Bazar günü günü, 15 noyabr 2026
     

Vahid əlifba və vahid türk dili

Image


Bu gün hər hansı bir Azərbaycan, Anadolu, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan türkündən “Koroğlu kimdir?”– deyə soruşsan, hamısı: “O bizim xalqın qəhrəmanıdır,”– deyər. Yəni hər bir türk Koroğlunu öz qəhrəmanı kimi görür...

Doğrusu, Azərbaycanda “Koroğlu” dastanını dinləyib yola çıxsanız və Anadoluda nəfəs alsanız, burada da “Köroğlu” dastanını dinləyə bilərsiniz. Buradan özbək, qırğız, qazax, türkmən elinə getsəniz, yenə də qarşınıza Koroğlu çıxar... Baxın, ayrı-ayrı bayraqlar altında yaşayan türklər qəhrəmanlarını belə paylaşa bilmirlər. Bu, millətin birliyindən irəli gəlir. Anadoluda yaşayan Anadolu türküdür, Azərbaycanda yaşayan Azəri türküdür, Qırğızıstanda yaşayan Qırğız türküdür, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda yaşayanlar xalis türkdür... Millət birdir! Biz soyu bir, dili bir, dini bir, tarixi bir, mədəniyyəti bir uca millətik. Təəssüflər olsun ki, hər hansı bir Anadolu türkü Qırğızıstana getdiyi zaman oradakı türklərlə bir-birini yüzdə 15-20% anlaya bilir. Hətta 1938-ci ildən əvvəl Anadolu türkləri ilə Azərbaycan türklərinin bir-birini yüzdə 75-80%  anlamasına baxmayaraq, sonralar bu rəqəm yüzdə qırxa enib. Doğrudur, sərhədlər açıldıqdan sonra bu gün bu rəqəm daha yüksəklərə qalxıb.

Bu yazdıqlarımızın səbəbini açıqlamaq üçün bizim 1938-ci ilin sonrasına dönməyimiz lazımdır. Çünki 1938-ci ildən sonra Türkiyədə Türk Dil Qurumunun başında duranlardan biri olan Akop Dilaçar adında bir erməni Mustafa Kamal Atatürk dünyasını dəyişdikdən sonra bu təşkilatı quruluş qayəsindən uzaqlaşdırmaqla kifayətlənməyib, elmi tanınmaz bir yola azdırıb. Nəticədə, əsli türk dilindən olmayan və türk dilinə uyğun gəlməyən yeni kəlmələr uydurulub, musiqi kimi səslənən türkcə kəlmələr dəyişdirilməyə başlanıb. Güya bu kəlmələr İslam mədəniyyətinin təsiri ilə gözəl türkcəmizə keçən ərəb və fars əsilli kəlmələrdir. Məsələn, “bağışlayın, üzr istəyirəm” yerinə, müsəlmanlara aid olmayan o qorxunc “pardon” kəlməsinin istifadə edilməsi, siz “mədəniyyət” deyil, “kültür” deyəcəksiniz, “mərmər” deyib, “mermer” yazacaqsınız kimi dəyişikliklər türk dili üzərində və türk cəmiyyətlərində dərin yaralar açıb. Gözəl məqsədlərlə qurulan Türk Dil Qurumunun çatısı altına sığınan pis niyyətli Akop və əlaltıları türk dili və qrammatikası üzərində böyük təxribatlar ediblər: Osmanlı dövlətinin xarici işlər naziri olan Norandukyanın təmsil etdiyi dövlətə qarşı törətdiyi təxribatlar kimi. Bu təxribatlar nəticəsində, qırğızla Anadolu türkü bir yana dursun, hətta baba ilə nəvə bir-birini anlaya bilməz hala gətirilib. Bu xəyanətin açdığı yara yazı dilini xeyli qarışdıraraq pozub. 1980-ci illərdə dayandırılan bu pozulmalar Türkiyə türkcəsindəki kəlmələrin sayını 40 minə qədər endirib. Şükürlər olsun ki, bu gün artıq bir aradayıq və nəyin nə olduğunu ortaya qoya bilirik. Artıq Türk Dil Qurumu tərəfindən 1996-cı ildə nəşr edilən orfoqrafiya lüğətindəki kəlmələrin sayı 61 min civarındadır. Bu da bir həqiqətdir ki, türk dünyası üçün ortaq əlifba qəbul edib türk boylarının önəmli kəlmələrini bir araya gətirdiyimiz zaman türkçəmizdəki kəlmələrin sayı 100 mini aşır.

Türk milləti nə zaman birləşib böyük dövlətlər qurubsa, müstəqil yaşayıb, hətta ətrafına hökm edib; nə zaman ayrılığa düşüb, bölünüb, parçalanıbsa, düşmənləri fürsəti qaçırmayıb, müxtəlif qarışıqlıqlar yaradıblar, – bu gün yaratdıqları kimi. Bu qısa tarix xülasəsindən ortaya çıxan budur ki, türk milləti mutləq bir araya gəlməli, hər hansı bir məsələnin həllində ortaq hərəkət etməlidir. Bu da hər şeydən əvvəl dil birliyindən ortaya çıxar. Yəni Adriatikdən Çin səddinə qədər olan sahədə yaşayan türk milləti eyni əlifbadan istifadə etməli, eyni dildə danışmalıdır. Beləcə, gözəl türkcəmiz bütün türk dövlət və cəmiyyətləri arasında birləşdirici rol oynayar, mədəni və iqtisadi inkişafda önəmli bir yer tutar.

Bir millətin ən böyük dayağı dilidir. Hər bir millət öz varlığını və birliyini dili ilə qoruyar, başqalaşmaqdan və dağılıb yox olmaqdan qurtular. Dil – milli dəyərləri təşkil edən mədəniyyətin ilk təməl ünsürüdür, bir millətin səs dünyası, düşüncəsinin aynası, milli kəşflərinin ortaq xəzinəsidir. Türk milləti bir bütündür. Coğrafi ayrılıqlar, dildəki ləhçə fərqlilikləri bu millətin fərdlərinə birlik mövzusunda mənfi təsir göstərməməlidir. Türk dili parçalanmış halda yaşayan türk millətinin fərdləri arasında ən güçlü bir bağ olmalıdır. Bakıdakı, Ankaradakı, Aşqabaddakı, Daşkənddəki və Astanadakı bir türk İstanbulda və Bişkekdə yayımlanan hər hansı bir kitabı rahatlıqla oxuya bilməlidir.

Köhnə türkcədən sonra türk yazı dili qərb və şimal-şərq türkcəsi olarak iki ana qola ayrılıb. Orta türkcə dövründə görünən bu ayrılma qərbdə Osmanlı və Azərbaycan türkcəsini ortaya çıxararkən, şimal-şərq türkcəsi də şimalda Qıpçaq, şərqdə Çağatay türkcəsini meydana gətirib. Bunlardan Osmanlı türkcəsi türklüyün uzunömürlü və kəsintisiz olan ən böyük yazı dilidir. Qərb türkcəsinin şərq dairəsini meydana gətirən Azərbaycan türkcəsi isə şifahi ədəbiyyatın və şeir ənənəsinin təsiri ilə varlığını sürdürüb.

XV əsrdən sonra ortaq türkcə yerini yeni türkcəyə verib. Bu dövrdə türklüyün bir əlifba sistemi olub. Bütün türk dünyası islami türk əlifbasından istifadə edib və bu əlifba ilə asanlıqla anlaşıb. Bu dövrün türkcəsi ən böyük dil yadigarlarını Osmanlı və Azərbaycan türkcəsi ilə verib. Ancaq türkcənin xarici və daxili quruluşundan dəyişməyə başlaması dildə müxtəlif axınların əmələ gəlməsinə səbəb olub.

Türk dünyasının yerləşdiyi coğrafiya dünyanın ən zəngin və ən gözəl bölgəsidir. Bu torpaqlarda olan yeraltı və yerüstü zənginliklər dünyanın heç bir yerində yoxdur. Babalarımızın bizə əmanət etdiyi topraqların yalnız təbii mənbələrini ağıllıca istifadə etdiyimiz təqdirdə illik milli gəlirimiz çox böyük rəqəmlərə yüksələr. Ancaq bu zənginliyə baxmayaraq, bu gün millətimiz təzyiq altındadır. Xeyr, mən bu halı türk millətinə yaraşdırmıram. Heç şübhəsiz, bunun səbəbi birliyimizin olmamasıdır. Belə məsələlərin həllində yalnız və yalnız özümüzə güvənməyimiz, güvənmək üçün güçlü, güçlü olmak üçün də birlikdə olmağımız şərtdir.

Biz türklər qloballaşma dövründə bugünün və sabahın tələblərinə yalnız türk birliyinin qurulması halında tam mənada cavab verə bilərik. Yəni biz türklər türk birliyini qurmalı, türk mədəniyyətini canlandıraraq türklüyümüzə layiq rifah içərisində yaşamalıyıq.

Bu qeyd etdiklərimizi ciddi-ciddi düşündüyümüz zaman belə bir sual ortaya çıxır: Türk dövlətləri müstəqil olduqları halda nə üçün türk dövlətlərinin birliyi yaranmadı? Heç şübhəsiz, bu sualın cavabı Türk dövlətlərinin ortaq ideologiyasının olmamasıdır. Əslində türk dünyasının birliyi üçün bir ideologiya, bu ideologiyanın təməlində isə dünyaya bir nöqtədən baxış sistemi olmalıdır. Yaxşı, bəs biz ortaq ideologiyamızı necə hazırlaya bilərik? Bax, bu sualı elm adamlarımız, tarixçilərimiz, yazıçılarımız, şairlərimiz bir-birinə verməli, bu önəmli məsələnin təməlini atmalıdırlar!.. Hesab edirəm ki, bu sualın cavabı türk dünyasının birlikdə hərəkət edib ortaq türk dilinin yaradılmasında və müəyyən strategiya ilə formalaşmasındadır.

Bu gün təxminən 11 milyon kvadrat kilometrlik geniş bir əraziyə, yəni Avropanın ərazisindən təxminən 3 dəfə çox olan bir əraziyə yayılan 275 milyonluq türk dünyası parça-parça halında yaşayır, mən türkəm deyir, kökünün türk olduğunu qeyd edir, bu ifadədən qürur hissi keçirir. Laylası, əfsanəsi, qəhrəmanı və tarix birliyi olan bu insanlar sabaha inamla baxır. Bu da bir həqiqətdir ki, türk cəmiyyətlərini ilk növbədə bir-birindən ayıran əlifba birliyinin olmamasıdır. Mən bütün türk cəmiyyətləri bu mövzuda ortaq razılığa gəlməlidir düşüncəsindəyəm. Əslində, bu işə Sovet İttifaqının dağıldığı gündən başlanmalı idi.

Yaxşı, biz türk dillərimi, yoxsa türk dilimi deməliyik? Bir çox tanınmış elm adamları bügünkü türk ləhçələrinə türk dilləri adını verir, onları ayrı-ayrı dil kimi göstərir. Aradakı fərqliliklər səs, şəkil və bəzi qrammatik xüsusiyyətlərə əsaslanır. Onu da qeyd edək ki, bu fərqlər ingilis dili ilə rus dili arasında olan fərqliliklər kimi deyil. Heç şübhəsiz, türk dilləri arasındakı fərqliliklər türk dilinin parçalanması məqsədilə edilib. Doğrusu, düşmənlərimiz bu işi müvəffəqiyyətlə yerinə yetirə bilib: bu gün Türk dünyasının 15-ə yaxın əlifbası, 20-yə yaxın ləhçəsi var. Mən bunu millətimə yaraşdıra bilmir, “Bütün türk dünyası bir əlifbadan istifadə edib, bir dildə danışmalıdır,”– deyirəm. Və bu dil birliyi nə qədər tez yaradılarsa, o qədər yaxşı olar düşüncəsindəyəm.      

Yaxşı, bəs bu birlik necə yaradılmalıdır? Heç şübhəsiz, hər şey əlifba birliyindən başlayır. Yəni bir millətin bir əlifbası, bir dili olmalıdır. Türk dünyası bu çox önəmli və ciddi mövzuda ortaq razılığa gəlməlidir. Doğrudur, bu çox ciddi və önəmli məsələnin həyata keçirilməsində narazılıqların, ayrılıqların yaranacağı bir aksiomadır. Amma dil birliyinə doğru irəliləyişdə ilk addımın ortaq əlifba olduğu şübhəsizdir. Yəni türk xalqları arasında ortaq əlifba mövzusu ciddi bir şəkildə gündəmə gətirilməli, layihələr hazırlanmalı, ümumi lüğətin tərtibinə başlanmalıdır. Beləcə, ortaq türk dili məsələsi xəyali olmaqdan çıxıb reallaşar. Bu da bilinməlidir ki, ortaq dil ortaq əlifba ilə reallaşa bilər. Dünyada heç bir millətin iki əlifbası yoxdur.

Doğrusu, türk xalqları, türk boyları ifadələri mənim ürəyimcə deyil. Anadoluda yaşayan Anadolu türküdür, Azərbaycanda yaşayan Azərbaycan türküdür, Altayda yaşayan Altay türküdür, Türkmənistanda yaşayan türkmən türküdür, qazax, qırğız, özbək, başqırd, qaqauz, qaraqalpaq, qaraçay-balkar, kumık, yakut, noqay, tuvin, uyğur, xakas, çuvaş... – bunların hamısı türk millətinə mənsubdur. İfadəmiz türk xalqı, türk milləti olmalıdır! Biz bir millətik, adımız türkdür. Bizim bir əlifbamız, bir dilimiz olmalıdır! Biz gec-tez türk birliyi yaradacağıq. Mən buna əminəm. Bunun üçün ortaq əlifba yaratmalıyıq, ortaq əlifbamız olduqda, ortaq dilimiz də olacaq. Doğrudur, dilimiz üzərində çox təxribatlar törədilib, erməni Akop Dilaçarın Anadolu türkcəsinin üzərində törətdiyi təxribatlar kimi. Heç bir şey etmirsinizsə, o zaman təbii olaraq heç nəyə nail ola bilməzsiniz. Atalarımız doğru deyib, “Nə əkərsən, onu da biçərsən”.

1990-cı illərdən dağılmağa başlayan Sovet İttifaqından ayrılan türk respublikaları yeni ünsiyyət vasitəsinə ehtiyac duydular. Beləcə, ortaq türk dili ideyası yarandı, qurultaylar, konfranslar, simpoziumlar keçirildi, Azərbaycan əlifbasına iki hərf əlavə etməklə bir əlifba qəbul edildi, fəqət türk dünyasının bu mövzuda qəbul etdiyi ortaq bir fikir olmadı, olacaq kimi də görünmür. Bizə görə, türk dünyası vahid əlifbası, orfoqrafiyası və terminologiyası olan ortaq türk dili qəbul etməlidir. Bunun üçün türk dünyasının müxtəlif dilləri əsasında yeni bir dil yaratmağa ehtiyac yoxdur. Hesab edirəm ki, türk dünyası xalqlarının dillərindən biri ortaq türk dili olaraq seçilməli və seçilən bu dil digər dillərdən daha şirin səslənən kəlmələrlə zənginləşdirilməlidir. Heç şübhəsiz, bu seçim obyektiv şərtlərə əsaslanmalı – dilin səslənməsi, öyrənilmə imkanları, fonetik və qrammatik quruluşunun asanlığı kimi amillər nəzərə alınmalı, vahid əlifba, orfoqrafiya və terminologiya qəbul edilməlidir.

Hesab edirik ki, ortaq türk dilinin yaranmasında türk dünyasının yarısından çoxunun istifadə etdiyi Oğuz türkcəsinin ən böyük bölgələri olan Türkiyə türkcəsi, Azərbaycan türkcəsi və türkmən türkcəsindən əmələ gələcək ortaq dil digər şirin şivə və ləhçələrlə zənginləşdirilməli, İsmayıl Qaspıralı kimi tarixi atalarımızın arzu və diləkləri həyata keçirilməlidir. Yəni 275 milyonluq türk dünyası bir əlifbadan istifadə edib, bir dildə danışmalıdır.

Bu da bir həqiqətdir ki, türk dünyasının çox böyük potensialı var və türkdilli dövlətlər siyasi və iqtisadi cəhətdən sürətlə inkişaf edir. Hesab edirik ki, türk dövlətləri arasında biznes mühitinin inkişaf etdirilməsi, iş adamlarının bir araya gətirilməsi qoyulan hədəflərə çatmaq üçün əlverişli zəmin yarada bilər. Yəni türkdilli dövlətlərarası ticarət həcminin genişlənməsi ölkələrimiz arasında birliyin möhkəmləndirilməsinin mühüm amili olar. Heç şübhəsiz, türkdilli dövlətlər arasında vizasız gediş-gəliş sistemi tətbiq olunmalıdır. Yəni viza sisteminin aradan qaldırılması ölkələrimiz arasında əhalinin sərbəst hərəkətinə geniş imkan yaradar, bu da cəmiyyətin hər sahəsində əlaqələrin, milli məsələnin belə, inkişafına gətirib çıxarar.

Heç şübhəsiz, hər şey dil birliyindən başlayır. Tam mənada birlik yaratmaq üçün də, rəhmətlik İsmayıl Qaspıralının dediyi kimi, “Dildə, fikirdə, işdə birlik” yaratmalı, eyni əlifbadan istifadə etməli, bir dildə danışmalıyıq. Bu birliyi yaratmaq üçün isə, ilk növbədə, aşağıda qeyd etdiyimiz təkliflər nəzərə alınmalıdır düşüncəsindəyik:

1. Yabançı güclər Türkistanı parçalamadan və türk topluluqlarına yeni isimlər vermədən əvvəl dilimizin ismi türkcə olub, bu gün də bütün türk dünyasında türkcə olaraq qəbul olunmalıdır.

2. Türk dünyasının ortaq əlifbası qəbul olunmalıdır.

3. Ana dildə təhsilə önəm verilməli və bütün türk dünyasında ortaq təhsil kitabları istifadə olunmalıdır.

4. Türk Cümhuriyyətləri və toplumlarında ləhçələrimizin fonologiya və morfologiyasındakı fərqlər aradan qaldırılmalıdır.

5. Türk dünyası üçün ümumi bir orfoqrafiya lüğəti hazırlanmalıdır.

Fazil QARAOĞLU
Professor




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ