Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı Cenevrədə növbəti üstünlüyünü nümayiş etdirdi…

Image


Azərbaycan və Ermənistan prezidentləri arasında Cenevrədə baş tutan görüş bir daha ölkəmizin mövqelərinin düşmənlə müqayisədə kifayət qədər güclü olduğunu aydın şəkildə üzə çıxardı. İlk növbədə o baxımdan ki, məhz bu görüşlə erməni tərəfinin danışıqları pozmaq cəhdinin qarşısı alınmış oldu. Xatırladaq ki, prezidentlərin son görüşü 2016-cı ilin iyununda Sankt-Peterburqda baş tutmuşdu. O vaxtdan bəri danışıqlar prosesində Ermənistanın qeyri-konstruktivliyi üzündən fasilə yaranmışdı.

Buna əsas səbəb də o idi ki, erməni tərəfi yeni danışıqların baş tutması üçün müəyyən şərtlər diqtə edirdi və Azərbaycan işğalçının bu istəyi ilə qətiyyən razılaşa bilməzdi. Əvəzində Azərbaycan beynəlxalq müstəvidə Ermənistanın sülh danışıqlarından yayındığını diqqətə çatdırdı və bununla İrəvana danışıqlar masasına qayıtması üçün ciddi təzyiqlər başladı ki, bu da düşmən tərəfin ölkəmiz qarşısında növbəti məğlubiyyəti oldu. Xatırladaq ki, bu məsələyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da xüsusi olaraq toxunmuşdu: “Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi…Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir“. Bu fikirlər fonunda bir daha bəlli olur ki, Cenevrədə baş tutan görüş Ermənistanın danışıqlara qaytarılması baxımından artıq Azərbaycanın daha bir diplomatik qələbəsidir. Çünki düşmən, istəyinin əksinə olaraq, danışıqlar prosesinə qayıtmalı olub və elə bu da Cenevrə görüşünün ilk mühüm nəticəsidir.

Digər önəmli məqam odur ki, Ermənistan, Cenevrə ilə yanaşı, bundan sonra da təyin olacaq danışıqlar prosesinə qatılmağa məcburdur. Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatından da aydın görmək olar.  Həmin bəyanatda deyilir ki, görüş konstruktiv mühitdə keçib: “Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”. Buradan aydın görünür ki, prezidentlər danışıqlar prosesini intensivləşdirməyə razılıq veriblər və deməli, bundan sonra da erməni tərəfinin istəyinin əksinə olaraq, Qarabağ danışıqları keçriləcək.

Aydındır ki, vacib məsələlərdən biri də bu danışıqlarda nəticələrin əldə olunmasıdır. Azərbaycan danışıqlara Ermənistanla müqayisədə hərbi, iqtisadi, siyasi cəhətdən kifayət qədər güclü olan tərəf qismində qatılır və bu fakt Ermənistanda da açıq etiraf edilir. Digər tərəfdən, Ermənistana Qarabağ məsələsində müəyyən beynəlxalq təzyiqlər də var. Məhz bu şəraitdə düşmən danışıqların nəticə verməsi üçün konstruktiv mövqe sərgiləməyə məcburdur.  Danışıqlarda hansı şərtlərin müzakirə olunduğu da sirr deyil və Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland sülh planının tezislərini açıqlamışdı. Açıqlanan həmin plana görə, Dağlıq Qarabağın yekun hüquqi statusu mütləq hüquqi qüvvəyə nalik konsensus əsasında müəyyənləşdirilməlidir. Buna qədər isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmuş rayonlar Dağlıq Qarabağın təhlükəsizliyini və suverenliyini zəmanət altına alacaq müvəqqəti status almalıdır. Plana əsasən, erməni silahlı qüvvələri Dağlıq Qarabağa bitişik olan işğal edilmiş yeddi Azərbaycan rayonunun altısından çıxmalıdır. Ermənistanla Dağlıq Qarabağ arasında quru dəhlizinin saxlanması üçün Laçın rayonu qismən erməni qoşunlarının nəzarəti altında saxlanır. Sənəddə həmçinin qeyd olunur ki, münaqişənin uzunmüddətli tənzimlənməsi məqsədilə bütün qaçqınlar daimi yaşayış yerlərinə qaytarılmalıdır. Nəhayət, son müddəa qoşunların təmas xəttindəki neytral zonaya sülhməramlı qüvvələrin yeridilməsini nəzərdə tutur. Azərbaycan ərazi bütövlüyünü təmin edəcək bu sülh varinatına razılıq verdyini bildirir. İndi əsas məsələ Ermənistanın da razılıq verməsidir ki, bunun üçün düşmən tərəfə təzyiqlər gedərək artır. Ermənistan ictimaiyyəti İrəvanın Cenevrədə məğlub olduğunu hesab edir. Erməni siyasi şərhçi Sarkis Artsruni Cenevrə görüşünün Serj Sarkisyanın prezident statusunda sonuncu danışıqları ola biləcəyini vurğulayaraq yazır: “Güman ki, Ermənistanı beynəlxalq münasibətlərdə maraqlı edən yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir. Biz tez-tez Ermənistan prezidentlərinin fəaliyyətini məhz bu münaqişə kontekstində şərh edirik. Birinci prezident Levon Ter-Petrosyan sülh razılaşmasını hazırlamışdı, lakin o tarixi anı qaçırtdı, nəticə etibarilə onu devirdilər. Hərçənd, Azərbaycan həmin vaxt bu qədər güclü deyildi və sülh müqaviləsi o zaman imzalansaydı, Ermənistan daha çox qazanc əldə edərdi. Petrosyandan sonra Ermənistan faktiki olaraq demokratik resursunu itirdi və qələbənin dağılması prosesi başlandı. Petrosyan devrildi, ortaya çıxan “qalib” Robert Köçəryan Qarabağ şüarı ilə hakimiyyətə gəldi və danışıqlar masasında məlum Mehrinin mübadiləsi, yəni Pol Qobl planı üzrə planı müzakirə etməyə başladı. Artıq Ermənistan həmin vaxtdan danışıqlarda güclü tərəf olmaqdan çıxdı. Köçəryan 10 illik hakimiyyəti dövründə mövcud status-kvonu saxlamağı bacardı, amma qələbə potensialı tamamilə dağıldı. Ermənistan regional layihələrdən kənarda qaldı, nəticədə Azərbaycan regionda əsas gücə çevrildi. Qələbənin siyasi və mənəvi resursu tamamilə dağılandan sonra “aprel müharibəsi” baş verdi və Azərbaycan bu müharibədən qalib olaraq çıxdı. Budur, məğlubiyyət seriyasını Serj Sarkisyan davam etdirir”. Beləliklə, səslənən fikirlərdən aydın görünür ki, əslində erməni cəmiyyətində də Ermənistanın vəziyyətinin yaxşı olmadığını və işğal siyasəti davam etdikcə daha da pisləşdiyini aydın görənlər var. Bu vəziyyətə görə də məhz ölkə hakimiyyəti açıq tənqid hədəfinə çevrilir. Daxildə mövqelərinin kəskin şəkildə zəiflədiyini görən Ermənistan prezidenti Cenevrə danışıqlarının ardından İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər bu fonda belə qənaətə gəlməyə əsas verir ki, Sarkisyan vəziyyətdən çıxış yolu kimi  manipulyasiya, siyasi manevrlərlə məşğuldur. O qeyd edib ki, danışıqlar sonda Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına gətirib çıxarmamalıdır. Halbuki, danışıqlar masasında olan variantda heç bir halda Dağlıq Qarabağın Azərbaycanın hüdudlarından kənarda qalması qeyd olunmayıb. Elə Sarksiyan da danışıqlarda məhz bu variantı müzakirə edir. Bu mənada hesab edilir ki, onun İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər reallıqdan tam uzaqdır və yalnız Sarksiyanın öz mövqelərini qorumağa hesablanmış həqiqətdən uzaq fikirlərdir. Reallıqda isə qarşıdakı dövr ərzində Qarabağ məsələsi ilə bağlı  kifayət qədər maraqlı proseslərin cərəyan edəcəyi şübhə doğurmur.

 Düzdür, rusiyalı siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov hesab edir ki, Serj Sarkisyan bundan sonra Qarabağın statusu mövzusunu irəli sürərək, danışıqları ləngitməyə də çalışa bilər: “Unutmaq lazım deyil ki, Ermənistanda Sarkisyanın mövqeyi güclənib və daxili siyasətdə dividendlər əldə edib. Buna görə də düşünürəm ki, o, növbəti danışıqlarda Bakı üçün qəbuledilməz olan məsələləri gündəliyə çıxaracaq. İlham Əliyevin danışıqlarda mövqeyi həmişə birmənalı olub və bundan sonra da belə olacaq. Sarkisyanın yanaşması isə növbəti neqativ halların yaşanmasına gətirib çıxaracaq”. Amma burada bir incə nüans da var. O da budur ki, erməni tərəfi,  Oleq Kuznetsovun dediyi kimi, danışıqlarda qəbuledilməz şərtlər irəli sürməkdə davam edəcəksə, bu, cəbhə zonasında hərbi əməliyyatların yenilənməsinə gətirib çıxaracaq. Eyni zamanda Azərbaycan bununla Ermənistanı fakt qarşısında qoyacaq ki, İrəvan danışıqları pozmaq üçün qəbuledilməz şərtlər irəli sürdüyündən, müharibənin başlanması qaçılmaz olub.

Ermənistanın isə konstruktiv mövqe nümayiş etdirmək üçün vaxtı çox deyil. Çünki Azərbaycan düşmən tərəfin nazı ilə oynamaq fikrində deyil və İrəvanı konstruktivizmə vadar etmək üçün hərbi əməliyyatlar istənilən an başlaya bilər. Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu xüsusda  bildirib ki, Qarabağda payız-qış aylarında yeni müharibə gözlənirdi və bu risq hələ də gündəmdədir: “Prezidentlərin görüşü, hər şeydən öncə, münaqişə bölgəsində vəziyyətin kəskinləşməsinin qarşısını almağa kömək edə bilər. Hərçənd, bölgədə vəziyyyətin yenidən alışması potensialı yüksəkdir. Proqnozlarıma görə, partlayış payız-qış dövründə ola bilərdi. Çünki yayda hər iki ölkə turistlərin axınında maraqlıdır. Bu ehtimal, fikrimcə, yüksəkdir. Hesab edirəm ki, tərəflər hərbi eskalasiyanın olmaması üçün danışıqları davam etdirəcək. Lakin onların buna nail olacağını, yaxud olmayacağını indidən demək çətindir”. Hər halda, Ermənistan konstruktiv mövqeyə gələcəksə, Qarabağ məsələsini sülh yolu ilə çözmək mümkün olacaq. Əks halda müharibə qaçılmazdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ