Niderland səfirinin Türkiyəyə girişi qadağan edilib. Baki-xeber.com xəbər verir ki, Baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə keçirilən Türkiyə Nazirlər Kabinetinin toplantısında Hollandiya ilə yaranmış siyasi qalmaqal müzakirə olunub.
Nazirlər Kabinetinin toplantısının ardından açıqlama verən Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib ki, Niderlandın davranışları nə insan hüquqlarına, nə demokratiyaya, nə də Avropanın ortaq dəyərlərinə uyğundur. Nazirlərimizə qarsı sərt rəftar, həmvətənlərimizin üzərinə vəhşicəsinə və barbarcasına atlarla hücum qəbuledilməzdir.
“Xarici İşlər Nazirliyimiz nota verdi. Bu notada yaşananları qəbul etmədiyimizi, davranışları qınadığımızı və üzr üstəmələrinin vacibliyini ifadə etdik. Bu hadisələrin ortaya çıxmasına səbəb olan səlahiyyətlilər haqqında inzibati və hüquqi araşdırça başladılmasını tələb etdik. Türk diplomatlarının və diplomatik missiyamızın təhlükəsizliyinin təmin edilməsini söylədik” – deyə N.Kurtulmuş bildirib.
Baş nazirin müavini Nazirlər Kabinetinin toplantısında Niderlandla bağlı bir sıra qərarların verildiyini də açıqlayıb:
Xatırladaq ki, martın 11-də Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.