Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan kilsə saxtakarlığının misilsiz yeni formasına əl atır…

Image


İsmayıl Əhməd: “Bir dinşünas, bir azərbaycanlı, bir insan kimi ermənilərin zəbt etdikləri torpaqlarımızda kilsə tikməsinin əleyhinəyəm”
Arifə Şükürova: “Ermənilərin Cəbrayılda kilsə tikməsi qanunsuzluqdur və beynəlxaq aləm buna reaksiya verməlidir”

 

Ermənilərin qəsb etdiyi və hazırda da işğal altında saxladığı Azərbaycan torpaqlarında kilsələr inşa etməsi halları baş verir. Torpaqlarımıza gəlmə olan bir toplumun həyata keçirdiyi bu xoşagəlməz aktlar Azərbaycan tərəfindən kəskin pislənir. Öz məkrli niyyətlərindən əl çəkməyən və torpaqlarımızda saxtakarlıq edən ermənilər Azərbaycanın işğal altında saxladıqları Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumatlara görə, iş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarında xristianlığın möhkəmlənməli olduğunu deyib.

Bildirilənə görə, mərasimə separatçı “Qarabağ ordusu” “komandanının müavini”, general-mayor Vardan Balayan və “Yerkrapa” hərbi birləşməsinin üzvləri də qatılıb.

Ermənistan işğal etdiyi Cəbrayıl rayonunun adını indiki mənbələrdə Djrakan kimi qeyd edir. Ermənilərin Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda tikdiyi kilsə Müqəddəs Məryəm  adlanır.

Düşmənin bu özbaşınalığına, torpağımızda kilsə inşa etməsinə sərt münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında deyib ki, bu, ermənilərin beynəlxalq qurumlar qarşısında üzərinə götürdüyü öhdəlikləri pozmasıdır: “Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində mülkiyyəti talan etməsi, təbii sərvətlərin istismarı, Azərbaycan xalqına məxsus maddi-mədəni irsi vəhşicəsinə məhv etməsi və özününküləşdirməsi, uğursuz şəkildə demoqrafik vəziyyəti dəyişməyə cəhd etməsi və digər qanunsuz əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır”.

O, həmçinin, qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi alban xristian irsinin və məbədlərinin mənimsənilməsi azmış kimi, ermənilərin heç zaman yaşamadığı işğal olunmuş Cəbrayıl rayonunda kilsə tikməsi qəsdən münaqişəyə dini don geyindirmək, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud təkliflərə uyğun olaraq həllinə maneə olmaqdır: “Erməni din xadimlərinin bu qanunsuz və dini dəyərlərdən kənar təxribatçı prosesdə xüsusi canfəşanlıq göstərməsi ciddi təəssüf doğurur. Ermənistan və erməni kilsəsi tərəfindən həyata keçirilən bu kimi əməllər beynəlxalq humanitar hüquqa zidd olmaqla bərabər, digər səmavi dinlər kimi, sülhə, başqasının mülkiyyətinə hörmətlə yanaşmağa, insanların həyatına qəsd və digər təcavüzkar əməllərdən kənar durmağa çağıran xristian dininin təməl prinsipləri və müqəddəs İncilin təlimləri ilə bir araya sığmır. Ermənistanın bu təxribatçı əməli də aidiyyəti üzrə beynəlxalq təşkilatlar çərçivəsində qaldırılacaq”.

Ermənilərin işğal etdikləri Azərbaycan torpağında kilsə inşa etməsini və onun açılışını təntənəli surətdə keçirməsini kəskin pisləyən Azərbaycan dinşünaslarının bildirdiyinə görə, ermənilər bununla işğalçı olduqlarını bir daha sübut etmiş olublar. Dünyanın gözü qarşısında baş verən bu kimi hallara dünya dindarlarının, elə xristian aləminin də sərt münasibət bildirməli olduğunu qeyd edən dinşünaslar hesab edirlər ki, işğal olunmuş ərazidə hər hansı bir dini məbədin tikilməsi şəriətə ziddir və haram sayılır.

Dinşünas İsmayıl Əhməd ermənilərin işğal etdikləri ərazilərimizdən olan Cəbrayıl rayonunun mərkəzində kilsə tikməsini pisləyərək bildirdi ki, tarixən saxtakarlığı özlərinə həyat tərzi seçən ermənilər bu kilsəni inşa etməklə gələcək nəsillərə öz “iz”lərini nişan qoymaq istəyirlər: “Bütün dünya erməni saxtakarlığı haqqında məlumata malikdir. Hamı bilir ki, onlar özlərinə aid olmayan yerlərdə öz “iz”lərini qoyurlar. Bu kilsəni də gələcək nəsillər üçün tikirlər ki, biz burada da “iz” qoymuşuq, kilsəmiz olubsa, biz də olmuşuq. Onların məqəsdi budur. Ümumiyyətlə, ermənilər ibadətlə arası olmayan toplumdur, sadəcə, “iz” qoymaq istəyirlər.

Məsələyə dini nöqteyi-nəzərdən yanaşsaq, istər müsəlmanlıqda, istər xristianlıqda, istər yəhudilkdə, hətta atəşpərəstliyin özündə belə, qəsb olunmuş yerdə dini məbəd - məscid, kilsə və s. tikmək qadağandır. Yəni qəsb olunmuş ona deyirlər ki, hansısa bir ərazidə yaşamağa icazə verilməsin. Qəsb olunmuş yerdə nəinki kilsə tikmək, hətta oradan dəstəmaz üçün su da götürmək haramdır. Əgər o kilsədə ibadət olacaqsa, bütün səmavi dinlərə görə orada ibadət məqbul deyil, o ibadət batildir.

Bir dinşünas, bir azərbaycanlı, bir insan kimi ermənilərin zəbt etdikləri torpaqlarımızda kilsə tikməsinin əleyhinəyəm. Allah evi olanda nə olar, bu, insanlığa sığmayan hərəkətdir”.  

Tarixçi-etnoqraf Arifə Şükürovanın sözlərinə görə də ermənilərin işğal altında saxladıqları ərazilərdə kilsə tikməsi həm insanlıq, həm də dini baxımdan düzgün deyil. A.Şükürova qeyd etdi ki, kilsə tikməklə özlərini ifşa edən ermənilər bununla heç nəyə nail ola bilməyəcəklər: “Ermənilərin Cəbrayılda kilsə tikməsini pisləyirəm. Bu, insanlığa sığmayan bir haldır. Əvvəlcə torpaqlarımızı işğal etdilər, sonra saxtalaşdırılması mümkün olmayan tarixi abidələrimizi dağıtdılar, bir sıra abidələri isə erməniləşdirməyə başladılar. Qarabağ ərazisində olan alban məbədlərini öz adlarına çıxmaqla, məscidləri yerlə-yeksan etməklə kifayətlənməyib, indi də o ərazilərdə erməni kilsələri inşa edirlər. Onlar düşünmürlər ki, saxtakarlığın ömrü uzun ola bilməz. Torpaqlarımız işğaldan azad edildikdən sonra o yerlər yenidən özümüzə qaytarılacaq. Ermənilər nə qədər kilsə tiksə də, məscidləri dağıtsa da, heç nəyə nail ola bilməyəcəklər. Onların bu qanunsuz əməlləri nə vaxtsa öz cavabını alacaq. Separatçı, işğalçı xislətinə malik olan ermənilər tarixən onun-bunun qoltuğunda yaşayıb və sığınacaq aldıqları dövlətlərin də hamısı onları öz ərazilərindən qovublar. Hesab edirəm ki, ermənilərin Cəbrayılda kilsə tikməsi qanunsuzluqdur və beynəlxaq aləm buna reaksiya verməlidir. Hətta dünyanın din xadimləri də bu mənzərəni kənardan izləməli deyil”.

A.Şükürova hesab edir ki, işğal etdikləri torpaqlarda “erməni izi” qoymaq istəyən işğalçı toplumun bütün səmavi dinlərə, beynəlxalq konvensiyalara zidd əməllərinə son qoyulmalıdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ