Məhərrəm Zülfüqarlı: “Vətəni, dövləti olmayan xalq necə deyə bilər ki, bizim Klikiyada çarlığımız, orta əsrlərdə Polşada yepiskopluğumuz olub?” Qasım Hacıyev: “Orta əsrlərdə Polşada və onun əhatəsində olan ərazilərdə erməni yepiskopluğu olmayıb” Həyat Məhərrəmova: “Fikrimcə, erməni saytlarının təqdim etdiyi tarixlər, hadisələr hamısı qondarmadır”
Erməni dəyirmanı yenə öz işindədir, yalan üyütməklə məşğuldur. Yalanlar, saxtakarlıqlar üzərində yaratdıqları tarix araşdırıldıqca, onların öz əleyhinə işləyir. Ermənilər hər gün pafoslu yalanlar danışmaqla, həqiqətdən kənar informasiyalar yaymaqla, əslində, özlərini aldadırlar.
Erməni mətbuatı yenə “erməni tarixi”nin qədimliyini gündəmə gətirir. Düşmən mediası bu günlərdə Polşa Senatının Polşa-Ermənistan dostluğunun 650 illiyi münasibətilə qətnamə qəbul etdiyini yazır.
Sözügedən qətnamədə qeyd edilir ki, guya erməni-polyak dostluğunun kökləri orta əsrlərə gedib çıxır. Hətta o da bildirilir ki, Polşa kralı III Kazimir erməni icmasının bütün hüquqlarının qorunması ilə bağlı guya həmin dövrdə fərman verib. Daha sonra yazılır ki, 1367-ci ildə Lvovda (bu şəhər o vaxt Polşa ərazisində yerləşib) erməni yepiskopluğu yaradılıb. Həmin ərazidə ermənilərin say çoxluğu təşkil etdiyini yazan erməni mətbuatı bildirir ki, guya Klikiyada erməni çarlığının süqutundan sonra onlar Polşaya köçüblər. Yazılanlara görə, 1402-ci ildə Polşa kralı II Vladislav Yaqaylo tərəfindən, həmçinin, ermənilərə Polşa və Litva ərazisində ticrarətlə məşğul olmaqla bağlı icazə verib.
Onu da bildirək ki, xəbər Polşanın xarici işlər nazirinin Azərbaycanda rəsmi səfərdə olduğu zaman yayılıb. Qeyd edək ki, Polşanın xarici işlər naziri oktyabrın 20-də Ermənistana səfər edib.
Polşa və Ermənistan dostluğunun 650 illiyi ilə bağlı Polşa Senatı tərəfindən qəbul edilən qətnamə haqqında danışan tarixçilər bildirirlər ki, bu qətnamə erməni lobbisinin təşəbbüsü, israrı ilə qəbul edilib. Həmişə saxtakarlıq yolunu tutan və başqa dövlətlərin torpaqlarına sahiblənməyə çalışan ermənilərin tarixdə öz dövlətlərinin olmadığını deyən tarixçilərin vurğuladığına görə, yazılanlar ermənilərin uydurmasından başqa bir şey deyil. Ermənistan və Polşa arasındakı dostluğun tarixinin 650 il olmasının saxta rəqəm olduğunu bildirən tarixçilər hesab edirlər ki, Polşa ilə Azərbaycan arasında daha sıx tarixi, mədəni, siyasi əlaqələr var, nəinki Ermənistanla Polşa arasında.
Tarixçilər hesab edirlər ki, həmişə digər xalqların tapdağı altında yaşayan ermənilərin orta əsrlərdə nə dövləti olub, nə də yepiskopluğu. Ümumiyyətlə, ermənilərin 19-cu əsrdən baş qaldırdığını, o dövlətə, bu dövlətə yarınaraq sığınacaq aldığını və məskunlaşdığı yerdə dərhal kilsə qurduğunu və icma yaratdığını deyən tarixçilərin sözlərinə görə, ermənilər orta əsrlərdə Polşa ərazisində çoxluq təşkil edə bilməzdi. Onların təxminən qaraçı həyatına bənzər həyat keçirdiyini deyən tarixçilərin fikrincə, ona-buna sığınan, tarixən satqınlıqla məşğul olan ermənilərin orta əsrlərdə hansısa bir dini icmasının olması mümkünsüzdür.
Tarix üzrə fəlsəfə doktoru, siyasi icmalçı Məhərrəm Zülfüqarlı bizimlə söhbətində bildirdi ki, Polşa Senatında məlum qətnamənin qəbul edilməsi birbaşa xristian təəssübkeşliyi və erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. O hesab edir ki, ermənilərin heç bir vaxt dövləti olmayıb və onlar çar Rusiyasına sığındıqdan sonra Azərbaycan torpaqları hesabına özlərinə dövlət qurublar: “Ermənilər tarixən heç bir dövləti olmayan, onun-bunun qoltuğunda yaşamağa adət etmiş qaraçılardır. Onların nə dövləti olub, nə də vətəni. Vətəni, dövləti olmayan xalq necə deyə bilər ki, bizim Klikiyada çarlığımız, orta əsrlərdə Polşada yepiskopluğumuz olub və s. Ermənilər Rumıniyada, Polşada yaşasalar da, bu o demək deyil ki, həmin toplum böyük xalqdır və onun hansısa bir dövlətlə əlaqəsi olub, dostluq körpüsü yaradıb. Mən bu qətnamənin qəbul edilməsini onlar arasında tarixi əlaqə kimi yox, bir xristian təəssübkeşliyi və erməni lobbisinin fəaliyyəti kimi qiymətləndirirəm. Tarixən ermənilər Rusiya imperiyasının bilavasitə əlaltıları olub. Polşa da Rusiyanın müstəmləkəsi olub. Bu baxımdan, onların Polşa ilə əlaqəsi ola bilərdi. İstənilən xalqın digər bir xalqla dostluq əlaqələri yarana bilər. Amma indiki vaxtda Polşanın bu addımı, qeyd etdiyim kimi, xristian təəssübkeşliyinin və erməni lobbisinin həyata keçirdiyi işlərin nəticəsidir. Dostluğa qalsa, Azərbaycan-Polşa əlaqələrinin tarixi daha böyükdür. Azərbaycan Xalq Cumhuriyyəti dövründə Polşanın burada nümayəndəliyi yerləşib, nümayəndəliyə konsul S.Rılski rəhbərlik edib. Bilirsiniz ki, bu gün ermənilər öz saxtakarlıqlarını ört-basdır etmək üçün hər şeyə əl atırlar. Eyni zamanda da böyük dövlətlərlə əlaqələrini genişləndirmək istəyirlər”.
Müsahibimiz hesab edir ki, Azərbaycan da, öz növbəsində, xarici dövlətlərlə daha mütəşəkkil, sıx əlaqə qurmalıdır ki, erməni saxtakarlığını ifşa etsin, onların həyata keçirdiyi işğalçılıq siyasətini bütün dünyaya tanıtsın.
Professor Qasım Hacıyev də bizimlə söhbətində Ermənistan mətbuatının təqdim etdiyi məlumatların tarixi saxtalaşdırmaq cəhdi olduğunu dedi. Q.Hacıyev orta əsrlərdə Lvovda erməni yepiskopluğunun mövcud olması ilə bağlı irəli sürülən iddianın əsassız olduğunu bildirdi. Professor Hacıyevin qeyd etdiyinə görə, tarixinin hansısa dönəmində hansısa xalqın nümayəndəsi başqa bir dövlətin ərazisində yaşaya bilər, amma bu o demək deyil ki, həmin ərazidə o xalqın dövləti olub, yepiskopluğu formalaşıb: “Ermənilərin vətəni olmadığına görə onlar müxtəlif yerlərə üz tuturdular. Bir qədər bu məsələni araşdırmışam. Ermənilər az sayda dünyanın ayrı-ayrı yerlərində yerləşiblər. Klikiyaya da gəliblər, Lvovda da olublar, amma onlar icma şəklində yaşamayıblar. Bir vaxtlar onlar Aralıq dənizi sahillərinə də gedib çıxmışdılar. Təbii, bunlar saxtakarlıqdan başqa bir şey deyil. Müsbət hal odur ki, erməni alimlərinin özləri öz yazdıqlarını təkzib edirlər. Erməni yepiskopluğunun mərkəzi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Fransada olub, burada onların fəaliyyəti daha güclü idi. Yepiskop öldürüldükdən sonra yepiskopluğun bir hissəsi Parisdə fəaliyyət göstərdi, bir hissəsini isə XX əsrin əvvəllərində Polşaya apardılar. Orta əsrlərdə Polşada və onun əhatəsində olan ərazilərdə erməni yepiskopluğu olmayıb. İndi ermənilər bunu deyirsə, bu, tarixi saxtalaşdırmağa xidmət edir. Onların o qədər yalanı var ki, bu da o yalanlardan biridir. Bilirsiniz, həmin dövrdə Polşada erməni yepiskoluğu ola bilməzdi. Bu uydurmadır. Bu gün onlar Şimali Qafqazda da, Rostovda da, Azərbaycan ərazisində də özlərinə “qədim tarix” düzəldirlər”.
Guya Klikiyada erməni çarlığının mövcud olduğu iddiasına cavab verən tarixçi onun da qondarma olduğunu, saxta yolla qurulduğunu, sonra isə iflasa uğradığını deyir: “Kilikiya erməni torpağı deyil ki. Ermənilər Aralıq dənizi sahillərindən Klikiyaya gəlmişlər, burada da saxta yolla guya özlərinə çarlıq qurmuşdular. Bütün bunlar erməni saxtakarlığına söykənir. Başqasının torpağında dövlət yaradan xalqın hakimiyyəti uzun sürmür. Erməni məsələsini araşdırdıqca, onların bütün saxtakar əməlləri üzə çıxır, bunu özləri də etiraf edirlər ki, özlərinə qondarma tarix yaradıblar. Amma fakt da budur ki, xristian mənbəyindən güc alan ermənilər hər cür saxtakarlığa əl atır, cilddən-cildə düşməyi bacarırlar. Onların dövlətləri də, yepiskopluqları da uydurmadır”.
Bu gün dünyanın bir çox yerində erməni diaspor təşkilatlarının aktiv fəaliyyət göstərdiyini deyən Q.Hacıyev bildirdi ki, erməni lobbisi fəaliyyətini ən zəif formada Polşada qura bilib. O hesab edir ki, ermənilər tarixi saxtalaşdırmaqla, əslində, öz mahiyyətlərini, işğalçılıq əməllərini ifşa edirlər.
Tarixçi Həyat Məhərrəmovanın fikrincə, erməni lobbisinin xarici ölkələrdəki aktiv fəaliyyəti nəticəsində verilən siyasi qərarlar heç də ermənilərə vurğunluğu əks etdirmir. Tarixçi bildirir ki, erməni lobbisi bir sıra dövlətlərdə özünə arxa-dayaq qazanmaqla, bu cür qətnamələrin qəbuluna nail olur. Tarixçinin qeyd etdiyinə görə, ermənilərlə polyaklar arasında heç bir dərin dostluq kökləri ola bilməz. Orta əsrlərdə Lvovda erməni yepiskopluğunun mövcudluğuna şübhə ilə yanaşan tarixçinin bildirdiyinə görə, ermənilər hər yerdə car çəkirlər ki, guya Osmanlı ərazisində yaşayıblar, vətənləri bura olub və s. “Bu xalqın necə saxtakar olduğunu bilmək üçün onların başbilənlərinin yazdıqlarını oxumaq və analiz etmək kifayətdir. Erməni nə boyda millətdir ki, dünyanın hər yerində onun tarixinin izi olsun? Ermənilərin nə dövləti olub, nə də mədəniyyəti. Onlar 19-cu əsrdən sonra üzə çıxmağa başlayıblar. Fikrimcə, erməni saytlarının təqdim etdiyi tarixlər, hadisələr hamısı qondarmadır. Polşa-erməni dostluğunun tarixinin 650 olması faktı ağlabatan deyil. Hesab edirəm ki, bu saxtadır” - deyə bildirən tarixçi qeyd etdi ki, əslində, Azərbaycan və Polşa arasındakı əlaqələrin tarixi daha etibarlı zəmin üzərində inkişaf edib.
Azərbaycan və Polşa arasındakı əlaqələrin qədim dövrlərdən mövcüd olduğunu deyən tarixçi bildirdi ki, Ermənistanda ermənidən və erməniləşdirilmiş, qriqoriyanlaşdırılmış yezidi kürdlərdən başqa xalq olmadığı halda, tarixən Azərbaycanda polyaklar yaşayıb. Onun sözlərinə görə, indi də Azərbaycan polyaklarının sayı 1000 və 2000 arasında dəyişir. İki dövlət arasında münasibətlərin tarixinə varan ekspert dedi ki, bu əlaqələrin tarixi XV əsrə gedib çıxır. Tarixi mənbələrə istinad edən tarixçi dedi ki, XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. Polyak Ledinski və azərbaycanlı Topçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar. Birinci Dünya Müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlib. Azərbaycan Xalq Cumhuriyyəti Polşa ilə sıx əlaqələr yaratmışdı və Məmməd Əmin Rəsulzadənin yoldaşı da milliyyətcə polyak olub.
Tarixçi onu da vurğuladı ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə Bakıda Politseyskaya küçəsi 15 ünvanında Polşanın nümayəndəliyi yerləşib, nümayəndəliyə konsul S.Rılski rəhbərlik edib. Tarixçi onu da vurğuladı ki, Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ilin fevral ayının 21-də qurulduğunu deyən ekspert hesab edir ki, bu gün də iki dövlət arasında siyasi, mədəni əlaqələr mövcuddur və tarixi dostluğumuz qorunur.
İradə SARIYEVA