Bu gün hərb müstəvisində Azərbaycanın işğalçı Ermənistandan kifayət qədər üstün olması birmənalı həqiqətdir və İrəvanın tərəflər arasında fərqi azaltmaq cəhdləri də hansısa nəticə vermir. Əksinə, hər keçən gün Azərbaycan aldıığ yeni silahlarla Ermənistanı daha çox geridə qoyur.
Son dövrlərdə isə Ermənistanın yeganə təsəllisi əlində “İsgəndər” raketlərinin olması idi. Amma Ermənistana verilən “İsgəndər”lərin hansı model olması ətrafında məlumatlar qaranlıq olaraq qalırdı. İndi isə Rusiya Müdafiə Nazirlyinə yaxın olan “Razm” saytının yaydığı məlumtalrdan belə bəlli olur ki, Kreml İrəvana “İsgəndər-E” operativ-taktiki raket komplekslərini verib. Məlumatlara görə, “İsgəndər-E” kompleksi Rusiya ilə Ermənistan arasında hərbi texnika və silah-sursatın alğı-satqısına dair 200 milyon ABŞ dolları həcmində kredit razılaşması əsasında ermənilərə verilib.
Qeyd edək ki, Rusiya Stavropol və Həştərxanda “İsgəndər” raket komplekslərinin təlimlərinin keçirilməsi ilə bağlı xəbərlər dərc olunduqdan sonra Ermənistan mətbuatında “İsgəndər-E” operativ-taktiki raket komplekslərinin dəyişdirilməsi ilə bağlı xəbərlər dərc olunub. Xəbərdə həmçinin bildirilir ki, Rusiyanın “İsgəndər-E” operativ-taktiki operativ-taktiki raket kompleksi ilə təchiz etdiyi yeganə ölkə Ermənistandır. “Razm” saytı bu məlumat əsasında bildirir ki, Rusiya Ermənistana “İsgəndər-M” yox, əslində “İsgəndər-E” operativ-taktiki raket kompleksini verib. Bu raketlər arasında fərq isə kifayət qədər böyükdür. Silahlanmaya 2006-cı ildə qəbul edilmiş “İsgəndər-E” raket kompleksləri “İsgəndər-M” operativ-taktiki raket sistemlərinin ixrac versiyasıdır. İxrac versiyasının daxili variantdan əsas fərqi atış məsafəsinin 280 kilometr olmasıdır.
Rusiyalı hərbi ekspert Pavel Felgenhauer də raketlərin modifiykasiyasına görə fərqləndyini bildirir: " İsgəndər" yüksək dəqiqliyə malik silahdır, amma böyük dəqiqlik üçün yaxşı peyk görüntüləri lazımdır. Ermənistana "İsgəndər" raketlərinin hansı modelinin göndərildiyi aydın deyil. Ermənistana ixrac versiya olan “İsgəndər-E” raketləri verilə bilər. Bu isə “İsgəndər-M”-lə müqayisədə daha pis və daha balaca radiusda fəaliyyətə malikdir. “İsgəndər-M”isə yalnız Rusiya üçün buraxılır. Bunu Rusiya 300 kilometrdən yuxarı məsafədəki ballistik raketlərin yayılmaması haqqında üzərinə götürdüyü beynəlxalq öhdəliyə uyğun olaraq üçüncü tərəfə verməməlidir".
Digər tərəfdən məlumatlar da var ki, Ermənistandakı “İsgəndər”lər erməni hərbi birləşmələrinin arsenalına daxil deyil, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tərkibində yer alır. Bunu erməni siyasi şərhçi Sarkis Artsruni da təsdiq edir və bildirir ki, “İsgəndər”lər faktiki olaraq Ermənistan silahlı qüvvələrinin arsenalına daxil deyil: “Yalnız formal olaraq bizim balansımızdadır. Sabah bu raket kompleksinin tətbiqi gündəmə gələrsə, mümkün olmayacaq. Kalininqradda olduğu kimi, Ermənistanda da “İskəndər”lərin istifadəsi ilə bağlı əmri yalnız Rusiya prezidenti verə bilər”. Bu arada Xatırladaq ki, Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana S-400 raket müdafiə sistemlərinin verəcəyidir. Həmin raketlər “İskəndər”ləri asanlıqla neytrallaşdırmağa imkan verir. Erməni siyasi şərhçi Aram Amatuni hesab edir ki, sözegedən silaha Azərbaycanın sahib olması ehtimalı Ermənistan üçün olduqca təhlükəlidir: “Artıq Ermənistan mümkün Rusiya-Azərbaycan razılaşması olmadan belə böyük risk altındadır. Bu barədə danışıqların özü belə İrəvan üçün böyük təhlükədir. Bu, aprel müharibəsindən bir neçə dəfə təhlükəli olacaq. Aprel müharibəsi bir neçə milyard dollarlıq Rusiya-Azərbaycan hərbi-texniki razılaşmasının qarşısının alınmamasının nəticəsi idi”.
Bundan başqa elə indinin özündə də Azərbaycanın silah arsenalında “İskəndər”i məhv edəcək raket sistemləri var. Misal üçün, bu raketlərin qarşısını kəsə biləcək sistemlərdən biri “Favorit” S-300PMU-2-dir. Bu sistem Rusiya istehsalıdır və Azərbaycan ordusunun arsenalında var. S-300PMU-2 saniyədə 2,8 kilometr sürətlə 40 kilometr uzaqlıqdakı hədəfi məhv edə bilər. Bununla yanaşı, ekspertlər Azərbaycanın İsraildən aldığı orta mənzilli “Barak 8” raket sisteminin də “İskəndər”in qarşısını ala biləcəyini qeyd edirlər. Eyni zamanda Azərbaycan Pakistandan da müasir raketlər almağa hazırlaşıro ki, bu dal Ermənistanı kifayət qədər narahat edir. Enyi zamanda İsrailləd də əlaqələr genişləndirilir. Xatırladaq ki, İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib. Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub. İstisna deyil ki, Azərbaycan həmin silahların alışını da həyata keçirsin.
Tahir TAĞIYEV