Bazar günü günü, 15 noyabr 2026
     

Yaxın Şərqin bəlaları - əvvəlcə “Əl-Qaidə”, ardınca İŞİD, daha sonra Bərzaninin kürd peşmərgəsi...

Image


Yaxın Şərqdə hadisələrin inkişaf axarı burada növbəti və daha dəhşətli qanlı savaşın başlanmasının an məsələsi olduğunu göstərir. Özü də budəfəki savaşda ölkəmizin əsas müttəfiqi olan Türkiyə, eləcə də İranın daha yaxından iştirakı gözlənir. Digər tərəfdən, bu prosesdə ABŞ, Rusiya kimi böyük güclər də yer alacaq. Söhbət İraqın şimalında gözləinlən dəhşətli hərbi əməliyyatlardan gedir.

Real vəziyyət göstərir ki, rəsmi Bağdad İraqın parçalanmasına yol verməmək üçün artıq kürd separatçılarına qarşı qəti şəkildə hərəkətə keçməyə hazırlaşır. Hətta İraq məhkəməsi İraq Kürdüstanında müstəqillik referendumunu  təşkil edənlərin həbsi barədə order verib. İraq Ali Məhkəmə Şurasının açıqlamasında bununla bağlı deyilir: “Məhkəmə Şimali İraq  Kürd Muxtariyyətində referendumu təşkil edən komissiya rəhbərləri və üzvlərinin həbsi barədə qərar qəbul edib”.

Xatırladaq ki, sentyabrın 25-də Şimali İraq  Kürd Muxtariyyətində referendum keçirilib. Referendumun  nəticələrini heç bir dövlət və beynəlxalq təşkilat tanımayıb. Amma kürd rəhbərliyi müstəqillik niyyətlərindən vaz keçməyəcəklərini bildirir. Elə bu səbəbdən məsələnin güc yolu ilə çözülməsi qaçılmaz sayılır. Son məlumatlara görə, İraq ordusu Şimali İraq Kürd Muxtariyyətinin nəzarəti altında olan Dayrabun və Bacid bölgələrində əməliyyata hazırlaşır. Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib. Burada idarəçilik və əsas fəaliyyət obyektlərinin mərkəzi hökumətin nəzarətinə keçməsi şərt kimi qoyulub. Məsələ ilə bağlı İraq mərkəzi hökumətinin ultimatumunda sərhəd-keçid məntəqələri, neft yataqları və hava limanlarının təhvil verilməsi yer alıb. Habur sərhəd keçid məntəqəsini əvəz edəcək Ovaköy mövzusunda Türkiyə və İraq arasında razılaşma əldə edilib. Bu, Kürd Muxtariyyətinin, belə demək olarsa, iqtisadi güc  damarının kəsilməsi anlamına gəlir.

Kürdlər də mümkün toqquşmalara hazırlaşır. Artıq 130 minlik kürd yaraqlısı ilə İraq ordusunun qarşı-qarşıya gəlməsi an məsələsidir. Bölgədə 50 min nəfərlik qüvvə ilə əməliyyatlara davam edən İraqın buraya daha 70 minlik güc göndərəcəyi bildirilir. Mərkəzi hökumətin ordusu ümumilikdə 220 min nəfərdən ibarətdir. Mosul, Kərkük və Diyalada 1500-dən çox yaşayış məntəqəsinə nəzarət edən kürd yaraqlıları  eyni zamanda ölkənin ən əhəmiyyətli neft yataqlarını əlində saxlayır. Kürd muxtariyyətinin Təhlükəsizlik Agentliyi İraq ordusunun Kərkük vilayətində əməliyyat keçirmək üçün hazırlaşdığını açıqlayıb. Təhlükəsizlik Agentliyinin hesabatında deyilir: “İraq gücləri, “Haşdi Şabi” və federal polis qüvvələrinin Kərkükün cənub və qərbi, həmçinin Mosulun şimalından hücuma keçəcəyinə dair mesajlar alırıq”. Kürd Muxtariyyətinin başçısı Məsud Bərzaninin baş müşaviri Həmin Havrami bildirir ki, hər hansı silahlı qarşıdurmaya görə İraqın baş naziri Heydər əl-Abadi məsuliyyət daşıyacaq. Məlumata görə, Bərzani də peşmərgə qüvvələrinə “Döyüşə hazır olun!” təlimatı verib. Hərbi əməliyyatların gedişində Türkiyə və İranın İraqa hərtərəfli dəstək verməsi gözlənir. Artıq İraq hökumətinin çağrışı ilə Türkiyə və İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə ticarəti dayandırıb. Bundan başqa, Ankara İraq-Türkiyə sərhədindəki Habur sərhəd qapısına çox sayda zirehli avtomobil və piyadadaşıyanlar, həmçinin tanklar göndərib. Tanklar sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək və hərbi dəstələrə yardım məqsədilə sərhəd xəttinə yeridilib. İraq Türkman Cəbhəsinin lideri Erşad Salihi bildirir ki, Şimali İraqda baş vernələr  təkcə İraqı deyil, bütün bölgəni qanlı müharibəyə sürükləyəcək. Salihi Türkiyənin bu istiqamətdə təcili addım atmalı olduğunu vurğulayıb. O əlavə edib ki, Bərzani belə davam edərsə, bölgədə böyük müharibə başlayacaq: “Bu müharibədə kürdlər heç bir qazanc əldə etməyəcək, hətta ən çox zərəri onlar görəcək. Digər millətlər də zərər görəcək. İraq iqtisadiyyatı ciddi itkilər verəcək. Bölgədə ciddi gərginlik olacaq, min kilometrlərlə məsafədən raketlər atılacaq. Bu bölgədə maraqları olanlar əvvəlcə “Əl-Qaidə“ni gətirərək məzhəb qarşıdurması yaratdılar, sonra da İŞİD-i. İndi kimlərinsə əmri ilə İŞİD bölgədən çıxır. Üçüncü mərhələdə İraqın ərazi bütövlüyü hədəf olacaq. Bu baş verənlərdən heç kim sağ çıxmayacaq. Kürdlər də bölünəcək. Bir qismi Türkiyənin, bir qismi İranın, bir qismi də İraqın yanında yer alacaq. Şiələr də bölünür. Sünnilərin xəritədəki yeri belə təhlükədədir. Türkmanlar da çox zərər görəcək. Baş verənlərdən yalnız məxfi xidmətlər qazanc götürəcək. Lakin hər kəs zərər görəcək”. Beləliklə, real vəziyyət bölgədə çox təhlükəli bir durumun yarandığını göstərir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ