Bazar günü günü, 15 noyabr 2026
     

Cenevrə görüşü Ermənistanın mövqelərini daha zəif hala gətirdi

Image


Azərbaycan  və Ermənistan prezidentləri arasında Cenevrədə baş tutan məlum görüşün Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin inkişafına hansı formada təsir göstərəcəyi hələ də yerli və beynəlxalq miqyasda əsas müzakirə mövzuları sırasında yer almaqda davam edir. Görüşün detalları barədə çox şey bəlli deyil, sadəcə o məlumdur ki, dövlət başçılarının danışıqlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Bəyanatdan belə bəlli olur ki, görüş konstruktiv mühitdə baş tutub. Bundan əlavə o da bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.

Digər tərəfdən o da məlumdur ki, Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan sonra İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə qeyd edib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret razılıq mövcud deyil: “Problemin həlli variantları ilə bağlı konkret razılaşma yoxdur. Gərginliyin azaldılması üçün tədbirlər görmək barədə anlaşdıq. Azərbaycan prezidenti də, mən də bunda çox maraqlıyıq. İlham Əliyev problemin mürəkkəbliyini çox yaşı anlayır. Təbii ki, mən də. Bu elə problemdir ki, sadə həlli olmayacaq”.

Beləliklə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatdan belə çıxır ki, danışıqlar konstruktiv şəkildə keçib. Lakin Ermənistan prezidentinin danışıqların ardından İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər bir qədər fərqli mənzərə yaradır. Artıq Sarksiyanın açıqlamasına rəsmi Bakı tərəfindən reaksiya verilib və həmin reaksiyadan da gəlinən nəticə budur ki, əslində Sarksiyan boşboğazlıq edib.  Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu xüsusda bildirib: “Təəssüflər olsun ki, Serj Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır”. Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə toxunan Novruz Məmmədov həmçinin qeyd edib ki, qərara alındığı üzrə, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməməli idi: “Amma Sarkisyan bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanardı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir. Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən onun məqsədi Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.

Beləliklə, səslənən fikirdən bir daha aydın olur ki, Serj Sarkisyanın nə çərənləməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyi qəti və dəyişməzdir. Bu da ondan ibarətdir ki, işğal altında olan ərazilərdə daha bir erməni dövlətinin yaradılmasına icazə verilməyəcək. Digər tərəfdən, indi Ermənistanın özündə etiraflar edilir ki, Sarksiyan Cenevrə görüşündən məğlub vəziyyətdə ayrılıb. Erməni politoloq Manvel Sarkisyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bu xüsusla bildirir ki, Ermənistan Cenevrədə Vayana və Sankt-Peterburq razılaşmalarından, əsas etibarı ilə də atəşkəsə nəzarət mexanizmindən imtina edərək məğlub oldu. Onun sözlərinə görə, Ermənistan Cenevrə görüşünə məcburi getdi: “Azərbaycan Prezidenti ora niyə getdiyini bilirdi. O bütün dünyaya sübut etdi ki, Ermənistanın belə tələbi yoxdur, Minsk Qrupunda da belə tələb yoxdur. Bəs Ermənistan niyə getdi? Bu haqda suallar cavabsızdır. Çoxları yazır ki, Ermənistanı buna məcbur etdilər. Biz buna öyrəşmişik, çünki ilk dəfə deyil. “Aprel müharibəsi”ndən sonra biz dəfələrlə gördük ki, qəbul edilən qərarlar bizim dövlət maraqlarımıza ziddir, əksinə, Rusiyanın, yaxud Azərbaycanın maraqlarına uyğundur. Biz Cenevrədə Əliyevə məğlub olduq”. Bu açıqlamalar bir daha təsdiq edir ki, Sarksiyanın nə deməsindən asılı olmayaraq, Cenevrə görüşü erməni tərəfi üçün asan olmayıb.

Sarksiyanın dediklərinin sadəcə blef olduğu isə  tanınmış rusiyalı politoloq Aleksandr Karavayev tərəfindən də təsdiqlənir. Politoloq bildirib ki, Serj Sarkisyanın Ermənistanın İsveçrədəki səfirliyində erməni diasporu üçün verdiyi açıqlamalar onun prezident postundan gedişi ilə bağlıdır: "Ermənistanda hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, prezident vəzifəsi artıq əvvəlki çəkiyə malik olmayacaq. Həmçinin Sarkisyanın şəxsi perspektivləri prezidentliklə bağlı olmaya da bilər". Karavayev qeyd edib ki, Sarksiyan əslində aciz durumdadır və bir çox hallarda güclü diaspordan gələn göstərişlərdən kənara çıxa bilmir. Belə vəziyyət isə Qarabağ münaqişəsinin həllini ləngidir: " Prosesin məntiqi axarı və üçüncü qüvvələrin, o cümlədən diasporun təsiri prezidentlərin belə görüşlərdə gələcək danışıqlar üçün müəyyən edə biləcəkləri məsələlərlə təzad təşkil edir. Yəni Ermənistan üçün bu keçərlidir. Ermənistanda Qarabağ məsələsinin həllini istəsələr də, diaspor güclü şəkildə buna maneəçilik yaradır. Diaspordan asılı olanlar isə onlarla hesablaşmağa məcburdur". Ekspert qeyd edir ki, belə vəziyyət Ermənistanın öz zərərinə işləyir. Çünki kifayət qədər güclənən Azərbaycan kimlərinsə mövqeyi üzündən Qarabağ münaqişəsinin həllinin uzanmasına imkan vermək niyyətində deyil və rəsmi Bakı zərurət duyduğu halda məsələni güc yolu ilə həll edəcək. Elə almaniyalı siyasi şərhçi Aleksandr Rar da Ermənistanın “168.am” xəbər portalına açıqlamasında yeni savaş ehtimalının getdikcə artdığını vurğulayıb. Onun sözlərinə görə, Cenevrə görüşünün nəticəsi olmasa, belə savaş qaçılmazdır: “Açıqlamalardan  bu qənaətə gəlmək mümkündür ki, danışıqlar prosesində uzunmüddətli fasilə olmasın deyə, sadəcə daha bir görüş təşkil edilib. Bunun nəticəsində cəbhə xəttində vəziyyət kəskin gərginləşə bilər, biz bunun dəfələrlə şahidi olmuşuq. ATƏT Minsk Qrupunun bəyanatında deyilirdi ki, görüşün nəticəsi sərhəddə vəziyyətin mülayimləşməsidir. Razıyam, görüş imkan verməyəcək ki, vəziyyət gərginləşsin. Ancaq bu müvəqqəti nəticə olacaq”. Onun sözlərinə görə, həmsədrlər bəzi məsələləri razılaşdırmaq istiqamətində növbəti görüşü təşkil etməlidir: “Bu məsələlər münaqişənin mürəkkəb həllinə yox, elə görüşün gündəliyinə də aid ola bilər. Ona görə ki, bu gün həmsədrlər münaqişənin tənzimlənməsi haqqında heç nə danışmır və ya münaqişənin həllini həddindən artıq mürəkkəb görürlər”. Alman siyasətçinin sözlərinə görə, Vyana və Sankt-Peterburq razılaşmaları müzakirə masasına qayıda bilər: “Qeyd edim ki, gündəliksiz siyasi danışıqlar gec və ya tez dayanacaq və biz məcbur olacağıq ki, təmas xəttində vəziyyətin gərginləşdiyinə dair məlumatları şərh edək. Həmsədrlərin əsas vəzifəsi danışıqların dəqiq gündəliyinin formalaşdırılmasıdır”.

Lakin məsələyə nikbin prizmadan yanaşanlar da var. Yaxın Şərq və Qafqaz ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov qeyd edir ki, nəticədən asılı olmayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçrilməsi faktının özü belə alqışa layiqdir: "Tərəflər hərbi qarşıdurma risqini azaldan danışıqlar formatını qoruyub saxlamalıdır. Görüş barədə bu qədər deyə bilərəm, çünki məlumat çox azdır. Belə görüşlər zamanı, bir qayda olaraq, gündəlik məlum olur və ya məlumat sızıntısına yol verilir ki, ekspertlər bunun əsasında təhlillər apara bilsinlər.  Bu dəfə görüş baş tutanadək bir-birinə zidd məlumatlar yayıldı. Xüsusilə Azərbaycanda Ermənistanın hansısa şərtləri qəbul edəcəyi deyilirdi, lakin şərtlər açıqlanmırdı. Ermənistan Vyana, Sankt-Peterburq razılaşmasının həyata keçirilməli olduğunu vurğulayırdı. Həmsədrlər isə hansısa xırdalıqları müzakirə edilən sənəd haqqında danışırdılar. Bir-birinə zidd olan bəyanatlar fonunda isə məsələyə şərh vermək çətindir". Bununla belə, Stanislav Tarasov bildirir ki, Ermənistan Azərbaycanla hesablaşmağa məcburdur. Çünki Azərbaycan mövqelərini indi əvvəlki ilə müqayisədə daha güclü hala gətirə bilib və güclə hesablaşmaq lazımdır. Ekspert vurğulayır ki, Serj Sarkisyanın Qarabağ münaqişəsinin həllini uzatması böyük problemlər yaşayan erməni cəmiyyətində ciddi narazılıqla qarşılanır və bu səbəbdən ona daxili təzyiqlər artır. Eyni mövqe erməni siyasi şərhçi Tevos Arşakyan tərəfindən də sərgilənir. Onun sözlərinə görə, Köçəryanın Qarabağda müharibə dalğası ilə Ermənistanda hakimiyyətə gəldiyini və  münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilmədiyini erməni cəmiyyəti yaxşı bilir:  “Vaxtilə Köçəryan, indi isə Sarkisyan Ermənistanda öz cinayət şəbəkəsini yaradıb, iqtisadiyyatı inhisara alıb, konstitusiyanı istədiyi kimi dəyişib və ölkəni rusların sərəncamına verib. Qarabağ problemi həll olunarsa, “yalnız Qarabağdan gəlmələr xalqın maraqlarını müdafiə edə bilər” mifi dağılacaq. Mən indi qadağan olunmuş fikirləri səsləndirəcəm. Əminəm ki, Sarkisyan olmasaydı, həmçinin üzərimizdən Rusiya kölgəsi çəkilsəydi, ermənilərlə azərbaycanlılar birlikdə müzakirə aparıb, problemi sülh yolu ilə həll edə bilərdilər”.

Bütün qeyd edilənlərdən isə bu qənaətə gəlmək mümkündür ki, Sarksiyanın açıqlamalarına rəğmən,  reallıqda Cenevrə görüşü Ermənistanın mövqelərini daha zəif hala gətirib. Təbii ki, gedərək zəifləyən Ermənistanın Qarabağ münaqişəsinin həll prosesini uzatması da mümkünsüzdür. Elə Azərbaycanın qeyd edilən müstəvidə həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri də məhz Ermənistanın zəif duruma salınması ilə Qarabağ məsələsinin həllini tezləşdirməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ