Cümə axşamı günü, 19 noyabr 2026
     

Hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğun­da ye­ni mər­hə­lə

Image


Hü­qu­qi döv­lət və ic­ti­mai-si­ya­si mü­na­si­bət­lər sis­te­mi tək­mil­ləş­dik­cə mil­li qa­nun­ve­ri­ci­li­yin hə­min mü­na­si­bət­lə­rə uy­ğun­laş­dı­rıl­ma­sı zə­ru­rə­ti ya­ra­nır. Öl­kə­da­xi­li, re­gi­o­nal və qlo­bal miq­yas­da baş ve­rən transfor­ma­si­ya­lar si­ya­si, iq­ti­sa­di, so­si­al sfe­ra­lar­da ye­ni key­fiy­yət də­yiş­mə­lə­ri­nə və ye­ni ba­xış­la­rın, konstruk­tiv ya­naş­ma­la­rın mey­da­na gəl­mə­si­nə gə­ti­rib çı­xa­rır.

Be­lə bir hal­da döv­lət və cə­miy­yət üçün va­cib he­sab olu­nan mü­na­si­bət­lə­rin ye­ni mo­del­də - da­ha op­ti­mal hü­qu­qi kon­fi­qu­ra­si­ya əsa­sın­da tən­zim­lən­mə­si la­zım gə­lir. Ta­rix sü­but et­miş­dir ki, döv­lət və cə­miy­yət mü­na­si­bət­lə­ri nə qə­dər di­na­mik­dir­sə, bu mü­na­si­bət­lə­ri tən­zim­lə­yən hü­quq qay­da­la­rı və nor­ma­la­rı da in­ki­şaf və tə­ka­mü­lə meylli­lik xü­su­siy­yət­lə­ri nü­ma­yiş et­di­rir. Bir söz­lə, hü­quq nor­ma­la­rı­nın döv­lət və cə­miy­yət­lə bir­gə, qar­şı­lıq­lı su­rət­də in­ki­şa­fı zə­ru­rət­dən ya­ra­nan tə­bii qa­nu­na­uy­ğun­luq ki­mi önə çı­xır.

Konsti­tu­si­ya­mız öz fun­da­men­tal ma­hiy­yə­ti­nə gö­rə döv­lət ida­rə­et­mə me­xa­nizmlə­ri ilə cə­miy­yət ara­sın­da­kı mü­na­si­bət­lə­ri mü­əy­yən edən baş­lı­ca hü­qu­qi ba­za­dır. Döv­lə­tin da­ya­ğı­nı təş­kil edən hü­qu­qi sis­tem­lə so­si­al sis­te­min qar­şı­lıq­lı har­mo­nik mü­na­si­bət­lə­ri­nin tə­min edil­mə­si Konsti­tu­si­ya­nın və onun təs­bit et­di­yi qa­nun­la­rın iş­lək­li­yin­dən, da­im tək­mil­lə­şən funksi­o­nal­lı­ğın­dan əhə­miy­yət­li də­rə­cə­də ası­lı­dır. Ye­ni in­ki­şaf ten­den­si­ya­sı ilə ayaq­laş­ma­yan qa­nun­ve­ri­ci­lik aktla­rı çox­şa­xə­li mü­na­si­bət­lə­ri sə­mə­rə­li şə­kil­də qay­da­lan­dır­maq funksi­ya­sı­nı ye­ri­nə ye­ti­rə bil­mir. Adek­vat hü­qu­qi tən­zim­lə­mə möv­cud ol­ma­dı­ğı hal­da, əl­bət­tə ki, di­na­mik in­ki­şaf­dan, da­vam­lı sa­bit­lik­dən də söh­bət ge­də bil­məz.

Öl­kə baş­çı­sı cə­nab İl­ham Əli­ye­vin məhz bu zə­ru­rət­dən çı­xış edə­rək irə­li sür­dü­yü "Azər­bay­can Res­pub­li­ka­sı­nın Konsti­tu­si­ya­sın­da də­yi­şik­lik­lər edil­mə­si haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Re­fe­ren­dum Ak­tı la­yi­hə­si ma­hiy­yət­cə ye­ni in­ki­şaf mər­hə­lə­si­nə qə­dəm qoy­muş döv­lə­ti­mi­zin ye­ni si­ya­si, iq­ti­sa­di, so­si­al, hü­qu­qi ger­çək­lik­lər­lə tam uy­ğun­laş­dı­rıl­ma­sı ira­də­si­ni nü­ma­yiş et­di­rir. La­yi­hə Azər­bay­can­da döv­lət qu­ru­cu­lu­ğu­nun ye­ni mər­hə­lə­sin­də öl­kə­mi­zin ye­ni in­ki­şaf fəl­sə­fə­si­nin ma­hiy­yə­ti­ni özün­də eh­ti­va edir.

İrə­li sü­rü­lən Re­fe­ren­dum Ak­tı la­yi­hə­si­nin əhə­miy­yət­li qis­mi və­tən­daş­la­rın hü­quq və azad­lıq­la­rı­nın ef­fek­tiv tə­mi­na­tı­na yö­nəl­miş­dir. Konsti­tu­si­ya­nın "Əsas in­san və və­tən­daş hü­quq­la­rı və azad­lıq­la­rı" fəs­li­nə nə­zər­də tu­tu­lan də­yi­şik­lik­lə­rə diq­qət ye­tir­dik­də, öl­kə­mi­zin ana qa­nu­nun­da in­san və və­tən­daş hü­quq və azad­lıq­la­rı­nın sə­mə­rə­li mü­da­fiə me­xa­niz­mi­nin da­ha mü­kəm­məl əsas­lar üzə­rin­də qu­ru­la­ca­ğı­nı söy­lə­mək müm­kün­dür. Be­lə ki, də­yi­şik­lik­lə­rə əsa­sən, Konsti­tu­si­ya­nın sö­zü­ge­dən fəs­lin­də "in­san lə­ya­qə­ti­nin qo­run­ma­sı və ona hör­mət edil­mə­si" in­san və və­tən­daş hü­quq­la­rı­nın və azad­lıq­la­rı­nın əsas prin­sip­lə­rin­dən bi­ri ki­mi mü­əy­yən edi­lir. Bu­nun­la, in­san lə­ya­qə­ti konsti­tu­si­on müs­tə­vi­də yük­sək hü­qu­qi də­yər əl­də edir.

Ey­ni za­man­da, Konsti­tu­si­ya­nın qeyd olu­nan fəs­li­nə tək­lif olu­nan də­yi­şik­li­yə mü­va­fiq ola­raq, cə­miy­yə­tin xü­su­si qay­ğı­ya eh­ti­ya­cı olan tə­bə­qə­si­nin - fi­zi­ki və əq­li qü­sur­la­rı olan in­san­la­rın da Azər­bay­can Res­pub­li­ka­sı­nın Konsti­tu­si­ya­sın­da təs­bit edil­miş hü­quq və azad­lıq­lar­dan is­ti­fa­də et­mək hü­qu­qu ta­nı­nır. Be­lə­lik­lə, Azər­bay­can xal­qı­nın in­san­pər­vər­lik key­fiy­yət­lə­ri, heç bir ay­rı­seç­ki­li­yə yol ve­ril­mə­dən bü­tün şəxslə­rə bə­ra­bər im­kan­lar ya­ra­dıl­ma­sı ənə­nə­si Konsti­tu­si­ya­mız­da bir­ba­şa ək­si­ni ta­pa­raq in­san hü­quq və azad­lıq­la­rı­nın tə­mi­na­tı­na mə­nə­vi də­yər qa­zan­dı­rır.

İn­san və və­tən­daş hü­quq və azad­lıq­la­rı­nın döv­lət tə­mi­na­tı­nın güc­lən­di­ril­mə­si­ni nə­zər­də tu­tan di­gər tək­lif hə­min hü­quq və azad­lıq­la­rın mü­da­fiə me­xa­niz­mi­nin tək­mil­ləş­di­ril­mə­si ilə bağ­lı­dır. Be­lə ki, Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sı­nın 60-cı mad­də­si­nə tək­lif edi­lən də­yi­şik­li­yə mü­va­fiq ola­raq, in­san və və­tən­daş hü­quq və azad­lıq­la­rı­nın məh­kə­mə tə­mi­na­tı ilə ya­na­şı, in­zi­ba­ti qay­da­da mü­da­fi­ə­si­nə də hü­qu­qi əsas for­ma­laş­dı­rı­lır. Ey­ni za­man­da, hü­quq və azad­lıq­la­rı po­zul­muş şəxslə­rin iş­lə­ri­nə qə­rəz­siz ya­naş­ma, hə­min iş­lə­rə in­zi­ba­ti ic­ra­at və məh­kə­mə pro­se­sin­də ağ­la­ba­tan müd­dət­də ba­xıl­ma konsti­tu­si­on nor­ma ki­mi mü­əy­yən edi­lir. Bu­nun­la, Konsti­tu­si­ya­da əks olun­muş hü­quq və azad­lıq­la­rın sa­də­cə dek­la­ra­tiv xa­rak­ter da­şı­ma­dı­ğı, bu hü­quq və azad­lıq­la­rın mü­da­fi­ə­si­nə döv­lət tə­mi­na­tı­nın ve­ril­di­yi açıq şə­kil­də ifa­də olu­nur.

Döv­lət qu­rum­la­rı­nın və­zi­fə­si­nin bi­la­va­si­tə və­tən­daş­la­ra xid­mət et­mə­li ol­ma­sı Konsti­tu­si­ya­nın 68-ci mad­də­si­nə tək­lif edi­lən də­yi­şik­lik­də öz ək­si­ni tap­mış­dır. "Öz­ba­şı­na­lıq­dan mü­da­fiə və vic­dan­lı dav­ra­nış hü­qu­qu" ad­lan­dı­rıl­ma­sı tək­lif olu­nan hə­min mad­də­yə aşa­ğı­da­kı məz­mun­da bəndlə­rin əla­və edil­mə­si tək­lif edi­lir: "Hər kə­sin döv­lət or­qan­la­rı­nın ona mü­na­si­bət­də öz­ba­şı­na­lı­ğı is­tis­na edən vic­dan­lı dav­ra­nı­şı­na hü­qu­qu var­dır"; "Döv­lət, döv­lət qul­luq­çu­la­rı ilə bir­lik­də, döv­lət qul­luq­çu­la­rı­nın qa­nu­na zidd hə­rə­kət­lə­ri və hə­rə­kət­siz­li­yi nə­ti­cə­sin­də in­san hü­quq və azad­lıq­la­rı­na dəy­miş zi­ya­na gö­rə və on­la­rın tə­mi­na­tı­nın po­zul­ma­sı­na gö­rə mül­ki mə­su­liy­yət da­şı­yır".

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev də­fə­lər­lə döv­lət qu­rum­la­rı­nın və­tən­daş­la­ra mü­na­si­bət­də qa­nu­nun ali­li­yi­ni rəh­bər tu­ta­raq fə­a­liy­yət gös­tər­mə­li ol­du­ğu­nu bil­dir­miş­dir. Re­fe­ren­dum ak­tı la­yi­hə­sin­də qeyd olu­nan də­yi­şik­lik­lər öl­kə baş­çı­sı tə­rə­fin­dən döv­lət qu­rum­la­rı qar­şı­sın­da qo­yu­lan və­zi­fə­lə­rin və­tən­daş­la­rın ma­raq­la­rı­nın mak­si­mum şə­kil­də tə­min olun­ma­sı şər­ti ilə ye­ri­nə ye­ti­ril­mə­si­nə şə­ra­it ya­ra­dır. Bu­nun­la ya­na­şı, qeyd olu­nan də­yi­şik­lik­lər döv­lət qu­rum­la­rı­nın in­san hü­quq və azad­lıq­la­rı­nın po­zul­ma­sı­na gö­rə mə­su­liy­yət da­şı­dı­ğı­nı bir­ba­şa qeyd edir. Be­lə­lik­lə, döv­lət qu­rum­la­rı­nın fə­a­liy­yə­tin­də mə­su­liy­yət yü­kü­nün ar­tı­rıl­ma­sı ilə nü­mu­nə­vi döv­lət - nü­mu­nə­vi və­tən­daş mo­de­li­nin for­ma­laş­dı­rıl­ma­sı­na mün­bit zə­min for­ma­la­şır.

Konsti­tu­si­ya­ya tək­lif olu­nan də­yi­şik­lik­lər döv­lət qu­rum­la­rı­nın fə­a­liy­yə­tin­də şəf­faf və mə­su­liy­yət­li ida­rə­et­mə üçün hü­qu­qi ba­za­nı güc­lən­dir­mək­lə ya­na­şı, yer­li özü­nü­i­da­rə­et­mə or­qan­la­rı­nın da sə­la­hiy­yət­lə­ri­nin ye­ri­nə ye­ti­ril­mə­sin­də ye­ni, de­mok­ra­tik nor­ma mü­əy­yən edir. Tək­lif olu­nan "Bə­lə­diy­yə­lə­rin mə­su­liy­yə­ti" ad­lı mad­də­yə mü­va­fiq ola­raq, bə­lə­diy­yə­lər, bə­lə­diy­yə qul­luq­çu­la­rı ilə bir­lik­də, bə­lə­diy­yə qul­luq­çu­la­rı­nın qa­nu­na zidd hə­rə­kət­lə­ri və ya hə­rə­kət­siz­li­yi nə­ti­cə­sin­də in­san hü­quq və azad­lıq­la­rı­na dəy­miş zi­ya­na və on­la­rın tə­mi­na­tı­nın po­zul­ma­sı­na gö­rə mül­ki mə­su­liy­yət da­şı­ma­sı qeyd olu­nur. Gö­rün­dü­yü ki­mi, Re­fe­ren­dum Ak­tı la­yi­hə­sin­də və­tən­daş­la­ra on­la­rın hü­quq və azad­lıq­la­rı­nın qo­run­ma­sı və müm­kün hü­quq po­zun­tu­la­rı­nın vax­tın­da qar­şı­sı­nın alın­ma­sı şər­ti­lə xid­mət gös­tə­ril­mə­si­nin hü­qu­qi əhə­miy­yə­ti özü­nün bir­ba­şa təs­di­qi­ni ta­pır.

Bə­zi da­i­rə­lə­rin Konsti­tu­si­ya­ya tək­lif olu­nan də­yi­şik­lik­lə­ri bi­lə­rək­dən təh­rif et­mə­lə­ri də­yi­şik­lik­lə­rə qə­rəz­li mü­na­si­bə­ti nü­ma­yiş et­di­rir. Mə­sə­lən, Konsti­tu­si­ya­nın 29-cu mad­də­si­nə tək­lif olu­nan də­yi­şik­li­yə mü­va­fiq ola­raq, xü­su­si mül­kiy­yə­tin so­si­al öh­də­lik­lə­rə sə­bəb ol­ma­sı, so­si­al əda­lət və tor­paq­lar­dan sə­mə­rə­li is­ti­fa­də məq­sə­di ilə tor­paq üzə­rin­də mül­kiy­yət hü­qu­qu­nun qa­nun­la məh­dud­laş­dı­rı­la bil­mə­si qeyd olu­nur. Hə­min də­yi­şik­lik­lər tək­li­fi­nə əsas­sız şə­kil­də eti­raz edən da­i­rə­lər bu tək­li­fin ma­hiy­yə­ti­nə var­ma­dan mül­kiy­yət hü­qu­qu­nun məh­dud­laş­dı­rıl­ma­sı­nın an­ti-konsti­tu­si­on ol­du­ğu­nu id­dia edir­lər. Hal­bu­ki, bu tək­li­fə döv­lə­tin so­si­al öh­də­lik­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si­nə olan həs­sas mü­na­si­bə­ti və mül­kiy­yət­dən sə­mə­rə­li is­ti­fa­də­çi­lik priz­ma­sın­dan ya­naş­dıq­da, hə­min də­yi­şik­li­yin konstruk­tiv­li­yi, bu əsas­da mül­kiy­yət sa­hib­lə­ri­nin öz əm­lak­la­rın­dan da­ha sə­mə­rə­li şə­kil­də is­ti­fa­də­yə təş­viq olun­du­ğu üzə çı­xır. Ey­ni za­man­da, mül­kiy­yət hü­qu­qu üz­rə bey­nəl­xalq hü­qu­qi sə­nəd­lə­rə nə­zər sa­lar­kən, mül­kiy­yə­tin ic­ti­mai-döv­lət məq­səd­lə­ri üçün məh­dud­laş­dı­rıl­ma­sı təc­rü­bə­si­nin möv­cud­lu­ğu­nu gör­mək müm­kün­dür. Mə­sə­lən, Av­ro­pa İn­san Hü­quq­la­rı Kon­ven­si­ya­sı­na əla­və edil­miş Pro­to­kol­da mül­kiy­yət hü­quq­la­rı­nın ic­ti­mai məq­səd­lər na­mi­nə, ey­ni za­man­da, qa­nun­ve­ri­ci­lik və bey­nəl­xalq hü­qu­qun mü­əy­yən et­di­yi prin­sip­lər çər­çi­və­sin­də məh­dud­laş­dı­rıl­ma­sı­nın müm­kün­lü­yü qeyd olun­muş­dur. Bu ba­xım­dan, sö­zü­ge­dən tək­lif bü­tün kon­tekstlər­də mül­kiy­yət hü­qu­qun­dan məh­ru­met­mə və ya mül­kiy­yət hü­qu­qu­nun qa­nun­suz ola­raq məh­dud­laş­dı­rıl­ma­sı ki­mi qə­bul edi­lə bil­məz.

Konsti­tu­si­ya­nın "Şəx­si to­xu­nul­maz­lıq hü­qu­qu" mad­də­si­nə tək­lif edi­lən də­yi­şik­lik şəx­si və ai­lə hə­ya­tı sir­ri­nin da­ha ef­fek­tiv şə­kil­də qo­run­ma­sı­na, üçün­cü şəxslər haq­qın­da mə­lu­mat­la­rın əl­də edil­mə­si­nin hü­qu­qi əsas­la­rı­nın mü­əy­yən­ləş­di­ril­mə­si­nə im­kan ve­rir. Re­fe­ren­dum Ak­tı la­yi­hə­si­nə uy­ğun ola­raq, qa­nun­la mü­əy­yən edil­miş hal­lar is­tis­na ol­maq­la, üçün­cü şəxslər haq­qın­da mə­lu­mat al­maq məq­sə­di ilə elektron for­ma­da və ya ka­ğız üzə­rin­də apa­rı­lan in­for­ma­si­ya eh­ti­yat­la­rı­na da­xil ol­maq, ey­ni za­man­da, in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rın­dan şəx­si hə­ya­ta, o cüm­lə­dən əqi­də­yə, di­ni və et­nik mən­su­biy­yə­tə da­ir mə­lu­mat­la­rın açıq­lan­ma­sı üçün is­ti­fa­də qa­da­ğan edi­lir. İn­for­ma­si­ya eh­ti­yat­la­rı­na çı­xı­şın asan­laş­dı­ğı, so­si­al şə­bə­kə­lər va­si­tə­si­lə şəx­si mə­lu­mat­la­rın ya­yıl­ma­sı im­kan­la­rı­nın artdı­ğı bir za­man­da bu də­yi­şik­li­yin öl­kə Konsti­tu­si­ya­sın­da əks olun­ma­sı­nın xü­su­si əhə­miy­yə­ti var. Bu­nun­la, döv­lət konsti­tu­si­on və­zi­fə ola­raq və­tən­daş­la­rın şəx­si plan­da in­for­ma­si­ya təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si­nə tə­mi­nat ve­rir. Bu də­yi­şik­lik heç bir hal­da mə­lu­mat­la­ra çı­xış im­kan­la­rı­nın məh­dud­laş­dı­rıl­ma­sı, mə­lu­mat azad­lı­ğı­nın po­zul­ma­sı ki­mi təf­sir edi­lə bil­məz. Çün­ki hü­quq və azad­lıq­lar­dan is­ti­fa­də di­gər­lə­ri­nin hü­quq və azad­lıq­la­rı­na zə­rər ye­ti­rə bil­məz. Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sı­nın 24-cü mad­də­sin­də qeyd edil­di­yi ki­mi: "hü­quq­lar və azad­lıq­lar hər kə­sin cə­miy­yət və baş­qa şəxslər qar­şı­sın­da mə­su­liy­yə­ti­ni və və­zi­fə­lə­ri­ni də əha­tə edir".

Son il­lər­də Azər­bay­can­da azad sa­hib­kar­lı­ğın in­ki­şa­fı sa­hə­sin­də, sa­hib­kar­lıq fə­a­liy­yə­tin­də mü­kəm­məl hü­qu­qi ba­za­nın for­ma­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də öl­kə rəh­bər­li­yi tə­rə­fin­dən ar­dı­cıl si­ya­sət apa­rıl­mış və önəm­li ad­dım­lar atıl­mış­dır. Tə­sa­dü­fi de­yil ki, sa­hib­kar­lıq fə­a­liy­yə­ti ilə məş­ğul ol­maq ay­rı­ca hü­quq ki­mi Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sın­da öz ək­si­ni tap­mış­dır. Konsti­tu­si­ya­nın "Azad sa­hib­kar­lıq hü­qu­qu" mad­də­si­nə tək­lif olu­nan də­yi­şik­lik döv­lə­tin sa­hib­kar­lıq sa­hə­sin­də tən­zim­lə­mə apar­ma­sı­nın hü­qu­qi çər­çi­və­si­nin tək­mil­ləş­di­ril­mə­si ba­xı­mın­dan xü­su­si­lə əhə­miy­yət­li­dir. Be­lə ki, Re­fe­ren­dum Ak­tın­da Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sı­nın 59-cu mad­də­si­nə "Döv­lət sa­hib­kar­lıq sa­hə­sin­də yal­nız döv­lət ma­raq­la­rı­nın, in­san hə­yat və sağ­lam­lı­ğı­nın mü­da­fi­ə­si ilə bağ­lı tən­zim­lən­mə­ni hə­ya­ta ke­çi­rir" ad­lı bən­din xü­su­si his­sə ki­mi sa­lın­ma­sı tək­lif edi­lir. Bu müd­dəa öl­kə­mi­zin ali hü­qu­qi sə­nə­di olan Konsti­tu­si­ya sə­viy­yə­sin­də sa­hib­kar­lı­ğın döv­lət tən­zim­lə­mə­sin­də ye­ni hü­qu­qi me­xa­nizm for­ma­laş­dır­maq­la ya­na­şı, həm də sa­hib­kar­lıq fə­a­liy­yə­ti­nə əsas­sız, qey­ri-qa­nu­ni mü­da­xi­lə­lə­ri qə­ti su­rət­də is­tis­na edir.

Konsti­tu­si­ya­ya pre­zi­dentlik insti­tu­tu­nun güc­lən­di­ril­mə­si ilə bağ­lı tək­lif olu­nan də­yi­şik­lik­lər öl­kə­də si­ya­si sis­te­min sa­bit­li­yi­nin tə­min edil­mə­si­nə, döv­lət ida­rə­et­mə apa­ra­tın­da sə­mə­rə­li ida­rə­çi­lik və çe­vik qə­rar qə­bul et­mə me­xa­niz­mi­nin for­ma­laş­dı­rıl­ma­sı­na xid­mət edir. Pre­zi­dentlik müd­də­ti­nin 7 il mü­əy­yən­ləş­di­ril­mə­si tək­li­fi­nə bir­tə­rəf­li mü­na­si­bət sər­gi­lə­yən­lər, əs­lin­də, pre­zi­dentlik insti­tu­tu­nun güc­lən­di­ril­mə­si­nin ar­xa­sın­da da­ya­nan fun­da­men­tal amil­lə­ri ta­ma­mi­lə yan­lış şərh edir­lər. İlk növ­bə­də nə­zə­rə alın­ma­lı­dır ki, pre­zi­dentlik müd­də­ti­nin ar­tı­rıl­ma­sı ic­ra ha­ki­miy­yə­ti struk­tu­ru­na mü­na­si­bət­də tək­lif olu­nan də­yi­şik­lik­lər­dən yal­nız bi­ri­dir. Bu də­yi­şik­li­yin ma­hiy­yə­tin­də sa­bit seç­ki mü­hi­ti for­ma­laş­dır­maq, da­vam­lı si­ya­si sa­bit­li­yi da­ha da möh­kəm­lən­dir­mək, mü­rək­kəb ge­o­po­li­tik pro­ses­lər kon­tekstin­də döv­lət ha­ki­miy­yə­tin­də ar­dı­cıl və sə­mə­rə­li ida­rə­et­mə me­xa­niz­mi­ni güc­lən­dir­mək məq­səd­lə­ri da­ya­nır.

Pre­zi­dentlik insti­tu­tu­nun güc­lən­di­ril­mə­si ilə bağ­lı nə­zər­də tu­tu­lan di­gər müd­dəa - pre­zi­dent se­çil­mək üçün yaş tə­lə­bi­nin ara­dan qal­dı­rıl­ma­sı tək­li­fi seç­ki hü­qu­qu­nun tək­mil­ləş­di­ril­mə­si­nə xid­mət edir və seç­ki hü­qu­qu­na ye­ni müs­tə­vi­də ba­xı­şı or­ta­ya qo­yur. İrə­li sü­rü­lən tək­lif­də yaş sen­zi tək­cə ic­ra ha­ki­miy­yə­ti­nə de­yil, ey­ni za­man­da ha­ki­miy­yə­tin di­gər qol­la­rı­na mü­na­si­bət­də də ara­dan qal­dı­rı­lır. Bu ba­xım­dan, yaş sen­zi­nin ləğ­vi­nə da­ir də­yi­şik­lik­lər tək­li­fi bey­nəl­xalq hü­qu­qi prak­ti­ka­da rast gə­li­nən fakt ol­maq­la, və­tən­daş­la­rın se­çil­mək hü­qu­qu­nu ge­niş­lən­di­rən müs­bət və uğur­lu də­yi­şik­lik ki­mi qiy­mət­lən­di­ril­mə­li­dir.

Azər­bay­can Res­pub­li­ka­sı­nın vit­se-pre­zi­dentlə­ri və­zi­fə­lə­ri­nin tə­sis edil­mə­si­nə da­ir Konsti­tu­si­ya­ya tək­lif edi­lən də­yi­şik­lik ic­ra ha­ki­miy­yə­ti­nin çe­vik­li­yi­nin tə­min edil­mə­si, pre­zi­den­tin fə­a­liy­yə­ti­nə hər­tə­rəf­li dəs­tə­yin gös­tə­ril­mə­si, zə­ru­rət ya­ran­dı­ğı hal­da pre­zi­den­tin sə­la­hiy­yət­lə­ri­nin sə­mə­rə­li şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si ba­xı­mın­dan xü­su­si əhə­miy­yət kəsb edir. Tək­lif olu­nan hə­min də­yi­şik­lik Azər­bay­ca­nın si­ya­si ta­ri­xin­də ilk də­fə­dir ki, döv­lət ida­rə­et­mə sis­te­min­də ye­ni insti­tu­si­o­nal çər­çi­və for­ma­laş­dı­rır. Bu­nun­la, öl­kə baş­çı­sı döv­lət əhə­miy­yə­ti kəsb edən sa­hə­lər üz­rə ob­yek­tiv mə­lu­mat­lar əl­də edir, möv­cud təh­lü­kə­lə­rə qar­şı ön­lə­yi­ci təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə, mü­va­fiq qə­rar­la­rın vax­tın­da qə­bul edil­mə­si­nə mün­bit şə­ra­it ya­ra­nır. Si­ya­si, ic­ti­mai, iq­ti­sa­di, hu­ma­ni­tar sfe­ra­la­ra da­ir ge­niş mə­lu­mat ba­za­sı­na ma­lik olan pre­zi­dent ha­ki­miy­yət iye­rar­xi­ya­sın­da bü­rok­ra­tik ma­ne­ə­lə­rin qar­şı­sı alın­mış olur.

Eti­raf et­mə­li­yik ki, Azər­bay­ca­nın bu gü­nə qə­dər əl­də et­di­yi uğur­la­rın, sü­rət­li in­ki­şa­fın əsa­sın­da da­ya­nıq­lı, sa­bit si­ya­si sis­te­min bər­qə­rar edil­mə­si­nə ar­dı­cıl səy­lər da­ya­nır. Bu si­ya­si sis­te­min uğur­lu fə­a­liy­yə­tin­də ge­niş sə­la­hiy­yət­lə­rə ma­lik olan pre­zi­dentlik insti­tu­tu­nun ro­lu da­nıl­maz­dır. Bu ba­xım­dan, mü­a­sir si­ya­si ça­ğı­rış­la­rı və Azər­bay­ca­nın müs­tə­qil­lik qa­zan­dı­ğı vaxtdan bə­ri for­ma­laş­dır­dı­ğı döv­lət ida­rə­et­mə təc­rü­bə­si­ni nə­zə­rə ala­raq, pre­zi­dentlik insti­tu­tu­nun ye­ni for­mat­da güc­lən­di­ril­mə­si­nin öl­kə­miz üçün yal­nız fay­da gə­ti­rə­cə­yi­ni söy­lə­mək müm­kün­dür.

Ey­ni za­man­da, Azər­bay­can mü­ha­ri­bə şə­ra­i­tin­də ya­şa­yan döv­lət ol­du­ğun­dan, köv­rək si­ya­si mü­hi­tin öl­kə­miz üçün han­sı təh­lü­kə­li nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­ra­ca­ğı, han­sı anar­xik pre­se­dentlər ya­rat­maq eh­ti­ma­lı ha­mı­mız üçün bəl­li­dir. Be­lə bir şə­ra­it­də, za­ma­nın sı­na­ğın­dan çıx­mış si­ya­si ida­rə­et­mə­nin da­ha da möh­kəm­lən­di­ril­mə­si­nə yö­nəl­miş hü­qu­qi çər­çi­və­nin for­ma­laş­dı­rıl­ma­sı təq­di­rə­la­yiq hal he­sab olun­ma­lı­dır.

Re­fe­ren­dum Ak­tı la­yi­hə­sin­də məq­səd­li in­terpre­ta­si­ya təh­ri­fi­nə mə­ruz qa­lan müd­də­a­lar­dan bi­ri də Mil­li Məc­li­sin bu­ra­xıl­ma­sı­na da­ir la­yi­hə­də əks olun­muş tək­lif­dir. Bu nor­ma heç bir hal­da ha­ki­miy­yə­tin qa­nun­ve­ri­ci qo­lu­nun fə­a­liy­yə­ti­nin məh­dud­laş­dı­rıl­ma­sı ki­mi qə­bul edi­lə bil­məz. Bu tək­li­fin əsl ma­hiy­yə­ti döv­lət qu­rum­la­rı­nın nor­mal fə­a­liy­yət re­ji­mi­nin po­zul­ma­sı­nın qar­şı­sı­nın alın­ma­sı, bu­nun­la da, və­tən­daş­la­ra yük­sək xid­mət gös­tə­ril­mə­si­nin da­vam­lı­lı­ğı­nın tə­min edil­mə­si­dir. Ey­ni za­man­da, bu də­yi­şik­li­yin Konsti­tu­si­ya­da əks olun­ma­sı Mil­li Məc­li­sin öz sə­la­hiy­yət­lə­ri­ni və qa­nun­ve­ri­ci­lik tə­şəb­bü­sü hü­qu­qu­nu da­ha mə­su­liy­yət­li şə­kil­də ic­ra et­mə­si­nə şə­ra­it ya­ra­dır.

Be­lə­lik­lə, öl­kə baş­çı­sı tə­rə­fin­dən irə­li sü­rü­lən "Azər­bay­can Res­pub­li­ka­sı­nın Konsti­tu­si­ya­sın­da də­yi­şik­lik­lər edil­mə­si haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Re­fe­ren­dum Ak­tın­da əks olu­nan müd­də­a­lar öl­kə­miz­də ali hü­qu­qi ba­za­nın ic­ti­mai-si­ya­si mü­na­si­bət­lə­rin ru­hu­na uy­ğun ola­raq tək­mil­ləş­di­ril­mə­si­nə xid­mət gös­tə­rə­rək in­san və və­tən­daş hü­quq və azad­lıq­la­rı­nın əda­lət­li şə­kil­də tə­min edil­mə­si­nə, döv­lət ha­ki­miy­yə­ti qol­la­rı­nın və­zi­fə və sə­la­hiy­yət­lə­ri­nin ay­dın böl­gü­sü­nə, in­for­ma­si­ya təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si­nə, da­xi­li və xa­ri­ci si­ya­sə­tin əla­qə­li şə­kil­də op­ti­mal­laş­dı­rıl­ma­sı­na şə­ra­it ya­ra­dır. Ey­ni za­man­da, la­yi­hə­də ək­si­ni ta­pan müd­də­a­la­rın bey­nəl­xalq hü­qu­qi təc­rü­bə­yə və de­mok­ra­tik prin­sip­lə­rə əsas­lan­ma­sı qa­nu­nun ali­li­yi­nin tə­min olun­du­ğu hü­qu­qi döv­lət ki­mi Azər­bay­can Res­pub­li­ka­sı­nın möv­qe­lə­ri­nin güc­lən­mə­si nöq­te­yi-nə­zə­rin­dən xü­su­si önəm kəsb edir. Öl­kə­mi­zin ali qa­nun­ve­ri­ci­lik ba­za­sı­nın güc­lən­di­ril­mə­si­nə xid­mət edən bu də­yi­şik­lik­lər əsa­sı ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­muş müs­tə­qil Azər­bay­ca­nın mü­a­sir ta­ri­xi mər­hə­lə­də özü­nə­məx­sus si­ya­si-hü­qu­qi transfor­ma­si­ya­sı və mo­dernləş­mə­si­nə öz töh­fə­si­ni ve­rə­cək­dir.

Seç­ki hü­qu­qu­na ma­lik olan hər bir Azər­bay­can və­tən­da­şı ay­dın şə­kil­də dərk edir ki, öl­kə Konsti­tu­si­ya­sı­na tək­lif olu­nan də­yi­şik­lik­lər da­vam­lı si­ya­si sa­bit­li­yin bər­qə­rar edil­mə­si­nə, fun­da­men­tal hü­quq və azad­lıq­la­rın tə­min edil­mə­si­nə, öl­kə­mi­zin de­mok­ra­tik qu­ru­lu­şu­na tə­mi­na­tın da­ha da güc­lən­di­ril­mə­si­nə, döv­lət tə­si­sat­la­rı­nın funksi­o­nal­lı­ğı­nın ar­tı­rıl­ma­sı­na yö­nəl­miş­dir. Bu sə­bəb­dən də, Azər­bay­can Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən irə­li sü­rül­müş Re­fe­ren­dum Ak­tı la­yi­hə­si­nin 26 sentyabrda ke­çi­ri­lə­cək ümum­xalq səs­ver­mə­sin­də və­tən­daş­la­rı­mız tə­rə­fin­dən yek­dil­lik­lə dəs­tək­lə­nə­cə­yi şüb­hə do­ğur­mur. Əmin­lik­lə söy­lə­mək olar ki, za­ma­nın tə­lə­bi və xal­qın ira­də­si­ni əks et­di­rən si­ya­si ha­ki­miy­yə­tin tə­şəb­bü­sü ilə Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sı­nın ye­ni­ləş­mə­si öl­kə­mi­zin si­ya­si-iq­ti­sa­di, so­si­al-mə­də­ni in­ki­şa­fın­da ye­ni sə­hi­fə aça­caq­dır. Mil­li yük­sə­liş, si­ya­si sa­bit­lik və da­vam­lı in­ki­şaf na­mi­nə sö­zü­ge­dən re­fe­ren­dum­da iş­ti­rak et­mək və tək­lif olu­nan əla­və və də­yi­şik­lik­lə­ri dəs­tək­lə­mək isə hər bi­ri­mi­zin və­tən­daş­lıq bor­cu­dur.

Ca­van­şir Fey­zi­yev,
Mil­li Məc­li­sin de­pu­ta­tı, fəl­sə­fə dok­to­ru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ