Bazar günü günü, 15 noyabr 2026
     

Dünya miqyasında Ermənistanın işğalçı siyasətinə etirazlar artır…

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və xarici dövlətlərin, beynəlxalq təşkilatların bu məsələyə müvafiq reaksiya verməsi Azərbaycan xarici siyasətinin əsas prioritetləri sırasında yer alır. Ötən dövr ərzində qeyd olunan səpkidə ölkəmiz mühüm nailiyyətlərə imza atmağı bacarıb.

Konfliktlə bağlı qəbul edilən və Azərbaycanın ərazi bütövlüyünün bərpasını vacib sayan çoxsaylı qərar və qətnamələrin qəbulu da deyilənlərin real təsdiqi sayıla bilər. Amma münaqişə ilə bağlı vəziyyət elədir ki, onun mütəmadi olaraq beynəlxalq ictimaiyyətin gündəmində olması vacib şərt qismində çıxış edir.

Azərbaycan diplomatiyası  qeyd edilən bu missyanın öhdəsindən də əslində layiqincə gəlir.  İndi həm beynəlxalq mediada, həm də müxtəlif araşdırma mərkəzlərinin tədqiqatlarında Qarabağ konfliktinə kifayət qədər obyektiv şəkildə verilən qiymətlərə rast gəlmək mümkündür. Məsələn, yenidən bu mövzuya toxunan  fransalı jurnalist-bloger Conatan-Simon Sellem “Mediapart” portalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduqca maraqlı bir yazı dərc edib. Burada  müəllif fransız oxucuya ya tamamilə naməlum olan, ya da ermənipərəst qüvvələr tərəfindən təhrif edilən, birtərəfli şəkildə işıqlandırılan münaqişə ilə bağlı kifayət qədər maraqlı məlumatlar verir. Münaqişənin Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən başlandığını qeyd edən Conatan-Simon Sellem yazır ki, Dağlıq Qarabağ Azərbaycanın ta qədimdən mədəni mərkəzi olub: “Qarabağ torpağı Azərbaycan ədəbiyyatına və musiqisinə Vaqif, Natəvan, Üzeyir Hacıbəyli kimi şair və bəstəkarlar bəxş edib. Təkcə bu fakt həmin ərazinin Azərbaycanla bağlı olmasını sübut edir. Təəssüf ki, tarixi və mədəni abidələrlə zəngin Qarabağ regionu Elzas, Flandriya və ya Kəşmir kimi döyüş meydanına çevrilib”.  O da xüsusi şəkildə qeyd olunur ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu gün də davam edir: “Dağlıq Qarabağ münaqişəsi barədə danışıqlar hələ ki, bir nəticə vermir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsi uzun illərdir ki, kağız üzərində qalıb. Yalnız 2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatına əks-həmlə ilə cavab verən Azərbaycan ordusu işğal altındakı ərazilərin bir neçə min kvadratkilometrlik hissəsini azad edib. Gələcəkdə necə olacağını heç kəs bilmir. Lakin müasir hərbi texnika ilə təchiz olunmuş, yaxşı təlim keçmiş Azərbaycan ordusu Vətənin işğal edilmiş torpağının hər bir qarışını azad etməyə hazırdır. Münaqişə yenidən alovlanacağı təqdirdə, beynəlxalq birliyin bu dəfə əminamanlığı dörd gündən sonra bərpa etmək şansı son dərəcə azdır. Buna görə də Avropanın qərar qəbul edən qüvvələrinin münaqişə bölgəsinə gəlməsi, bu regionun tarixini öyrənməsi və münaqişənin dinc yolla həlli üçün ədalətli plan təklif etməsi son dərəcə vacibdir”.

Bu arada xatırladaq ki, ötən həftə bir qrup fransalı media nümayəndəsi Azərbaycanda səfərdə olub. Həmin media nümayəndələri sırasında yer alan tədqiqatçı Sebastian Bussuan “cnpnews” portalında işıq üzü görən “Dağlıq Qarabağın işğalı: Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həllini axtarır” sərlövhəli məqaləsində yazır ki,  dünyanın heç bir dövləti işğalçı Ermənistan tərəfindən yaradılan qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımır: “Təcavüzkar Ermənistandan fərqli olaraq, Azərbaycan regional inteqrasiya yolu ilə gedir, bölgənin güclü dövlətləri ilə sabit münasibətlər qurmaqla, öz diplomatiyasını qonşu dövlətlərlə uzlaşdırmaqla münaqişənin sülh yolu ilə həllinə çalışır”. Erməni diasporunun bu istiqamətdə apardığı təbliğatın uzun müddətdir davam etdiyini vurğulayan tədqiqatçı hazırda münaqişə ilə bağlı vəziyyətin Azərbaycanın xeyrinə getdikcə dəyişdiyini vurğulayır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının məlum qətnamələrinin tələblərini xatırladan Sebastian Bussua Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğunu diqqətə çatdırır. O, münaqişə nəticəsində Azərbaycana 800 milyard manatdan artıq ziyan dəydiyini də qeyd edir. Müəllif Qarabağın tarixinə ətraflı nəzər salır, regionun tarixən Azərbaycana məxsusluğunu göstərir, Ermənistan qoşunları tərəfindən 1992-ci il fevralın 26-da Xocalıda soyqırımı törədildiyini, 600-dən artıq günahsız insanın öldürüldüyünü qeyd edir. Məqalədə deyilir ki, atəşkəsdən sonra Ermənistan hələ də o torpaqlardadır, Azərbaycanın işğal edilmiş əraziləri viran edilib, on minlərlə insan öldürülüb, 800 minə yaxın azərbaycanlı öz doğma torpağında məcburi köçkün vəziyyətinə düşüb.

Fransalı tədqiqatçı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf əraziləri işğal etməsinin səbəbləri kimi qonşu dövlətlərin bu məsələdə marağını və dəstəyini önə çəkir, 1990-cı illərin əvvəllərindəki vəziyyətlə bugünkü vəziyyəti müqayisə edərək yazır: “Bu gün vəziyyət tam fərqlidir. Azərbaycan qüdrətli və varlı ölkəyə çevrilib. Diaspordan başqa heç nəyi olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan güclü dövlətdir, enerji təhlükəsizliyini təmin edib və torpaqlarını hər vasitə ilə azad etməyə hazırdır”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut da dünyanın Ermənistan işğalına lazımi reaksiya verərək buna qarşı mühüm ölçülər götürməsinin zərurilyini ön plana çəkir. O, İsrailin nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc etdiyi məqalədə bildirir ki, münaqişənin davam etməsi Ermənistanın özü üçün də ciddi problemlər yaradır, bu ölkəni tam yox olmaq təhlükəsi ilə üz-üzə qoyur. Ekspertin fikrincə, qonşu dövlətlərə, yəni Azərbaycana, Türkiyəyə və Gürcüstana əsassız ərazi iddiaları üzündən, xüsusən Azərbaycanın torpaqlarını işğal etməsi və ona qarşı hələ də davam etməkdə olan hərbi təcavüz səbəbindən Ermənistan özünü inkişaf baxımından dalana salıb. Belə ki, işğal siyasəti  onunla nəticələnib ki, Cənubi Qafqaz regionunda özü-özünü təcrid etmiş Ermənistan praktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi, geoiqtisadi, logistik və nəqliyyat layihələrindən, Çindən başlanan “Böyük İpək yolu” layihəsindən kənarda qalıb: “Danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı vəziyyətdə olan ölkədir. Sovet İttifaqı dağılan gündən bütünlüklə Rusiyaya bağlı olan Ermənistan onun xarici siyasi və iqtisadi ambisiyalarından asılıdır. Geosiyasi baxımdan Ermənistan Rusiya üçün Cənubi Qafqazda forpostdur. Ermənistan yavaş-yavaş Rusiyanın əlaltısına çevrilir. Üç milyonluq əhaliyə malik kiçik bir ölkə olan Ermənistan son illərdə geosiyasi baxımdan təcrid olunmuş vəziyyətdədir. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu və ABŞ Konqresinin sponsor yardımıdır. Hətta indiki prezident Serj Sarkisyanın erməni xalqını qarət etməsindən və bütövlükdə ölkədə mafioz klanın hökmranlıq etməsindən narazı olan diaspor da artıq Ermənistana köməyini dayandırır. Ermənistanın xarici aləmdən anormal dərəcədə asılı olması mövcud imkanların reallaşdırılmasını ciddi çətinləşdirə bilər”. Bununla yanaşı, Arye Qut vurğulayır ki, Sarkisyanın prezident olduğu son səkkiz ildə Ermənistanın xarici borcu 300 faizdən çox artıb və ÜDM-nin 50 faizindən çoxdur: “Ermənistanın xarici borcunun real gəlirlərdən çox olması bu ölkənin tam defolt həddinə yaxınlaşmasından xəbər verir. Beynəlxalq maliyyə təsisatları bununla əlaqədar dəfələrlə narahatlıq bildirib. Ermənistanda deyirlər ki, guya ölkədə yoxsulluq səviyyəsi 32 faizdir, həqiqətdə isə bu göstərici 60 faizdən çoxdur. Xaricdən cəlb edilən vəsaitlərə baxmayaraq, ölkədə davamlı inkişaf yoxdur, iqtisadi baza və müvafiq struktur yaradılmayıb”.

Qut vurğulayır ki, daim öz ölkəsində yaşayan orta statistik erməninin məqsədi çox vaxt şəxsi karyera irəliləyişinə nail olmaq və hakimiyyətdən xalqın rifahı naminə işləməsini tələb etmək deyil, öz övladını qazanc dalınca xaricə göndərməkdir: “Xaricə gedən gənclər isə orada yerlərini rahatlayandan və yaxşı həyatın, azadlığın, özgəsinin işğal edilmiş torpağında - Dağlıq Qarabağda öldürülmək qismətindən xilas olmağın nə demək olduğunu görəndən sonra geri qayıtmaq istəmir. Bütün bunlar həm kəmiyyət baxımından, həm də yaş nisbətində Ermənistanın demoqrafiyasına zərbə vurur. Belə çıxır ki, Ermənistan tədricən boşala bilər, hətta gələcəkdə bu dövlətin taleyinin necə olacağı məlum deyil, bu dövlət tədricən yox ola bilər. Ermənistanın bütün bədbəxtlikləri Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsindən başlanıb, bu səbəbdən Ermənistan faktiki olaraq tam geosiyasi və geoiqtisadi təcridolunma vəziyyətinə düşüb. Ermənistan kiçik ölkədir, burada tutumlu bazar yoxdur. Üstəlik, Ermənistanın qonşu dövlətlərlə münasibətlərində problemləri var. Ermənistan öz qonşularından yalnız İranla dostluq münasibətləri saxlayır, bu münasibətlər də çoxlu suallar doğurur”.

Qut qeyd edir ki, Qarabağda cəbhə xəttində status-kvonu Azərbaycanın xeyrinə nəzərəçarpacaq dərəcədə dəyişmiş aprel döyüşləri dərhal ABŞ, Rusiya və Aİ ölkələri kimi dünya aktorlarının diqqətini cəlb etdi, onlar bir səslə tərəfləri bu problemi dinc yolla tənzimləməyə çağırdılar: “Rəsmi Bakı mövcud status-kvo ilə heç vaxt razılaşmayacağını dəfələrlə bəyan edib və bu barədə Ermənistana xəbərdarlıq edib. 2016-cı il aprelin əvvəlində Azərbaycan ordusu Ermənistanın hərbi provokasiyalarına cavab olaraq, təxribatların qarşısını almaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdi və onları geri çəkilməyə məcbur etdi. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir, bu ordu öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi”. O da qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyənə qədər Ermənistan böyük problemlər məngənəsində qalmaqda davam edəcək. Eyni zamanda Azərbaycan lazım bildyi anda güc yolu ilə ərazilərini işğaldan azad edəcək və bu da Ermənistan üçün yeni böyük itkilərlə nəticələnəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ