Sentyabrın 12-də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Baki-xeber.com-un Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib və xalqımıza xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək, öz növbəsində, Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.