Bazar günü günü, 15 noyabr 2026
     

Rusiya-Türkiyə münasibətlərində isinişmə də hələlik Telman İsmayılovun köməyinə çata bilmir…

Image


Bir vaxtlar Rusiyanın ən qüdrətli oliqarxlarından sayılan məhşur azərbaycanlı iş adamı Telman İsmayılov ətrafında baş verənlər onu yenidən medianın diqqət mərkəzinə gətirib. Belə görünür ki, yüz milyonlarla pulu əvvəllər sağa-sola xərcləyən bu şəxs indi həm maliyyə sahəsində ciddi problemlər yaşayır, həm də hüquq-mühafizə orqanları ilə yaşadığı problemlərin miqyası böyüyür.

Hətta “Rosbalt” agentliyinin Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyində mənbələri olan əməkdaşı Yuri Verşov iddia edir ki, Rusiya hüquq-mühafizə orqanları tezliklə Telman İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bildirilir ki, Telman İsmayılovın adı sifarişli qətllər, özgə əmlakına qəsdən zərər vurulması da daxil olmaqla bir neçə maddə ilə qaldırılmış cinayət işində artıq fiqurant kimi keçir. Bura Moskvanın Lianozovsk bazarının yandırılması da daxildir.

Qeyd edək ki, harada olduğu dəqiq bilinməyən keçmiş milyarderin Türkiyədə də mövqeləri sıxışdırılır. Məsələn, elə bu yaxınlarda Telman İsmayılovun oğlu Sərxana məxsus lüks avtomobillərdən birinə həbs qoyulub. Həbs yerli şirkətlərdən birinin tələbi əsasında həyata keçirilib. Belə ki, Sərxan İsmayılovun şirkətə 465 min lirə məbləğində borcu var.

Telman  İsmayılova məxsus "Mardan Palace" hotelinin baş direktoru Səlcuk Şəntəpə də faktı təsdiqləyib. Onun sözlərinə görə, İsmayılovlar ailəsi maliyyə çətinliyi ilə üzləşib. "Mardan Palace" rəsmisi əlavə edib ki, Türkiyə iqtisadiyyatına 1,5milyard  dollarlıq sərmayə yatıran bir şəxslə bu cür rəftar yolverilməzdir: "O, avtomobilinin həbs olunması ilə diqqət mərkəzinə düşməyə layiq deyil". Məlumat üçün billdirək ki, üzərinə həbs qoyulan avtomobilin dəyəri 2 milyon dollardır. Bundan başqa, Türkiyənin ən dəbdəbəli otellərindən biri, Telman İsmayılov tərəfindən tikilmiş “Mardan Palace” qapanma ərəfəsindədir. Qeyd edək ki, oteli Telman İsmayılovun obyektlərinin müflisləşməsinə çalışan Rusiyanın VTB bankı ələ keçirmək istəyir. Bəzi mənbələrə görə, bu artıq 2017-ci ilin payızında baş tuta bilər. Xatırladaq ki, Telman İsmayılov bu otelin tikintisinə 1,5 milyard dollar pul xərcləyib. Lakin obyekt rentabelli olmayıb və tezliklə öz sahibini borc bataqlığına çəkməyə başlayıb. Digər tərəfdən, məhz bu oteldən sonra Rusiyada Telman İsmayılova münasibət dəyişib. Son günlərdə isə hüquq-mühafizə orqanlarının Telman İsmayılova qarşı fəaliyyəti daha da genişlənib.

Elə bu günlərdə Rusiyada ona  aid 12 ünvanda qəfil axtarış aparılıb. Hüquq-mühafizə orqanları axtarış barədə şərh verməyib. Rusiya mediası yazır ki, Telman İsmayılovun adı qardaşı Rafiq İsmayılovun təşkil etdiyi sifarişli qətllərdə keçir. Xatırladaq ki,  Rafiq İsmayılov biri keçmiş ortağı olmaqla iki biznesmenin qətlini sifariş etmək ittihamı üzrə həbsdədir. Digər qardaşı Vaqif İsmayılov da bu qətllərlə bağlı axtarışa verilib.  İstintaqa ifadə verən gizli şahid Telman İsmayılovun hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşlarını pulla ələ aldığını danışıb. Və bu ifadə əsasında bəzi generalların da həbsi gözlənir. “Rosbalt” isə bildirir ki, Rusiya İstintaq Komitəsi hazırda İsmayılovlarla bağlı beş maddə ilə qaldırılmış cinayət işinin istintaqını aparır. Bura mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, qətllər, qanunsuz silah saxlama, qanunsuz bank fəaliyyəti, özgə əmlakının yandırılması maddələri daxildir.

Hələlik İsmayılovların daxil olduğu mütəşəkkil cinayətkar qruplaşma iki sifarişli qətldə ittiham olunur. Lakin İsmayılovları daha üç nəfərin qətlində şübhəli bilirlər.  Mənbə deyib ki, reallıqda İsmayılovların əlaqəli olduğu qətllərin sayı 10-dan çox ola bilər.  O bildirib ki, Rafiq İsmayılovun ”sağ əli“ hesab edilən Harri Belotserkovski hazırda istintaqla fəal əməkdaşlıq edir. Mənbənin bildirdiyinə görə, Rafiq İsmayılov ailədə güc əməliyyatlarına cavabdeh olub, o, ailənin işlərinə mane olanların aradan götürülməsini təşkil edib və kriminal aləmlə əlaqələr saxlayıb. Telman İsmayılov özü isə “Kommersant”a bildirib ki, onun ətrafında son günlər baş verənlər təxribatdır. Biznesmen eyham edib ki, onlar onun uşaqlarını və nəvələrini qorxudublar, ancaq axtarışları kimin və nə məqsədlə apardığını bilmir. Amma baş verənlər artıq keçmiş milyarderin qalmaqallı həbsinin olacağını istisna etmir. Artıq Rusiyanın bir çox media orqanlarında bu xüsusda çoxsaylı məlumatlar səslənir. Özü də  İsmayılovların işi üzrə cinayət işində tezliklə güc strukturlarının bir neçə yüksək rütbəli nümayəndəsi də fiqurant ola bilər. Məlumatlara görə, İsmayılov qardaşlarının işi üzrə əməliyyat tədbirlərinə Federal Təhlüksizlik Xidmətinin mərkəzi aparatının əməkdaşları da qoşulub. Bütün bunlar Telman İsmayılov üçün artıq vəziyyətin çox gərginləşdyini göstərir. Üstəlik, əvvəlki himayədarları da bu şəxsdən üz dönədrib ki, belə vəziyyət də onun durumunu daha da ağırlaşdırır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ