Bazar günü günü, 15 noyabr 2026
     

Bakı-Ankara-Moskva üçbucağında Ermənistana qarşı Qarabağ məsələsinə dair mühüm gedişlərə başlanğıc verilir

Image


Dağlıq Qarabağ münaqişəsinin həllində təsir imkanları kifayət qədər geniş olan ölkə qismində dəyərləndirilən Rusiyanın Ermənistana münasibətdə son dövrlərdə tutduğu mövqe indi İrəvanda böyük təşviş və narahatlıqla qarşılanır. Burada hesab edilir ki, Moskvanın Bakı və Ankara ilə münasibətlərinin gedərək daha da dərinləşməsi fonunda İrəvan tam oyundankənar vəziyyətə salınır. Bu durumda Bakı-Ankara-Moskva üçbucağının İrəvan üzərində təsir və təzyiq imkanlarının daha da artması gözlənir ki, Ermənistanı ən çox əndişələndirən məqamlardan biri də məhz budur.

Düşmən ölkədə belə bir məqama xüsusi diqqət yetirilir ki, hadisələrin gedişi Moskva vasitəsilə Azərbaycanın Ermənistana təzyiqlərini xeyli gücləndirməsinə gətirib çıxaracaq. Digər tərəfdən, Kremlin Azərbaycanla mövqelərini yaxınlaşdırması Rusiyanın özünün də Ermənistana təzyiq göstərən əsas tərəflərdən biri qismində çıxış etməsinə səbəb olacaq. Belə vəziyyət öz növbəsində Dağlıq Qarabağ konflikti ilə bağlı yeni bir durumun yaranmasını da qaçılmaz edəcək. Bütün bunlar fonunda hazırda Ermənistanda əsas diqqət  Rusiyanın baş naziri Dmitri Medvedyevin səfərinə yönəlib. Ermənistanın “Qraparak” qəzeti iddia edir ki, Medvedyev əslində İrəvana kəşfiyyata gəlir: “Kreml Avrasiya İttiaqına yeni üzvlər cəlb etməyə hazırlaşır. Bu sırada diqqət İran və Türkiyənin üzərində cəmləşib. Amma ekspertlərin fikrincə, belə vəziyyət Ermənistan üçün müəyyən təhdidlər yaradır. Onların əksəriyyəti bildirir ki, əsas problem Türkiyə-Azərbaycan tandemidir. Rusiya onların Avrasiya İttifaqına qoşulmasında daha çox maraqlıdır. Məsələ ondadır ki, Türkiyə bir müddət öncə Rusiyaya Ermənistan Avrasiya İttifaqından çıxacağı halda bu təşkilata üzv olacağını bəyan etmişdi. Çoxlarının fikrincə, Medvedyevin İrəvan səfərinin əsas məqsədi Türkiyəyə Ermənistanla olan "strateji" tərəfdaşlığının önəmini göstərmək yox, Ermənistan-Avropa Birliyi assosiasiya sazişinin imzalanmasının qarşısını almaq üçün fürsətin olub-olmadığını anlamaq cəhdidir. Belə görünür ki, İrəvan bu addıma getməkdə israrlıdır. Moskva isə bu durumda Bakı və Ankara ilə münasibətlərini daha da sıxlaşdıracaq. Belə vəziyyət isə Qarabağ məsələsində Ermənistanın zəifləyən mövqeyini daha zəif hala gətirəcək”.

Bununla yanaşı diqqət həm də ona yönəldilir ki, Moskvanın Qarabağ münaqişəsi ilə bağlı Ermənistana verdiyi göstərişlərə İrəvan mütləq mənada əməl etmək məcburiyyətində qalacaq. Çünki Rusiya Ermənistanda bütün əsas sahələrə etibarlı nəzarəti təmin edə bilib, o cümlədən artıq Ermənistan ordusunu da öz nəzarətinə keçirib. Bunun real təsdiqi qismində Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması göstərilir. Bu xüsusda müvafiq razılaşmanı Ermənistan parlamenti və prezidenti artıq təsdiq edib. Enməni mediası yazır ki, hələ parlament müzakirələri zamanı əsas məruzəçi kimi çıxış edən Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryan etiraf etdi ki, onlar öz sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə deyil: “Ermənistan öz sərhədlərini qorumaq gücündə deyil, lakin silahlandırma və vahid qoşun qruplaşması bunu təmin edə bilər”. Eyni mövqe parlamentin vitse-spikeri Eduard Şarmazanov tərəfindən də nümayiş etdirildi. O da bildirdi ki, Ermənistan tam ölçüdə öz müdafiəsini təmin etmək iqtidarında deyil: “Biz hansısa hərbi blokda olmalıyıq, buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik. Çünki Türkiyəyə qarşı yeganə alternativimiz bu blokdur”. Ermənistanın populyar analitika portalı “Lragir” redaksiya heyəti adından yazdığı məqalədə Şarmazanovu vətənə xəyanətdə və hərbi sirri yaymaqda günahlandırır və parlament üzvlərindən onu cəzalandırmağı tələb edir: “Yüksək çinli erməni funksioner etiraf edir ki, Ermənistan hakimiyyəti ölkənin müdafiəsini təmin edə bilmir, halbuki, bu onların konstitusion borcudur”.

Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, Ermənistan ictimaiyyəti rəsmi şəxslərin ölkənin gücsüzlüyü haqda etiraflarını aydın gördü. O vurğulayır ki,  adətən, öz vətəndaşlarının təhlükəsizliyini, ölkənin müdafiəsini təmin edə bilməyən hakimiyyətlər istefa verir: “Ermənistanda isə öz bacarıqsızlıqlarını etiraf edənlər nəinki istefa vermir, əksinə, bu bacarıqsızlığa bəraət qazandırmaq üçün hər cür şantaja əl atırlar. Rusiya isə Ermənistanın son qalası olan ordunu da ələ keçirdi. “Aprel müharibəsi”ndən sonra güman edilirdi ki, Rusiya Ermənistan ordusu üzərində nəzarəti ələ almaq üçün hərəkətə keçəcək. Vahid qoşun qruplaşması bu ehtimalları doğruldur. Hakimiyyət bunu inkar edir və deyir ki, razılaşma ordu üçün yeni imkanlar açır. Lakin inandırıcı arqumentlər irəli sürə bilmirlər. Həqiqətən yeni imkanlar açılırsa, o zaman, bu imkanlardan birini göstərmək lazımdır. Hakimiyyət isə öz dediyini sübut edə bilmir. Rusiya qalib gəlir və Ermənistandan  “son qəpiyinə qədər almağı” hədəfləyir”. Belə vəziyyətdə o qeyd edir ki, Moskva Qqarabağ məsələsində Ermənistana istənilən variantı da çox asanlıqla qəbul etdirəcək: “Özü də nəzərə almaq lazımdır ki, bütün bunlar Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməsi fonunda baş verir. Ermənistandan fərqli olaraq Azərbaycan və Türkiyə Rusiya ilə münasibətləri bərabərhüquqlu tərəfdaş kimi inkişaf etdirir”.

Ermənistanda Rusiya və Azərbaycanın yüksək səviyyəli əməkdaşlığına daha  bir sübut kimi Kremlin UNESCO-nun baş direktoru postuna Azərbaycanın namizədi, Moskvadakı səfirimiz Polad Bülbüloğlunun namizədliyini dəstəkləməsi göstərilir.  Xatırladaq ki, bu məsələ ilə bağlı  Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov mühüm bir açıqlama verib: “Azərbaycanın namizədi bizim prioritetimiz olaraq qalır”. Amma Moskvanın bu dəstəyi Ermənistanda birmənalı qarşılanmır. Erməni siyasi şərhçi Tevos Arşakyan yazır: “Rusiya bu addımı ilə Ermənistanı Azərbaycana, Bülbüloğluna satdı. Burada onu da nəzərə çatdırmaq lazımdır ki, oktyabrın 5-də parlament Rusiya-Ermənistan vahid qoşun qruplaşması haqda razılaşmanı ratifikasiya etdi və Ermənistanın müstəqilliyinin son qalıqları da itirildi. Bu, erməni ordusunun Rusiya tərəfindən idarə edilməsi və Moskvanın istədiyi vaxt Ermənistanın daxili işlərinə müdaxiləsi deməkdir. Maraqlıdır ki, Gennadi Qatilovun açıqlaması bu razılaşmanın ratifikasiya edilməsindən bir neçə saat öncə yayılmışdı. Bu onu göstərir ki, Rusiya bu razılaşmanın təsdiqlənəcəyini onsuz da bilirdi. Çünki rus agentlər erməni hakimiyyətinin bütün eşelonlarını işğal edib və Ermənistan artıq rusların cibindədir. Buna görə də Rusiya heç nədən narahat olmur”. Şərhçi bildirir ki, bu durumda  Sarkisyan hakimiyyəti Qarabağ məsələsində də Rusiyadan gələn sifarişləri can-başla yerinə yetirəcək. Bu mövqeni politoloq Qaqik Hambaryan da bölüşür. O bildirir ki, əslində, Ermənistanı elə Rusiya idarə edir: “Hətta sirr deyil ki, 2018-ci ildə Ermənistanda baş nazir təyinatına dair müzakirələrin nəticələrinə Rusiyanın böyük təsiri var”. Onun sözlərinə görə, bir il ərzində baş nazir Karen Karapetyan hansısa işi görməyə nail olub, lakin bunu əhali öz üzərində hiss etməyib: "Mən Ermənistan vətəndaşı olaraq, bu bir il ərzində insanların həyatına müsbət mənada təsir edən dəyişiklik hiss etməmişəm. Ölkəni tərketmə necə var idi, o cür də davam edir, sosial-iqtisadi vəziyyət kifayət qədər pisdir. Bütün bunlara görə prezidentdən baş nazirədək hamı cavabdehdir. Son 10 il ərzində Ermənistanı 250-300 min adam tərk edib, bu, hakim Respublika Partiyası üçün adi haldır. Hakimiyyəti başqa şey maraqlandırır. Serj Sarkisyan “R-Evolutsiya” proqramına verdiyi müsahibədə açıq şəkildə vurguladi ki, baş nazir olmaq və Ermənistan rəhbəri olaraq qalmaq arzusu var. İndi müzakirələr gedir və təəssüflə qeyd etməliyəm ki, bu müzakirələrin nəticəsinə bizim strateji tərəfdaşımız olan Rusiyanın böyük təsiri var. Rusiya indiyədək daxili işlərimizə müdaxilə edir və bizi yönəldir. Nümunə olaraq deyə bilərəm ki, Moskvanın müdaxiləsi ilə Gürcüstandakı NATO hərbi təlimlərində iştirak etmədik. Hakim Respublika Partiyasının bir hissəsi höküməti tərifləyir, digər hissəsi isə hesab edir ki, Ermənistanın rəhbəri yenidən Serj Sarkisyan olmalıdır. Amma reallıqda bu hakimiyyət ölkəni Rusiyaya təhvil verib. Ona görə də Qarabağ məsələsində də biz Rusiyanın dedikləri ilə oturub-lurmağa məcburuq”.

“Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri Aleksandr Duqin isə bildirir ki, Kreml həqiqətən də Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru addım atılmasında maraqlı tərəflərdən biridir. O bildirir ki, Moskva məsələnin mərhələli həllini dəstəkləyir. O bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiyanın “Lavrov planı” adlandırılan təklifi əsasında həll oluna bilər. Kremlin strateqlərindən biri hesab olunan Duqin erməni mətbuatına verdiyi müsahibədə deyib ki, prezidentlərin görüşü çox vacibdir, çünki Erməni-Azərbaycan münasibətlərində vəziyyət o həddə çatıb ki, artıq problemin həlli mümkünsüz hala gəlir: “Bu böhranın həllinə nail olmaq lazımdır. Hesab edirəm, prezidentlərin görüşündə Qarabağın ilk mərhələdə 5 rayonunun azad edilməsi məsələsi qaldırılacaq. Ancaq problem ondadır ki, bu məsələdə erməni mətbuatında Ermənistanın milli maraqlarına xəyanət fikri üstünlük təşkil edir. Azərbaycan mətbuatında bunu, əksinə, qələbə kimi dəyərləndirirlər. Mənim fikrimcə, plan çox yaxşı hazırlanıb və jurnalistlərin də bunu düzgün təqdim etməsi çox vacibdir". 

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Azərbaycanla münasibətlərini genişləndirən Rusiya Qarabağ məsələsində  Ermənistanı küncə  sıxışdıra biləcək gedişlər etməyə hazırlaşır. Bu gedişlər Qarabağ məsələsinin mərhələli şəkildə həllini mümkün hala gətirir. İrəvanın bu məsələdə Rusiyaya hansısa ciddi müqavimət göstərməsi də mümkünsüzdür. Çünki ölkə faktiki Rusiyanın tam nəzarəti altındadır və Azərbaycan bu amildən maraqları çərçivəsində indi məharətlə istifadə edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ