Sentyabrın 16-da Bişkekdə MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Baki-xeber.com bu barədə Erministanın “lragir.am” saytına istinadən xəbər verir. Xəbərdə o da bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin artıq sözügedən iclasda iştiraklarını təsdiqləyiblər. Ermənistandan isə həmin tədbirə ölkənin xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbandyan qatılacaq.
İndi bu ölkədə əsas maraq doğuran məsələ Serj Sarkisyanın da sözügedən tədbirə qatılıb-qatılmayacağıdır. Çünki Ermənistan prezidenti də Bişkekə gedərsə, üçtərəfli formatın burada da bir araya gələ biləcəyi ehtimalı ortaya çıxır. Lakin dəqiq informasiya olmadığından, hələlik bu görüş barədə fikirlər ehtimal səviyyəsindədir.
Qeyd edək ki, daha öncə MQ-nin amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin BMT Baş Assambleyasının Nyu Yorkda baş tutacaq sessiyası çərçivəsində bir araya gələcəyinə ümid etdiklərini bildirmişdi.