Bazar günü günü, 15 noyabr 2026
     

“Moskva-Bakı” xəttində maraqlı Qarabağ müzakirələri və Putinə açıq “öz sözünüzü deyin” mesajı…

Image


Rusiya-Azərbaycan münasibətlərinin tarixi aspektini düzgün qiymətləndirmək vacibdir. “Trend”in məlumatına görə, bunu Moskvada “Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru” konfransında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov deyib.

O qeyd edib ki, Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinin dostluğu münasibətlərimizin inkişafı üçün möhkəm əsas yaradır. Onun sözlərinə görə, daha bir vacib fakt Rusiyaya terrorçu qüvvələrin daxil olmasının qarşısında Azərbaycanın güclü sədd olmasıdır.

Savelyev: “Azərbaycan regionda liderlik mövqeyinə yüksəlib”

Bu gün Rusiyanın bir sıra ölkələrlə münasibətlərinin sınaqdan keçdiyi bir vaxtda Azərbaycanla  münasibətlər müxtəlif sahələrdə inkişaf edir. Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında azad ticarət rejimi mövcuddur.

D.Savelyev qeyd edib ki, 25 il ərzində Azərbaycan regionda liderlik mövqeyinə yüksəlib, eləcə də əlverişli coğrafi vəziyyətini fəal şəkildə istifadə edir.

Deputat qeyd edib ki, çoxtərəfli Rusiya-Azərbaycan əməkdaşlığı yüksəliş dövrünü yaşayır.

Züqanov: “Rusiyanın Azərbaycanla strateji tərəfdaşlığının möhkəmləndirilməsi mühüm rol oynayır”

Beynəlxalq münasibətlərdə yaranan hazırkı mürəkkəb vəziyyətdə Rusiyanın Azərbaycanla strateji tərəfdaşlığının möhkəmləndirilməsi istisnasız mühüm rol oynayır. Bu sözlər RF Kommunist Partiyasının sədri Gennadi Züqanova aiddir. Sözügedən konfransda iştirak edən Züqanov qeyd edib ki, Azərbaycan məktəblərində rus dilinin öyrənilməsi iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi baxımından böyük rol oynayır.

G.Züqanov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri həmişə prioritet olub, bu münasibətlər strateji tərəfdaşlıq və dostluğa söykənir.

Rusiyalı politoloq: “Yeni Bakının obrazı gələcəyin obrazıdır”

Yeni Azərbaycanın, yeni Bakının obrazı gələcəyin obrazlarıdır. Bu sözləri isə rusiyalı jurnalist, politoloq Aleksandr Proxanov deyib.

Ekspertin fikrincə, Azərbaycan Cənubi Qafqaz haqqında yeni təsəvvür formalaşdırır: “Mən Azərbaycanın daxili problemlərini bu gün necə həll etdiyini görmüşəm. Hazırda yeni Azərbaycan cəmiyyətinin formalaşması gedir”.

O vurğulayıb ki, Azərbaycan bir çox ölkələrlə münasibətlərini balanslaşdırır.

Fərhad Bədəlbəyli: "ATƏT-in Minsk Qrupunun yaradılması ən böyük səhvdir"

"ATƏT-in Minsk Qrupunun yaradılması ən böyük səhvdir".  APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu konfransda çıxış edən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib.

ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edən F. Bədəlbəyli bu qrupun 25 ildə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir iş görmədiyini vurğulayıb: "Mən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüyəm. 25 ildir ki, həmsədrlərlə görüşürük. Onlar bu müddət ərzində heç bir iş görməyiblər. Ancaq biznes klassda gəlib, beş ulduzlu hotellerdə qalıblar. Yüksək maaş alıblar. Lakin bütün bunların qarşılığında bir addım belə qabağa atılmayıb. Minsk qrupunun yaradılması çox böyük və dəhşətli səhvdir. Çünki ABŞ və Fransanın münaqişənin həllində öz maraqları var. Onlar bu ölkələrdəki erməni diasporunun maraqlarını təmin edirlər. Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan birlikdə bu münaqişəni həll edə bilərdilər".

Rusiyalı senator: "Moskva Qarabağ münaqişəsində nə vəkildir, nə də prokuror"

"Rusiya üçün əsas məsələ tərəfdaş olduğu ölkələrin xarici və daxili siyasətlərini özlərinin formalaşdırması, onların xarici dövlətlərin təsirindən kənar olmasıdır". Bunu isə Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan rusiyalı senator münaqişə tərəflərinin özlərinin güzəştli həll yolunu tapmalı olduğunu söyləyib: "Rusiya nə vəkildir, nə də prokuror. Ümid edirik ki, tərəflər özləri güzəştli həll yolu tapacaq".

Azərbaycanlı deputat: “Ümid edirik ki, Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq”

“Təəssüflər olsun ki, biz 25 ildir doğulduğumuz torpaqlarda yaşaya bilmirik. Təəssüf ki, Azərbaycan torpaqları 25 ildir Ermənistanın işğalı altındadır". Bunu Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ İcmasının üzvü Rövşən Rzayev belə deyib.

O, Ermənistanın 25 ildir işğalçılıq siyasətini davam etdirdiyini söyləyib: "Mən Dövlət Dumasının MDB məsələləri üzrə iş komitəsinin keçmiş sədri Leonid Slutskinin sözlərini xatırlatmaq istəyirəm. O, görüşümüzdə bildirmişdi ki, Qarabağ münaqişəsini özümüz həll etməliyik, heç bir halda regiona dəxli olmayan ölkələr bu problemə müdaxilə etməməlidir. Rusiya, işğalçı Ermənistan və ərazisi işğal altında olan Azərbaycan var. Biz özümüz bu problemi həll etməyə borcluyuq. Konfransda təklif edərdim ki, Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq başlasın. Biz nə edə bilərik? Bu gün bu konfransda çox yüksək nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər iştirak edirlər. Onlar Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına yardımçı ola bilərlər. MDB çərçivəsində Azərbaycan və Ermənistandan olan gənclər arasında dialoqun qurulması da vacibdir. Biz bütün bunları Rusiyadan, bu ölkənin ziyalılarından gözləyirik. Ümid edirəm ki, Rusiya prezidenti Vladimir Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq".

Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən danışan R. Rzayev bildirib ki, Azərbaycan münaqişənin nizamlanması prinsipləri ilə razıdır: "Güc və silah tətbiqinin yolverilməzliyi prinsipi ilə razıyıq, baxmayaraq ki, Qarabağda azərbaycanlılara qarşı silah tətbiq olunub, onlar güc yolu ilə yurdlarından qovulublar. Öz müqəddəratını təyin etmə prinsipi ilə də razıyıq. Ermənilər artıq müqəddəratlarını təyin ediblər. Onların Ermənistan adlı dövləti var. Üçüncü isə ərazi bütövlüyü prinsipidir. Bu ən əsas prinsipdir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Onda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində referendum keçirilsin və bu referendumun nəticəsinə baxılsın”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ