Bazar günü günü, 15 noyabr 2026
     

Erməni ordusunda əsl qırğın gedir…

Image


İşğalçı Ermənistan ordusunda nizamnamədən kənar halların gedərək artması, digər cinayətlərin sayının çoxalması onun döyüş və qeyri-döyüş şəraitində daha çox itkilərlə üzləşməsinə gətirib çıxarmaqdadır. Artıq bu məsələ erməni cəmiyyətində ciddi narazılığa yol açıb, hakimiyyət, eləcə də ordu rəhbərliyinə ünvanlanan ittihamlar kəskin şəkildə artıb. Amma buna rəğmən, ordudakı neqativ halların qarşısını almaq müşkül məsələyə çevrilib.

Təkcə rəsmi rəqəmlərin özü belə itkilərin sayının kifayət qədər yüksək olduğunu göstərir. Açıqlanan rəsmi rəqəmlərdən belə bəlli olur ki, Ermənistan Silahlı Qüvvələrində bu ilin 9 ayı ərzində 45 ölüm hadisəsi qeydə alınıb. Bildirilir ki, ölüm hallarının 19-u Ermənistan ərazisində, 26-sı isə Qarabağda baş verib. Ölümlərin 4-ü qətl, 8-i intihar, 5-i qəza, 20-si atəşkəsin pozulması, səhlənkarlıq nəticəsində baş verib. Təhlükəsizlik qaydalarının pozulması səbəbindən isə 2 nəfər ölüb. Digər hərbçilərin ölüm səbəbi hələ ki, müəyyənləşməyib. Amma qeyr- rəsmi rəqəmlərdə itkilərin sayının 100-ü çoxdan keçdiyi bildirilir.

Ermənistan sosial şəbəkələrində yayılan məlumatlardan isə belə bəlli olur ki, orduda vəziyyət getdikcə pisləşir. Qeyd edilir ki, Azərbaycanın işğal edilmiş ərazilərindəki Ermənistan ordusunun dislokasiya olunan hərbi hissələrində Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan çağırılan hərbçilər arasında gərgin münasibətlər nəticəsində qanlı insidentlərin baş verməsi adi hala çevrilib. O da xüsusi olaraq qeyd edilir ki, Ermənistandan hərbi xidmətə çağırılan və zorla Qarabağ ərazisinə göndərilən hərbçilər tərəfindən vəzifə səlahiyyətlərinin aşılması və nizamnamədənkənar münasibətlər zəminində baş verən hadisələr zamanı mənəvi və fiziki işgəncələrə dözməyən Qarabağ ermənilərindən olan hərbçilər son çıxış yolunu silaha əl atmaqla ya özünə, ya da onu incidənə xəsarət yetirməkdə görür. Elə bu günlərdə baş verən daha bir qanlı insident nəticəsində ermənistanlı hərbi qulluqçu yaralanıb. Xocavənd rayonu ərazisində işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı, əslən Ermənistanın Dilican rayonundan olan 1998-ci il təvəllüdlü Seyran Sarkisyan əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb. Sarkisyan hospitala aparılarkən yolda keçinib.

Ümumiyyətlə, qeyri-döyüş şəraitində Ermənistan ordusunda xəsarət alanların sayı çoxalıb. Məsələn, bir neçə gün öncə işğal olunmuş ərazilərdə yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər guya üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edir. Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilir. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib. Növbəti hadisə hərbi texnikaya qulluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqavilə əsasında xidmət edən hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. Onun da təcili olaraq hospitala təxliyə edildiyi bildirilir. Sonuncu hadisə isə oktyabrın 3-də səhər saatlarında artilleriya alayına məxsus “Zil” markalı avtomobilin aşması nəticəsində baş verib. Belə ki, yanacaq-sürtkü materialları anbarında növbəni dəyişən şəxsi heyəti daşıyan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən qəza baş verib. Nəticədə ən azı üç erməni hərbçisi müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıb. Qəza törədən köhnə “Zil” markalı yük maşınının yola çıxarkən nasaz vəziyyətdə olduğu bildirilir.

O da bildirilir ki, ordu rəhbərliyinin laqeyd münasibəti belə bir acınacaqlı vəziyytəin yaranmasına səbəb olub. Bunu ifşa edənlər isə ordu rəhbərliyi tərəfindən cəzalandırılır. Məsələn, Ermənistan silahlı qüvvələrinin Madagizdə yerləşən hərbi hissəsinin zabiti kapitan Edik Poqosyan xidmətdə rastlaşdığı problemlər, Ermənistan ordusunda olan cinayətlər, yüksək vəzifəli hərbçilərin özbaşınalığı haqqında sosial şəbəkələrdə paylaşımlar etdiyinə görə təqiblərə məruz qalıb. Aktiv sosial şəbəkə istifadəçisi olan kapitan Poqosyan xidmət etdiyi hərbi hissədə baş verən mənfi hallar, özbaşınalıqlar və ölüm hadisələri barədə öz fikirlərini bölüşüb. Bundan sonra o, komandanlıq tərəfindən təzyiqlərə məruz qalıb. Haqsızlıqlara dözməyən Ermənistan ordusunun kapitanı çıxış yolunu qaçıb canını qurtarmaqda görüb. Hadisə ilə bağlı kapitan Poqosyan barəsində cinayət işi açılıb və axtarış elan edilib. Ermənistan ordusunun keçmiş əsgəri David Arian isə bildirir ki,  orduda sıravi hərbi qulluqçuların vəziyyəti dözülməzdir. Bəzi əsgərlər zabitlərin davranışlarına dözməyərək intihar edir. O qeyd edir  ki, övladlarının daha bir ay da xəstəxanada qalması üçün öz əmlakını satan və ya kredit götürən xeyli sayda insan tanıyır: “Hərbi xidmətdəki çətinliklərin öhdəsindən gəlməkdə mənəvi çətinlik çəkən və buna dözməyərək intihar edən insanlar var. Özü də bu yolla ölənlər cəbhədə qarşı tərəfin gülləsindən ölənlərin sayından çoxdur. Alçaldıcı hərəkətlər və göstərilən təzyiqlərə görə çoxları damarlarını kəsməyə çalışıb“. Belə halların gedərək çoxalması isə erməni cəmiyyətində narazılığı daha da artırır. Elə bunun nəticəsidir ki, atəşkəs dövründə həlak olan erməni hərbçilərin anaları  yenidən Ermənistanda hökumət binasının qarşısında aksiya keçirib.

 Etirazçılar övladlarının Ermənistan hakimiyyəti tərəfindən qəsdən öldürüldüyünü bildiriblər. Etiraz edən əsgər analarından biri qeyd edib: "Biz uşaqlarımızın qanını yerdə qoymayacağıq. Onlar buna görə cavab verməlidir". Amma ordu rəhbərliyi belə aksiyaları polisin gücü ilə dağıtmağa son günlərdə daha çox üstünlük verir. Erməni mediası isə yazır ki, bu gedişlə orduda xidmət etməyə əsgər tapılmayacaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ