Moskva Qarabağ münaqişəsinin həllində Tehrana “yaşıl işıq” yandıra bilər.
Baki-xeber.com-un “EAdaily”yə istinadən xəbərinə görə, belə bir açıqlama ilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani çıxış edib. Diplomatın fikrincə, Minsk Qrupu münaqişənin həllində irəliləyişə nail ola bilməsə də, Tehrana gücünü sınamaq üçün şans vermir. O deyib ki, İran həm Ermənistanla, həm də Azərbaycanla quru sərhədlərinə malikdir. Digər tərəfdən Rusiyanın Azərbaycanla quru sərhədləri olsa da, Ermənistanla yoxdur. Türkiyə isə Azərbaycanın Naxçıvan bölgəsi və Ermənistanla bağlı sərhədlərə malikdir. Minsk Qrupu həmsədrlərinə gəldikdə isə, onların nə Azərbaycanla, nə də Ermənistanla sərhəd ilişkiləri var. Onlar yalnız ATƏT və BMT TŞ üzvü kimi vəzifələrini yerinə yetirməyə borcludurlar. Diplomatın fikrincə, bu kontekstdən yanaşılarsa, Tehrana bu mövzuda şans tanımaq münaqişənin həllində irəliləyişə nail olunmasında öz sözünü deyə bilər.
Əfşar Süleymani deyib ki, Qarabağ münaqişəsi Rusiyanın iştirakı olmadan həll edilə bilməz. Lakin Moskvanın Vaşinqtonla gərgin münasibətləri nəzərə alınarsa, Kremlin münaqişənin həllində Tehrana “yaşıl işıq” yandıra biləcəyi gözləniləndir.