Bazar günü günü, 15 noyabr 2026
     

Qarabağ separatçılığına laqeyd münasibətdən Qərb özü indi daha çox əziyyət çəkməyə başlayır

Image


Bu gün dünyanın üzləşdiyi ən böyük problemlərdən biri də separatizmlə bağlıdır və son baş verən olaylar bunun nə dərəcədə ciddi təhdid olduğunu aydın surətdə meydana qoyur. Real vəziyyətin təhlili göstərir ki, qarşısı vaxtında alınmadıığ təqdirdə, separtçılıq kifayət qədər təhlükə mənbəyinə çevrilir, eyni zamanda çox qorxulu presedentin əsasını yaradır. Hər halda, bu gün  Kataloniyada baş verən hadisələr qeyd edilənlərin real təsdiqi hesab oluna bilər. İndi heç kimə sirr deyil ki, burada qeydə alınan separatçılıq üzündən İspaniya parçalanmaq təhlükəsi ilə üz-üzədir.

Yaranmış durumda separatçılıq  problemi Avropanın digər bölgələrinə də sıçramaqaddır. Məsələn, Almaniyanın Bavariya Partiyası artıq bu xüsusda çağrışlar edir. Partiya “Facebook” səhifəsində bildirir: “Bavariyanın azadlığı, Bavariyanın Almaniya Federativ Respublikasından ayrılması qanuni haqqımızdır”. Hətta partiya bu istiqamətdə fəaliyyətə başladığını bildirib. Siyasi təşkilat Avropa Məhkəməsinə müraciət edərək bavariya dilinin alman dilindən ayrı dil kimi tanınmasını istəmək niyyətindədir. Almaniyanın ən varlı əyalətlərindən olan Bavariyanın müstəqillik əldə etməsi üçün mübarizə aparan partiya ərazinin sahib olduğu nemətlərin Almaniya ilə paylaşılmasına qarşı çıxır. Qeyd edək ki, keçən il Bavariyaa Konsitutsiya Məhkəməsinə müraciət edərək müstəqillik referendumu keçirməsi üçün icazə istəmişdi. Lakin təklif rədd edilmişdi. Amma Kataloniyada baş verən hadisələr Bavariyanın müstəqillik istəklərinə yenidən təkan verib. Separatçılıq dalğasının digər bir sıra Avropa ölkələrini də öz cənginə alması tamamilə gözlənilən sayılır. Bütün bunların ümdə səbəbi odur ki, Avropa ölkələri vaxtında separatçılıq probleminin qarşısının alınmasına lazımi reaksiya göstərməyiblər. Yenə bunun ən bariz nümunəsi qismində Dağlıq Qarabağ münaqişəsinin adını qeyd etmək olar. Ötən əsrin sonlarında baş qaldıran bu problemə Qərb dünyası biganə yanaşdı. Nəticədə MDB məkanında digər separatçı qurumlar meydana gəldi. Ardınca separtizm dalğasının miqyası daha da genişləndi və indinin özündə ratıq Avropa özü bundan ciddi əziyyət çəkir. Halbuki, Dağlıq Qarabağ münaqişəsinin vaxtında həlli reallaşsaydı, indi tamam fərqli bir mənzərə yaşanırdı. Bunu nüfuzlu “Bloomberg” nəşri də xüsusi olaraq vurğulayır. Nəşrə açıqlama verən “Parçalanma dövrü: dövlətlərin yaranmasının beynəlxalq və daxili amilləri” kitabının müəllifi Rayan Qriffitsin sözlərinə görə, indi bütün dünyada 50-dən çox aktiv separatizm hərəkatı mövcuddur. “Bloomberg” onlardan beşini seçib: Şotlandiya, Dnestryanı, Dağlıq Qarabağ, İraq Kürdüstanı və Mindanao. Yazıda onlardan hər birinə xüsusi yer ayrılıb, amma ən təhlükələsi qismində məhz Azərbaycandakı separtçılıq problemi xüsusi qeyd olunur.

Nəşr xatırladır ki, ermənilər Dağlıq Qarabağı və Azərbaycanın daha yeddi rayonunu bufer zonası kimi 1991-1993-cü  illərdə döyüş əməliyyatlarının gedişatında xaricdən alınan yardımla zəbt edib. Qeyd olunur ki, o vaxtdan beynəlxalq vasitəçilər sülh sazişi bağlaya bilməyiblər: “Nəzərə alsaq ki, keçən ilin aprelində, dördgünlük döyüş əməliyyatları zamanı yüzlərlə insan həlak oldu, deməli, gərginlik qalmaqda davam edir. “DQR”ə maliyyə və hərbi dəstək göstərən Ermənistan iddia edir ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etmə hüququna malikdir. Buna baxmayaraq, heç İrəvan özü də həmin bölgəni müstəqil dövlət kimi tanımayıb. Azərbaycan isə təkid edir ki, onun ərazi bütövlüyü bərpa edilməlidir. Və Bakı bu halda regiona geniş muxtariyyət təklif etməyə hazırdır. Amma ermənilərin mövqeyi buna imkan vermir və belləilklə, burada illərdir davam edən separtçılıq yeni müharibəyə təkan verə bilər”.

Elə ABŞ-ın “News Blaze” nəşri də vurğulayır ki, məhz erməni tərəfinin qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsini alovlandıra bilər. Münaqişənin tarixi və onun həlli istiqamətində davam edən danışıqlardan söz açan müəllif, tanınmış amerikalı jurnalist və publisist Nurit Qrinqer yazır ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan müzakirələr hələ də sülh sazişinin bağlanmasına gətirib çıxarmayıb: “Təəssüf ki, Ermənistan istənilən ağıllı danışığa qərəzli yanaşır və danışıqları qulaqardına vurur. Ermənistan silahlı birləşmələri işğal edilmiş Dağlıq Qarabağda hər gün qoşunların təmas xəttini atəşə tutur”.

Müəllif qeyd edir ki, müsəlman əhalisinin üstünlük təşkil etdiyi Azərbaycan bir çox etnik və dini qrupların nümayəndələrinin dinc yanaşı yaşadığı sülhsevər ölkədir: “Ermənistanda isə yanaşı yaşamağa başqa münasibət bəslənir. Ermənistan münaqişəni uzatmağa çalışır və daim Azərbaycanı hərbi əməliyyatların gərginləşməsinə təhrik edir. Buna misal olaraq, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin dördgünlük müharibəni qızışdırmasını, nəticədə Azərbaycan ordusunun strateji yüksəkliyi azad etməsini və məcburi köçkünlərin Cocuq Mərcanlıya təhlükəsiz qayıdışını təmin etməsini göstərmək olar. Bu müharibə nəticəsində Azərbaycan qoşunları Lələtəpə yüksəkliyinə nəzarəti bərpa edib. Bu, cəbhə xəttini Cocuq Mərcanlıdan bilavasitə ayırmağa və kəndə təhlükəsiz yolu təmin etməyə imkan verib. Nəticədə məcburi köçkünlər 23 il əvvəl dağıdılmış evlərinə ilk dəfə gedə bilib”. Münaqişənin hüquqi aspektlərindən bəhs edən Qrinqer yazır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarmasını tələb edən dörd qətnaməsi mövcuddur. Amma Ermənistan həmin qətnamələri hələ də yerinə yetirməkdən imtina edir. O vurğulayır ki, Azərbaycan ordusu 1993-cü ildə olduğundan xeyli güclüdür və öz torpaqlarının hər qarışını geri qaytara bilər. Məqalənin sonunda Qrinqer münaqişənin tezliklə həllinə və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasına ümidvar olduğunu bildirir. Əks halda Qarabağ münaqişəsinin yenidən hərbi müstəviyə keçməsi daha böyük dağıntılara gətirib çıxara bilər. Eyni zamanda burada uduzan tərəfin Ermənistan olacağı da heç bir şübhə doğurmur. Bunu “168 Jam” qəzetinə açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer də təsdiq edir. O, İrəvanın yeni yaradılan Ermənistan-Rusiya vahid ordu qruplaşmasına nahaq yerə ümid bəslədiyini də vurğulayır:  “Əslində, Ermənistan-Rusiya vahid ordu qruplaşması 1990-cı illərdən mövcuddur. Amma ötən  illər ərzində İsrail və Rusiyadan silahlar alan Azərbaycan Ermənistan qarşısında böyük üstünlüyə sahib olub. Ermənistan-Rusiya qruplaşmasına isə ciddi önəm vermək lazım deyil. Ona görə ki, əvvəl necə idisə, indi də o cür fəaliyyət göstərəcək. Sadəcə, fəaliyyət nisbətən sistematik olacaq. Rusiyanın isə Qarabağ konfliktində balansı qorumaq cəhdləri nəticəsizdir. Ermənistanın Azərbaycana çatması qeyri-mümkündür”. Hesab edilir ki, bu vəziyyətdə Rusiya və Qərb dünyası üçün ən yaxşı vasitə Azərbaycana üzləşdiyi separatçılıq problemini aradan qaldırmağa kömək etməkdir. Məhz bu hal separatçılıq  hərəkatının yayılmasının qarşısının alınmasında çox vacib rol oynamaq iqtidarındadır.

Digər tərəfdən, belə vəziyyət elə Ermənistanın özü üçün də çox sərfəli sayılır. Ən azından ona görə ki, Azərbaycanın hərb müstəvisində kifayət qədər güclü olması fonunda yeni savaş düşmən üçün böyük itkilər deməkdir. Bu itkilərdən isə yalnız Qarabağ məsələsi sülh yolu ilə çözümünü tapdıqda xilas olmaq olar. Qeyd edilən məqamlar Ermənistanda da yaxşı sezilir və bu, Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması ilə bağlı razılaşma fonunda özünü bir daha göstərdi. Xatırladaq ki, bu məsələnin parlamentdə müzakirəsi zamanı vitse-spiker Eduard Şarmanazovun və müdafiə nazirinin müavini Artak Zaxaryanın etirafları işğalçı dövlətin düşdüyü vəziyyəti açıq şəkildə göstərdi. Şarmazanov razılaşmanın təsdiqlənməsinin vacibliyi haqda danışarkən bildirdi: “Ermənistan tam ölçüdə öz müdafiəsini təmin etmək vəziyyətində deyil. Biz hansısa hərbi blokda olmalıyıq, buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik. Çünki Türkiyəyə qarşı yeganə alternativimiz bu blokdur”. Zaxaryan da təsdiq etdi ki, Ermənistan öz sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə deyil. Müzakirələrdən sonra parlament razılaşmanı ratifikasiya etdi və Ermənistan mediasının da yazdığı kimi, erməni ordusu faktiki olaraq Rusiyanın nəzarətinə keçdi. Məsələ ilə bağlı “armenianreport” saytı yazır ki, Ermənistan hakimiyyəti əhaliyə daim yalan danışır: “Serj Sarkisyanın tez-tez “ordumuz hər şeyə qadirdir” frazasını təkrarlamağı sevir. Biz bu yalana inanırıq, daha doğrusu inanmaq istəyirik. Buna görə də cüzi maaşımızdan 1000 dram ayırıb, ordu fonduna ödəyirik. Amma hakimiyyət daha dürüst davranaraq, heç nəyə qadir olmayan orduya sahib olduğumuzu etiraf etdi. Milli maraqlara xəyanət göz qabağındadır. Sarkisyan ordunu ruslara satdı.
Ermənistan hakimiyyəti hər il büdcədən 500 milyon dolları ordunun xərcləri üçün ayırır və bu pullar məmurların cibinə gedir. Bu xəyanətdir, amma hakimiyyət bunu gizlətməyə lüzum belə görmür. Açıq şəkildə etiraf edirlər ki, Azərbaycan və Türkiyə bizi diz üstə çökdürəcək. Cırtdan dövlətlərdə belə heç kim bu etirafı etmir. Amma bizim hakimiyyətimiz Moskvanın qucağında oturmaqdan başqa heç nə bilmir. Ermənistan hakimiyyəti nə Qarabağı, nə də bütövlükdə ölkəni əlində saxlaya biləcək”. Bu fonda Qarabağ məsələsinin sülh yolu ilə çözümünün Ermənistan üçün daha vacib əhəmiyyət kəsb etdiyi vurğulanır. Eyny zamanda dünyanın da indi Azərbaycanın mövqeyinə daha yaxnı bir rakursdan çıxış etməsi Ermənistan üçün əlavə təhdid sayılır. Proseslərin gedişi isə göstərir ki, dünya əslində Qarabağda sepaartçılıq hərəkatının artıq beynəlxalq miqyasda kifayət qədər təhlükəli bir presedent yaratdığını əyani görür. Məhz bu səbəbdən Azərbaycanın həll etmək istədiyi separatçılıq probleminə beynəlxalq dəstəyin artması istisna olunmur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ