D-8 təşkilatı gələcəkdə D-20, D-40 ola bilər. Yəni təşkilatın qapıları açıqdır və Azərbaycanın burada iştirak etməsini təbii hal kimi qəbul edirəm. Bu da gələcəkdə konkret özünü göstərəcək”.

PA rəsmisi Azərbaycanın bu təşkilata üzvlüyündə heç bir problem görmədiyini diqqətə çatdırıb: “Eşitmişəm ki, belə bir təklif olacaq. Azərbaycan bununla bağlı öz mövqeyini bildirəcək”.

AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib…

“AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib” – deyən N.Məmmədov qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli bir qurumdur: "AŞ PA iki ölkəni qəbul edib, lakin onlardan biri digərinin ərazilərini bütün bu illər ərzində işğal altında saxlayır. AŞ PA-dan bunu tələb etmək lazımdır ki, sən ədalətli bir qurumsansa, ədalət tərəfdarısansa, niyə bununla bağlı heç bir söz demirsən, heç bir qərar qəbul etmirsən?! AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Azərbaycan isə inkişaf edir, böyük nüfuzu var, ölkənin münaqişədə olmasına baxmayaraq, sabitliyini, təhlükəsizliyini, davamlı inkişafını necə lazımdır təmin edir, regionda, beynəlxalq aləmdə nüfuzu artır".

O əlavə edib ki, Azərbaycan kiçik bir dövlət olsa da, Şimal, Cənub, Şərq, Qərb kimi mühüm dəhlizlərin, yəni İpək Yolunun yenidən bərpa olunmasında həm təşəbbüskardır, həm iştirakçıdır, həm də aparıcı bir rol oynayır: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu – bütün bunların hər biri Azərbaycanın 26 ildə həyata keçirdiyi böyük işlərdir. Dünyanın ən böyük dövlətləri belə, bu cür miqyasda işlər görməyiblər. Bütün bunlar Azərbaycanın beynəlxaq aləmdə yerini, rolunu göstərir. Bu isə çox təəssüflər olsun ki, Qərbdə bəzi dairələrin xoşuna gəlmir. Axtarırlar ki, hansısa yolla bir şey desinlər, bir fikir söyləsinlər. Azərbaycan ərazilərini 25 ildən artıqdır ki, işğal altında saxlayan işğalçı Ermənistan haqqında isə bir dəfə də olsun söz demirlər, amma Azərbaycanla bağlı balaca bir söhbət olan kimi danışırlar".

Prezidentin köməkçisi bildirib ki, bu gün Myanmada Rohinca müsəlmanları ilə bağlı böyük bir insan faciəsi baş verir: "Bir neçə gün əvvəl "Euronews" telekanalı Rohinca müsəlmanları ilə bağlı faciəni zəmanəmizin ən böyük faciələrindən biri kimi dəyərləndirdi. Bu həqiqətdir. Amma bu faciəni kimlər törədib, hansı ölkədə baş verir?! Bu faciə Qərbin uzun illər müdafiə etdiyi, həbsxanadan azad etdiyi Nobel sülh mükafatı laureatı, Myanma xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çjinin indi rəhbər olduğu ölkədə baş verir. Bu hüquq müdafiəçisi faktiki olaraq ölkənin lideri, baş naziri vəzifəsindədir. Amma Qərb Rohinca müsəlmanları ilə bağlı məsələyə sərt, qəti mövqe bildirmir. 1990-cı illərin əvvəlindən Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bu illər ərzində Azərbaycanda baş verənləri niyə əsrimizin ən böyük faciələrindən biri kimi qiymətləndirmirdilər? Bu, bir nümunədir. Bəli, Rohinca müsəlmanlarına qarşı törədilənlər böyük faciədir, amma Azərbaycan haqqında bir dəfə də bunu deməyiblər. "Euronews" telekanalı da susanların sırasındadır. Azərbaycanda bir insanın hüququnun pozulduğu iddia olunsa, bu barədə aylarla danışıb yazacaqlar. Amma 1 milyon qaçqın və məcburi köçkünlərlə bağlı bəzən dilucu danışan da tapılmır. Bu, qərəzli, ikili standart deməkdir. Dünyada sabitliyə, təhlükəsizliyə mane olan məhz belə hallardır. Azərbaycana qarşı belə hallara tez-tez yol verilir".

Baki-xeber.com




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ