Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın Qarabağ diplomatiyası və geosiyasət - Ermənistan əsas himayədarından sürətlə uzaq düşür...

Image


Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycanın həyata keçirdiyi siyasətin başlıca məqsədlərindən biri də Ermənistanın təcridinin daha da genişlənməsi, bu ölkənin hamilərinin İrəvana dəstəyinin azalmasıdır. Son mənzərənin təhlili qeyd olunan istiqamətdə Azərbaycanın diplomatik gedişlərinin əslində öz müsbət nəticələrini verdiyini göstərir. Söhbət ilk növbədə Ermənistana böyük təsir imkanlarına malik olan, indiyə qədər bu ölkənin ayaqda qalmasını təmin edən Rusiyanın İrəvana baxış və münasibətlərinin dəyişməsindən gedir.

Son proseslər bu qənaətə gəlməyə əsas verir ki, bu gün Moskva üçün Bakı ilə münasibətləri inkişaf etdirmək daha vacib prioritetdir, nəinki Ermənistanla əlaqələri daha yüksək səviyyəyə qaldırmaq. Kreml aydın görür ki, onun Cənubi Qafqazda gələcək varlığı əsas etibarı ilə Azərbaycanla əməkdaşlığı hansı səviyyədə inkişaf etdirməsindən birbaşa asılıdır. Elə bu səbəbdən, ermənilərin ciddi narazılığına səbəb olsa belə, Moskva indi Bakı ilə əlaqələrin dinamik inkişafına daha çox diqqət yteirir. Özü də bütün əsas vacib sahələr üzrə. Bunu Rusiyada “Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçrilən konfransda səslənən fikirlərdən də aydın görmək olar. Kremlin ideoloqu kimi tanınan Rusiyanın tanınmış ictimai-siyasi xadimi, filosof, politoloq, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Duqinin həmin konfransda səsləndirdiyi fikirlər də  Bakı-Moskva münasibətlərinin yeni yüksəliş mərhələsinə qədəm qoyduğunu aydın nümayiş etdirir.

Aleksandr Duqin bildirir ki, əvvəllər ölkələr  arasında sərin olan münasibətlər bu gün Rusiya-Azərbaycan strateji tərəfdaşlığına çevrilib. O hesab edir ki, sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsi Rusiya üçün də çox vacibdir: “Azərbaycan müstəqil, suveren qütbü olan, sürətlə inkişaf edən bir ölkədir. Azərbaycan böyük siyasi uğurlar əldə edib. O, Cənubi Qafqazın pələnginə çevrilib. Ölkə durmadan və fəal şəkildə inkişaf edir. Özünün müstəqil, suveren qütbü var. Azərbaycan suveren olan, güc toplayan dövlətdir”.

Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki siyasəti haqqında danışan rusiyalı politoloq bunun Rusiya-Azərbaycan münasibətlərinə çox mühüm faydalar verdiyini dilə gətirib: ”Biz getdikcə hər mənada daha çox tərəfdaş oluruq. Bu həm diplomatik, həm də şəxsi münasibətlərdə anlaşma tələb edir. Siyasətdə şəxsiyyət amilinin həmişə öz rolu var. Bu baxımdan prezidentin rolu həlledicidir. Müasir intellektual cəmiyyət, informasiya mühitləri bu proseslərdən geri qalır”. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında qeyd-şərtsiz yaxınlaşma və strateji tərəfdaşlığı təmin etmək üçün hər iki ölkənin intellektual elitası daha tez-tez ünsiyyət qurmalı və intensiv əlaqələri bərpa etməlidir. Bakının beynəlxalq əlaqələrdəki artan rolunu qeyd edən mərkəzin rəhbəri Azərbaycanın Rusiya və Türkiyə arasında münaqişənin aradan qaldırılmasında mühüm rol oynadığını və Moskva, Ankara və Tehran arasındakı münasibətlərdə mühüm amil olduğunu bildirib: “Regional oyunçu və beynəlxalq siyasətin əsas qütbü kimi, Azərbaycanın geosiyasi əhəmiyyəti göz önündə artır”. Bu fikirlərdən aydın görünür ki, bu gün Azərbaycanla münasibətlərin dinamik inkişaf etdirilməsi Rusiyanın da xüsusi maraq dairəsindədir.

Aydındır ki, belə vəziyyət nəticə etibarı ilə Qarabağ münaqişəsinin gedişinə də ciddi surətdə təsir göstərmək iqtidarındadır. Çünki sözügedən konfliktin həlli Rusiya ilə Azərbaycan arasında əlaqələrin daha sürətlə genişlənməsinə rəvac verəcək və bunu Moskvada da yaxşı bilirlər. Elə Aleksandr Duqin də münasibətlərin genişlənməsi fonunda Qarabağ konfliktinin həllini vacib sayır: “Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”. O qeyd edib ki, Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Problemin güc yolu ilə həlli yoxdur. Lakin biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır. Azərbaycan ciddi şəkildə güclənir, möhkəmlənir və regionda qüvvələr balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın  dostu və tərəfdaşıdır, ancaq bununla belə, Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələr arasında, o cümlədən hərbi sahədə də yaxınlaşma baş verir. Lakin bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil, bu belə qəbul edilə bilməz. Yaxud əksinə. Münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, işğal edilmiş rayonlardan ilk növbədə 5-ni Azərbaycana qaytarmalıdır. Təkrar edirəm ki, bizə irəli getmək lazımdır”. Duqinin fikirlərinin Kremlin mövqeyini əks etdirməsinə isə heç bir şübhə yoxdur. Belə vəziyyət onu göstərir ki, Moskva Azərbaycanla münasibətlər və Qarabağ münaqişəsi ilə bağıl siyasətində ciddi yeniliklər etməyə hazırlaşır. Belə vəziyyət isə sözügedən konfliktin həllini əhəmiyyətli dərəcədə tezləşdirmək iqtidarındadır.  Bunu Rusiya Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun dedikləri də təsdiq edir. Partiya sədrinin Ermənistanda antirusiya meyillərinin güclənməsi və NATO-ya inteqrasiya etmək istəyinə dair məsələni şərh edərkən dedikləri aydın göstərir ki, Kreml Qafqazda hadisələrin inkişaf axarından, eləcə də Qrabağ konfliktinin həllinin uzanmasından narahatdır: “Rusiyadan uzaqlaşan hər kəsin vəziyyəti pisləşir. Ermənistan və erməni xalqı bunu hamıdan yaxşı bilir. O ki qaldı isterikaya, elə Moskvada da Amerika tütəyinə oynayanlar az deyil. Bu insanlar Rusiyaya xidmət etmir və vəziyyəti gərginləşdirmək üçün əllərindən gələn hər şeyi edirlər. Həmin güclərə Ermənistanda ayaq açmağa imkan vermək olmaz. Biz onlara ayaq açmağa imkan verməyəcəyik”. Züqanovun dedikləri, aydındır ki, İrəvana açıq xəbərdarlıqdır.

Ermənistanın Milli və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sarkisyan bildirir ki, hadisələrin indiki inkişaf axarı heç də İərvanın mövqeyinə cavab vermir. Onun sözlərinə görə, artıq Ermənistan Azərbaycana çatmaq gücündə deyil:
“Bakı Moskva ilə əlaqələrini İrəvana nisbətən daha çevik inkişaf etdirir. İstər siyasi, istər iqtisadi, isətrsə də hərbi sahədə. Rusiya Azərbaycanla Ermənistana silah satır və Cənubi Qafqazda balansı qoruduğunu söyləyir. Ermənistan Rusiyanın müttəfiqi olduğu halda balansın belə qorunması nəyə lazımdır? Yoxsa müttəfiq deyilik? Rusiya Azərbaycana Ermənistandan daha çox silah tədarük edir. İrəvan elə-belə Azərbaycana çatmaq gücündə deyil. Rusiya Ermənistana başqa yerdən silah almağı qadağan edə bilir, Azərbaycanla isə bu mümkün olmur. Bakı uğurla İsraildən, Türkiyədən, hətta Ermənistanın KTMT-dəki müttəfiqlərindən də silah alır. Rusiya nə müttəfiq, nə də tərəfdaşdır, Rusiya sadəcə köhnəlmiş silahların tədarükçüsüdür. Böyük ehtimalla, Qərb bu silahları onlarla dəfə ucuza satardı. Yeri gəlmişkən, erməni ictimaiyyəti hələ də bilmir ki, ruslar bizə silahı neçəyə satır. Üstəlik, hələ də Ermənistana bir neçə növ silahın tədarükünün nə məqsədlə edildiyi də bilinmir. Bu müdafiə, yoxsa hücum üçün lazımdır və ya bəlkə heç bizim üçün deyil? Ermənistan siyasi dalana dirənib”.

Manvel Sarkisyan onu da bildirir ki, belə vəziyyətdə Qarabağda hərbi əməliyyatların yenilənməsi fonunda da Rusiya Ermənistana hansısa ciddi dəstək verməyəcək və əsas etibarı ilə neftral mövqedə qalmaqla kifayətlənəcək. Bu isə Ermənistan üçün ciddi fəlakət deməkdir. Bu arada qeyd edək ki, Ermənistan ordusu yeni döyüş əməliyyatlarının başlaması risqinə qarşı təmas xətti boyu mövqelərini möhkəmləndirməyə çalışır, lakin bunun üçün kifayət qədər canlı qüvvə yoxdur və postların bir çoxunda cəmi iki-üç əsgər saxlamaq mümkün olur. Ermənistan vətəndaşları isə Qarabağda xidmət etməkdən bütün mümkün üsullarla yayınmağa çalışırlar. Belə vəziyyətdə Azərbaycanla qoşunların təmas xətti boyu erməni mövqelərini möhkəmləndirmək üçün canlı qüvvənin çatışmaması Ermənistan Müdafiə Nazirliyini yeni qanun layihəsini parlamentə göndərməyə məcbur edib. Qanun layihəsinə əsasən, ali məktəblərə qəbul edilənlər üçün hərbi xidmətdən möhlət hüququ ləğv ediləcək. Mövcud qanunvericiliyə əsasən, dövlət hesabına pulsuz ali təhsil alanlar təhsil müddətini başa vurana qədər hərbi xidmətdən möhlət hüququ qazanırdı. Lakin Müdafiə Nazirliyinin təklif etdiyi qanun layihəsinə əsasən, təhsilini davam etdirmək üçün ancaq o tələbələr hərbi xidmətdən möhlət hüququ qazanacaq ki, paralel olaraq nazirliklə müqavilə bağlasın və təhsil müddəti ərzində hərbi hazırlıq keçsin. Təhsili başa vurandan sonra isə nazirliyin təklif etdiyi yerdə və təklif etdiyi şərtlər əsasında hərbi xidmətə yollansın. Həmin tələbələr ali təhsili başa vurduqdan sonra Ermənistan ordusunda 3 il zabit kimi xidmət etməlidir. Bütün bunlar erməni ordusunda şəxsi heyət sarıdan gedərək kəskinləşən çatışmazılığ aradan qaldırmağa hesablanıb. Lakin ekspertlər qeyd edir ki, ermənilərin atdığı bu və digər addımların heç bir xeyri yoxdur. Düşmən bundan sonra daha zəfiləmiş mövqedə olacaq. Belə bir vəziyyətdə Ermənistanın Rusiyanın da himayəsindən məhrum olması onun durumunu daha da ağırlaşdırır. Görünən odur ki, Ermənistan rəhbərliyi bütün bunlardan lazımi nəticə çıxarıb Qarabağ məsələsinin dinc yolla tənzimlənməsində müvafiq addımlar atmasa, işğalçı ölkə daha ağır vəziyyətə düşəcək. Eyni zamanda qarşıdakı dövrdə Ermənistana Qarabağ məsələsində xarici tiəzyiqlərin daha da artması gözlənir. Beləliklə, Azərbaycan diplomatiyasının bu istiqamətdə atdığı addımlar artıq öz müsbət nəticələrini verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ