Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan öz mallarını Bakı-Qars qatarına yükləmək üçün Gürcüstanın adından maraqlı “dəlil” də uydurub...

Image


Məhəmməd Əsədullazadə: “Ermənistan müəyyən spekulyasiyalarla Gürcüstanı şantaj etmək istəyir”

 

Məlum olduğu kimi, Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimi oktyabrın 30-da baş tutacaq. Açılışdan sonra sözügedən dəmir yolu fəaliyyətə başlayacaq.

O da məlumdur ki, zaman-zaman erməni lobbisi dünyanın bir çox mərkəzlərinə müraciət edərək bu dəmir yolunun Ermənistanı tam blokadaya salmağa xidmət etdiyini bildirir və ona görə də buna dəstək verməməyi xahiş edirdilər. Onlar alternativ kimi mövcud Qars-Gümrü dəmir yolundan istifadə etməyi tələb edirdilər. Sözügedən variantda Türkiyə və Azərbaycan bu layihədən əl çəkməli və Ermənistana qarşı Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra tətbiq etdikləri blokada rejimini dayandırmalı idilər. Aydın məsələdir ki, Azərbaycanla Türkiyə Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə görə buna razı ola bilməzdilər və bu belə də oldu. Türkiyə, Azərbaycan, o cümlədən Gürcüstan heç bir kənar təzyiqə baxmadan layihəni gerçəkləşdirdilər.

Bu arada qəribə görünən odur ki, BTQ-nin açılış günü yaxınlaşdıqca, erməni ekspertlər ölkə mətbuatında bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. İctimaiyyətdə belə bir rəy formalaşdırırlar ki, Ermənistan BTQ-nin imkanlarından istifadə edəcək. Onlar müxtəlif arqumentlərlə çıxış edərək iddia edirlər ki, Gürcüstanın sözügedən dəmir yolundan Ermənistanın istifadə etməsinə qadağa qoymağa cəsarəti çatmaz. Bunu onunla əlaqələndirirlər ki, Gürcüstanın Avropa Birliyi ilə Assosiativ sazişi var. Quruma inteqrasiya olmağı qarşısına məqsəd qoyub. Guya bu faktor Gürcüstanın dəmir yolundan Ermənistanın istifadə etməsinə qadağa qoymasına imkan verməz. Ermənilərin başqa bir arqumenti ondan ibarətdir ki, Türkiyənin torpaqların boşaldılması ilə bağlı Ermənistandan tələbi var, amma Gürcüstanın belə bir tələbi yoxdur.

Hətta əslən Qarabağdan olan erməni şərhçi Naira Ayrumyan ehtimal edir ki, bu yol Ermənistana öz yüklərini Londona qədər göndərməyə imkan yaradacaq: “Ermənistan Gürcüstanla dəmir yolu ilə bağlıdır, Gürcüstan rəsmi şəxsləri bildirirlər ki, Tiflis qonşuları tərəfindən Gürcüstanın yeni infrastrukturlarının istifadəsini yalnız alqışlaya bilər. Heç bir qadağan erməni yüklərinin Bakı-Tiflis-Qars dəmir yolu ilə hərəkətinə mane ola bilməz”.

Eyni fikri Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Vaqram Ter-Matevosyan da bildirib: "İrəvan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə münasibətini dəyişməlidir. Dəmir yoluna yüklərin Avropaya göndərilməsi imkanı kimi baxılmalıdır".

Maraqlıdır, ekspertlər erməni tərəfinin bu iddialarını necə şərh edirlər?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, deyilənlər absurddur və bununla Gürcüstanın adından yalan danışıb ölkəni şantaj etmək istəyirlər: “Azərbaycan, Türkiyə və Gürcüstanın birgə proyekti olan Bakı-Tiflis-Qars dəmir yolu Cənubi Qafqazın strateji nəqliyyat vasitəsidir. Həmçinin, “Böyük İpək Yolu”nun bir hissəsidir. Bu layihə ölkələr arasında nəqliyyat və investisiya mühitinin yaxşılaşdırılmasında, yük və sərnişindaşımada xüsusi əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, bu layihədən Ermənistanın kənarda qalması obyektiv bir siyasətdir və gələcəkdə də işğal faktoru davam etdikcə, bu ölkənin dəmir yoluna qoşulması mümkün deyil. Çünki Azərbaycanın əsas siyasəti bu ölkəni iqtisadi blokadaya almaq, regional layihələrdən kənarlaşdırmaqdır. Belə olan təqdirdə, Ermənistanın Gürcüstan vasitəsilə bu dəmir yolundan istifadə etməsi mümkün deyil. Çünki layihənin əsas maliyyə dəstəkçisi Azərbaycandır. Bundan əlavə, Gürcüstanın bu təşəbbüsə dəstək verməsi isə Azərbaycanın əleyhinə addım olar. Ona görə də Ermənistan bilmir ki, bu layihəyə necə qoşulsun və nəqliyyat layihəsinin üzvü olsun. İşğalçı ölkənin bu arzusu yalnız işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasından sonra reallaşa bilər. Ermənilərin bundan istifadə edəcəklərini qeyd etməsi cəfəngiyyatdır və mümkün deyil. Onlar özləri də çox yaxşı bilirlər ki, Azərbaycan buna heç vaxt icazə verməz. BTQ dəmir yolu regionun inkişafına və təhlükəsizliyinə ciddi töhfə verəcək. Ermənistan çalışacaq ki, daim bu layihəni təhdid etsin. Gürcüstan yaxşı bilir ki, belə bir addım atsa, daha çox itirən tərəf olacaq. Bununla Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətləri soyuyacaq. Hər iki dövlətin Gürcüstan iqtisadiyyatının inkişafında rolunu nəzərə alsaq, rəsmi Tiflis buna getməz. Başqa bir tərəfdən, Gürcüstan layihədən Ermənistanın da istifadəsinə razılıq versə belə, həmin yüklərin Avropaya getməsi üçün əsas razılığı Türkiyə verməlidir. Rəsmi Ankaranın belə razılığı verməsi isə mümkün deyil. Ona görə də bununla bağlı deyilənlər real görünmür. Ermənistan müəyyən spekulyаsiyаlаrlа Gürcüstаnı şаntаj etmək istəyir”.

Vidаdi ORDAHALLI  




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ