Bazar günü günü, 15 noyabr 2026
     

Qarabağ münaqişəsinin mərhələli həll variantı işə düşür…

Image


Azərbaycan diplomatiyasının çevik gedişləri, Ermənistanın işğalçılıq fəaliyyətinin effektiv şəkildə beynəlxalq auditoriyaya çatdırılması artıq öz nəticələrini verir. İndi Ermənistan birmənalı şəkildə işğalçı ölkə olaraq qəbul edilir və bu hal artıq çoxsaylı qərar və qətnamələrlə də öz təsdiqini tapıb. Eyni zamanda Ermənistana yönəlik təzyiqlərin də artması müşahidə olunur və ondan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll prosesini tezləşdirməsi tələb edilir. Məhz bütün bunlar fonunda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın işğal altındakı ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını bəyan etməsi əslində təsadüfi sayıla bilməz. 

Bir daha xatırladaq ki, Nalbandyan İrəvanda “Ermənistan-Diaspor” VI Ümumerməni Forumunda iştirakçıların suallarını cavablandırarkən çox maraqlı açıqlamalar verib. Burada o qeyd edib ki,

 Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində “Qarabağ zonası üçün təhlükə yaratmayacaq” ərazilərin qaytarılmasını müzakirə edir: “Ərazilərin qaytarılması ilə əlaqədar söhbət təhlükəsizlik baxımından nə Qarabağ, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir. Başqa təfərrüatlar barədə məlumat verə bilmərəm, əks təqdirdə danışıqlar uğursuzluğa düçar olar”. Aydındır ki, söhbət burada ilk növbədə Dağlıq Qarabağ ətrafında olan ərazilərdən gedir. Elə Azərbaycan da, beynəlxalq ictimaiyyət də Ermənistandan ilk növbədə Dağlıq Qarabağ ətrafında olan ərazilərin boşaldılmasını tələb edir. Bundan sonra Dağlıq Qarabağın özündən Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması və status məsələsinin həllini tapması gözlənir. Bütün bunlar mərhələli həll variantının tələblərinə də uyğundur. İndilikdə Ermənistan hakimiyyəti özünü sığortalmaq üçün qaytarılacaq ərazilərin münaqişə üçün təhlükə yaratmayacaq yerlər olduğunu bildirir. Amma aydındır ki, burada hər santimetr torpaq qiymətlidir və bu mənada Edvard Nalbandyanın qaytarılacaq ərazilərin əhəmiyyətsiz olduğunu bildirməsi hansısa ciddi məna kəsb etmir. Nalbandyanın açıqlamasını şərh edən plitoloq Fikrət Sadıqov bildirir ki, torpaqların qaytarılması ilə bağlı fikirlər Ermənistan siyasətinin dalana dirənməsinin nəticəsidir. Onun sözlərinə görə, artıq Ermənistan rəhbərliyi ölkənin təcrid vəziyyətində olduğunu qəbul etməyə başlayıb: “Ötən ilin aprel döyüşləri göstərdi ki, biz heç vaxt bu məsələdə geri çəkilməyəcəyik. Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Hər keçən gün hərbi potensialımız daha da artır. Bunu nəzərə alan Ermənistan tərəfi toraqların geri verilməsi haqda bizə mesaj göndərir. Burada söhbət 5 rayondan gedir. Bu, Kazan və Madrid prinsiplərində də öz əksini tapmışdı. Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bu məsələni bilərəkdən uzadır. İndi vəziyyət xeyli dəyişib. Onlar çıxılmaz durumda olduqlarını başa düşürlər. Bu səbəbdən Ermənistan rəhbərliyi 5 rayonu azad etməyə hazır olduğunu bildirir”. 

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Ermənistana qarşı beynəlxalq təzyiqlər də son dövrlərdə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, buna paralel olaraq Azərbaycan hərbi müstəvidə də erməni tərəfinə təzyiqləri artırır, məsələnin güc variantı ilə həllinin hər an işə düşə biləcəyini bəyan edir. Yeri gəlmişkən qeyd edək ki,  elə bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin 15000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarının iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlaması da diqqət çəkir. Bu təlimlər Prezident İlham Əliyevin BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak üçün Nyu-Yorkda olduğu bir vaxtda başlayıb.  Ali Baş Komandanın Nyu-Yorka yola düşərkən ordunu poliqona yeritməsi isə onu gündəmə gətirir ki, Azərbaycan artıq  Minsk Qrupuna Ermənistanı konstrkutiv mövqeyə gətirmələri üçün konkret mesaj verir. Bildirir ki, əks halda bunu Azərbaycan ordusu etməli olacaq. Özü də bu təlimlərdə Azərbaycan tam yeni silahlarını nümayiş etdirir. Belə ki, Azərbaycan Silahlı  Qüvvələri Çexiyadan yeni aldığı 152 millimetr çaplı “SpGH Dana” özüyeriyən haubitsaları və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemlərini ilk dəfə bu təlimlərdə nümayiş etdirib. “Dana” özüyeriyən haubitsalar və RM-70 reaktiv sistemləri 2016-2017-ci illərdə alınıb. Özüyeriyən toplar müasir atış-kontrol sistemi ilə təchiz olunub. Həmin silahların sayəsində Azərbaycan artilleriyasının zərbə gücü ilə yanaşı mobilliyi də xeyli artmış olur. Onu da qeyd edək ki,  “Dana” Azərbaycan ordusunun düşmən üzərində xüsusən artilleriya sahəsində əzici üstünlüyünü daha da artıracaq. Bu sistem “təkərlər üstündə cəhənnəm” adı alıb. Qurğunun silahlanmasındakı 152 millimetrlik top-haubitsa iki zirehli yarımqüllədən ibarət olan fırlanan qüllədə quraşdırılıb. Top-haubitsa intensiv atış zamanı barıt qazlarının sistemin özünə və heyətə təsirini istisna edən xüsusi mexanizmlə təchiz edilib. İntensiv atış isə “Dana”lardan avtomatik rejimdə həyata keçirilir və bu, həmin artilleriya sistemlərinin ən mühüm (365 at gücü)  mühərriki ilə təchiz edilmiş olduqca yüksək manevr qabiliyyətinə malik olan mobil platformada yerləşdirilməsi ona düzənlik ərazilərdə daha yüksək hərəkətlilik imkanı yaradır. Məlumatlara görə, Azərbaycan azı bir diviziyonu silahlandırmağa bəs edəcək qədər - 12 ədəd “Dana” özüyeriyəni alıb. Həmin sistemlərlə təchiz olunmuş artilleriya diviziyon düşmən mövqelərinə cəmi 15 dəqiqə ərzində intensiv atışla 720-yə qədər 152 millimetrlik  mərmi yağdıra bilər ki, bu da olduqca böyük dağıdıcı güc deməkdir. 122 millimetrlik  çaplı RM-70 “Vampir” də “Tatra T-813” şassisi üzərində yerləşir. RM-70 “Vampir” 2,5 dəqiqədən az müddətdə atəşə hazır ola və 3 dəqiqə ərzində döyüş mövqeyini tərk edə bilər. Sistem 30 saniyədən az müddətdə 40 raket buraxır. “Vampir”in əsas özəlliklərindən biri də döyüşə hazır 40 raketlə bərabər maşın üzərində əlavə 40 raket blokunun da olmasıdır. Bunun sayəsində bir sistem vaxt itirmədən qısa müddətdə 80 raketin atışını həyata keçirir. Çexiya istehsalı olan raketlərlə “Vampir” 20 kilometr məsafəyə atəş açır və maşın bir buraxılışda 3-5 hektar ərazini məhv edir.

Hesab edilir ki, yeni hərbi təlimlərdə bu silahların nümayişi təsadüfi deyil və Ermənistana verilən konkret mesajlardır. Görünür, bütün bunlar Ermənistanın mərhəhəli həll variantına razılıq verməsində az rol oynamayıb.  Bununla yanaşı, Azərbaycanın  Türkiyə ilə birlikdə “TurAz Qartalı -2017” təlimlərinin başlanması Bakı və Ankaranın birlikdə olmasına dair də ermənilərə verilən mesaj sayılır. Hazırda “TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir. Ermənistanda hesab edilir ki, bu, Türkiyənin mümkün Qarabağ müharibəsində Azərbaycanla bir cəbhədə olacağına dair Ermənistana verilən mesajdır.  “İravnuk” qəzeti yazır ki, Türkiyə hər zaman Azərbaycana açıq dəstək verir və mümkün hərbi əməliyyatlarda onu tək qoymayacaq: “Ermənistan isə meydanda tək qalıb. Artıq Rusiyaya da güvən yoxdur və Moskva indi üzünü İrəvandan daha çox Bakıya çevirir”. Rusiyanın Ermənistandan çox Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə maraqlı olmasını Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov da təsdiq edir. O bildirir ki, Azərbaycanın MDB-dəki rolu labüddür və olduqca böyük əhəmiyyətə malikdir: “Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da, iqtisadiyyata verdiyi töhfələr inkaredilməzdir. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv seçilməməsinin müxtəlif səbəbləri var. Əsasən siyasi səbəbləri var. Rusiya üçün Azərbaycan Respublikasının bu birlikdə də yer alması vacibdir. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik. İlk növbədə problemlər həll olunmalıdır. Problemlərin həlli üçün beynəlxalq təşkilatları gözləməyə dəyməz. Bizim prezidentlərin mövqeyi əsas götürülməlidir. Gördüyümüz kimi, 25 il ərzində nə Amerika, nə də digər təşkilatlar bizim problemin həlli ilə məşğul oldu, heç bir problem həll edilmədi və həllini tapmadı”. Kalaşnikov problemlərin həlli üçün maraqlı tərəflərin - Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin intensiv görüşlərinin vacib olduğunu qeyd edib: “Qarabağ problemi həll edilməlidir. Bunun üçün hər üç prezidentin mövqeyi lazımdır. Qeyd etməliyəm ki, prezidentlərimizin münasibəti həm siyasi, həm dövlətçilik, həm də dil baxımından olduqca yaxındır. Əlbəttə ki, hər bir prezident öz ölkəsinin maraqlarını güdür və müdafiə edir. Məncə, ən gec beş il ərzində prezidentlərimizin səyi nəticəsində Qarabağ problemi həll ediləcək”. Bu açıqlamadan da aydın göründüyü kimi, Rusiya Azərbaycanla münasibətlərin daha çox inkişaf etdirilməsində maraqlıdır. Bunun üçün Kreml Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin olmasını istəyir və elə Ermənistana da təzyiq edən tərəflərdən biri məhz Moskvadır. Ermənistanın mərhələli həll varinatına razılıq verməsinin arxasında dayanan əsas aktorlardan birinin də yenə Rusiya olduğu şübhəsizdir. Bütün bunlar Rusiyaya Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün çox vacibdir. Azərbaycanla münasibətlər isə Rusiyanın Qafqazdakı gələcəyini müəyyən edən əsas faktordur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ