Bazar günü günü, 15 noyabr 2026
     

Qarabağ prosesini müharibə variantına sürükləyən tərəfin Ermənistan olduğu Cenevrədən sonra daha birmənalı təsdiqlənir...

Image


İşğalçı Ermənistan rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri açıqlamalar yenə belə bir təsəvvür yaradır ki, İrəvan bu konfliktin sülh yolu ilə həllində o qədər də maraqlı deyil. Halbuki, bunun üçün Ermənistana beynəlxalq miqyasda da ciddi təzyiqlər var və tələb edilir ki, bu ölkə danışıqlar prosesində konstruktiv mövqe sərgiləsin. Amma hələ də müəyyən dairələrdən dəstək alan Ermənistan rəsmilərinin açıqlamaları bir qədər fərqli mənzərə yaradır.

Məsələn, Cenevrə görüşündən sonra İsveçrədəki erməni diasporunun nümayəndələri ilə görüşündə prezident Serj Sarkisyan yenə sərsəm bir mövqedən çıxış edərək bildirdi ki, zəbt olunmuş ərazilərin Azərbaycanın tərkibinə qayıtması mümkünsüzdür.

Oxşar mövqe  Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 4-cü Avropa erməniləri konfransında çıxışı zamanı da müşahidə olundu. Burada erməni nazir Qarabağın Azərbaycana məxsus olmaması ilə bağlı yenə sərsəm bir fikir səsləndirib. Düzdür, bunun cavabı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən kifayət qədər sərt formada verildi. Qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı bildirib: “BMT Təhlükəsizlik Şurasının  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edib. Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub. Ermənistan xarici işlər nazirinin bu məsələdə peşəkar davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı. Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını və diaspora ermənilərini çaşqın vəziyyətə salır”.

Beləliklə, real vəziyyətin təhlili göstərir ki, erməni tərəfinin açıqlamaları Qarabağ konfliktinin sülh yolu ilə çözümünü arxa plana atır və müharibə təhdidini artırır. Əslində, verilən açıqlamalarla yanaşı, erməni tərəfinin digər hərəkətləri də müharibəyə yol açacaq əlavə faktorlardan sayılır. Məsələn, məlumdur ki, Cenevrədə keçirilən prezidentlərin görüşündə qurbanların olmaması məqsədilə təmas xəttində gərginliyin azaldılması haqda razılaşma əldə olunsa da, ermənilər atəşkəs rejiminə əməl etmir. Yenə hər gün erməni hərbi birləşmələrinin atəşkəsi pozması halları qeydə alınır. Özü də yenə erməni hərbçilərinin həyatı bahasına. Elə Ermənistan mediasının məlumatına görə, atəşkəsin pozulması nəticəsində erməni hərbi birləşmələrinin 1998-ci il təvəllüdlü əsgəri Tiqran Xaçatryan məhv edilib. Faktiki olaraq, bu, Sarkisyan rejiminin razılaşmanı pozmasının nəticəsidir. Maraqlıdır ki,  Ermənistan ictimaiyyəti də hər ölən əsgərə görə Serj Sarkisyanın məsuliyyət daşıdığını düşünür. Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Ermənistan hakimiyyəti müharibədən qorxur, amma sülhün də sərf etmədiyini düşünür: “Çünki istənilən sülh variantında ərazilərin qaytarılması öz əksini tapacaq. Ancaq cəbhədə ölən hər əsgərə görə məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır. Biz Azərbaycan haqqında danışmırıq, çünki Bakının əraziləri qaytarmaq üçün mübarizəyə başladığı məlumdur”. Erməni şərhçi əlavə edib ki, cəbhədə “yoran müharibə” gedir və bu, Ermənistanı günü-gündən zəiflədir. Sarksiyan isə, belə vəziyyətdə daha çox əsgərin qurban getməsinə baxmayaraq, məsələnin sülh yolu ilə həllini uzadır.

Müharibəyə son qoymaq üçün hesab edilir ki, Ermənistana beynəlxalq təzyiqlər daha da güclənməli və bu məsələdə Rusiya ilə ABŞ əsas hərəkətverici qüvvə olmalıdır. Bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik də mümkün sayır: “ABŞ və Rusiya arasındakı gərgin münasibətlərə baxmayaraq, Qarabağ konflikti bizim Moskva ilə sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir. Rusiya Qarabağın sülh yolu ilə həllinə sadiqdir”. Uorlikin bu fikri ilə daha bir keçmiş amerikalı həmsədr Keri Kavano da razılaşıb. O da Rusiyanın bu prosesə çox əmək sərf etdiyini bildirib: “Rusiya 2016-cı ilin aprelində əsas oyunçu idi. Mənə elə gəlir ki, Rusiya hər zaman mərkəzi oyunçu olacaq. Müharibə ehtimalını ən aşağı həddə endirmək üçün tərəflərin əldə edilmiş razılıqları həyata keçirməsi zəruridir”. Amma yuxarıda qeyd olunduğu kimi, Ermənistan hələ ki, əldə olunan razılıqlara əməl etməyə tələsmir. Bunun nəticəsidir ki, cəbhədə atəşkəs yenə intensiv qaydada pozulur. Belə vəziyyət öz növbəsində məsələnin hərb müstəvisində çözülmə ehtimalını artırır. Real vəziyyətdən göründüyü kimi, bunun da bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Yaranmış durumda politoloq Fikrət Sadıqov da  hesab edir ki, Ermənistanla güc dilində danışmaq lazımdır: “Ermənilər işğal edilmiş əraziləri heç vaxt sülh yolu ilə geri qaytarmayacaq. İndiki şəraitdə görünən budur ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərb variantıdır. Azərbaycan problemin həlli istiqamətində bütün vasitələrdən istifadə edir və bundan sonra da etməyə hazırdır. Bu baxımdan da Azərbaycan ”Madrid prinsipləri” üzrə danışıqları davam etdirməli, iqtisadi və hərbi gücünü artırmalıdır. Bu, gələcəkdə tarixi İrəvan və Zəngəzur bölgələrini geri qaytarmağa imkan yarada bilər”.

Ermənistanda isə etiraf olunur ki, hərbi əməliyyatların yenilənməsi onlar üçün yaxşı heç nə vəd etmir. İlk növbədə ona görə ki, erməni ordusu ötən müddətdə xeyli zəiflədəyi halda, Azərbaycanda bunun tam əksi müşahidə edilir. Bura silah və sursatla təminatdan tutmuş ordunun döyüş qabiliyyti, şəxsi heyətlə təmin edilməsinə kimi hər şey daxildir. Ermənistanda orduda şəxsi heyətin çatışmazlığı artıq heç kimə sirr deyil. Hətta iş o yerə çatıb ki, Ermənistanın Müdafiə Nazirliyi psixoloji və ruhi travmadan əziyyət çəkən gəncləri hərbi xidmətə göndərir. Erməni mediası bu xüsusda belə bir məlumatı üzə çıxarıb ki, cari ilin iyul ayında Dağlıq Qarabağa həqiqi hərbi xidmətə göndərilən əsgər Mqer Arutyunyan bir neçə gündən sonra Xankəndi hərbi hospitalına aparılıb. Onun səhhətində ciddi problemlərin olduğu deyilir. Lakin konkret olaraq xəstələyin adı açıqlanmayıb. Əsgərin valideynləri bildirir ki, 18 yaşlı Mqerin əsəb sistemində problem var. Belə ki, psixoloji dispanserdə müalicə aldıqdan sonra Mqer hərbi xidmətə göndərilib. Onun anası bildirir: “Bununla bağlı müəyyən dairələrə məktub da ünvanlamışıq. Ancaq müraciətlərimizə cavab verilməyib. Onun psixoloji problemlərinin olması ilə bağlı sənədlər mövcuddur. Mənim oğlum xidmət edə bilməz”.  Digər bir faktı erməni əsgərinin anası Varsenik Baqdasaryan açıqlayıb. O qeyd edib ki, oğlu Akop psixoloji problemlərinin olmasına baxmayaraq həqiqi hərbi xidmətə göndərilib. Meqridə hərbi xidmət keçdiyi vaxt qəflətən vəziyyəti pisləşib və o, ağır durumda hospitala aparılıb: “7 aydan sonra oğlumu psixoloji dispanserdən evə gətirdim. Hərbi bilet verildi. Daha sonra əlillik dərəcəsi təyin edildi. Yekunda yazıldı ki, uşaqlıqdan psixoloji problemi olub. Psixoloji problemi vardısa, niyə xidmətə aparırdılar?”. Xatırladaq ki, Ermənistanda əsgər anaları hakim, kriminal rejimin idarəçiliyinə qarşı dəfələrlə etiraz aksiyası keçirib. Əsgər analarının bir çoxu övladlarının sağlamlığının təhlükə altında olduğunu bildirərək onları hərbi xidmətdən uzaqlaşdırmağa çalışır. Erməni mediası yazır ki, əslində, orduya yararsız gənclərin aparılmasına dair faktların sayı kifayət qədərdir və belə vəziyyət ordunun əsgər sarıdan ciddi problemlər yaşamasının göstəricisdir. Bu durumda meydana belə bir sual da çıxır ki, belə ordu ilə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında necə tab gətriləcək. Etiraf olunur ki, müharibə başlasa, bu, Azərbaycanın ötən ilin apreli ilə müqayisədə daha böyük qələbələr əldə etməsi ilə nəticələnəcək.  Ermənistanın  “ANYA” tədqiqatlar mərkəzinin direktoru Tatul Akopyan da vəziyyətin onların lehinə olmadığını bildirir. O, hələ genişmiqyasıl əməliyyatlar olmadan da erməni ordusunun itkilərinin çox olduğunu bildirir. Akopyan onu da qeyd edib ki, 2016-cı ildə “aprel müharibəsi”ndən sonra da Ermənistanın Müdafiə Nazirliyi, demək olar ki, hər gün hərbi qulluqçusunun ölməsi haqda məlumat yayır: “1994-cü ildən başlayaraq, ordudakı itkilərlə bağlı dəqiq məlumatları yalnız Müdafiə Nazirliyi yaya bilər. Lakin son illərdə bir sıra media orqanı, ictimai təşkilatlar monitorinqlər aparır, itkilər haqda danışırlar. Bu məlumatlardan hələ də itkilərin çox olduğu görünür. Ermənistan ordusunun döyüş qabiliyyəti də aşağı düşür. Bu gün övladını hərbi xidmətə yola salan analar hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə yetirərkən ölməsindən daha çox, orduda hökm sürən yerlibazlıq, əyyaşlıq, nizamnamədənkənar münasibətlər və zabitlərin özbaşınalığının qurbanı olmasından qorxur.  İslahatlar aparılmayanadək Ermənistan ordusu daha sürətlə tənəzzülə uğrayacaq”. Akopyan bildirir ki, Ermənistan ordusunda intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə artır. O, bu vəziyyətdə müharibənin Ermənistan üçün yaxşı olmayan sonluqla başa çatmaq ehtimalının kifayət qədər yüksək olduğunu da etiraf edir. Ermənistan mediası isə xidmət zamanı intihar edən, qaçan hərbçilərin ailələrinə təzyiq olunduğunu bildirir. Ölənlərə aid qeydiyyat kitabçaları, şəxsi gündəliklərin yoxa çıxması da adi hala çevrilib. Hesab edilir ki, hakimiyyəti bu addımı atmağa Ermənistan ordusu haqqında bir çox həqiqətlərin üzə çıxa bilmək qorxusu vadar edir. Hər halda, bütün bu qeyd edilənlər erməni ordusunda vəziyyətin yaxşı olmadığını göstərir. Buna rəğmən, erməni rəhbərliyinin Qarabağ məsələsində qeyri-konstruktiv mövqe sərgiləməsi qəribə və səriştəsizlik kimi xarakterizə olunur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ