Cümə günü, 20 noyabr 2026
     

Azərbaycanda Heydər Əliyevə qədərki hakimiyyət boşluğu və gülənçilərin triumfu...

Image


Türkiyədə dövlət çevrilişinə edilən cəhd baş tutmadıqdan sonra bir vaxtlar adı "mərhəmətli" işlərdə hallanan Fətullah Gülən öz ölkəsində bir nömrəli terrorist elan olundu. Məlum oldu ki, onun rəhbəri olduğu təriqət faktiki olaraq Türkiyəyə gizli nəzarəti həyata keçirirmiş. Türkiyə hakimiyyətinin bu məsələyə bir qədər də ürəkli girişməsi gülənçiləri tam ifşa etdi. Məlum oldu ki, şəbəkə yalnız Türkiyədə yayılmaqla kifayətlənməyib.
Onların Azərbaycana böyük maraq göstərdiyi, hətta burada bir sıra uğurlara imza ata bilməsi faktdır. Bu baxımdan da bizim daxili auditoriya da gülənçiləri Azərbaycana kim gətirib, onlara buradakı şəraiti kim yaradıb kimi mövzularla dərindən maraqlanır. Bəzi adamlar isə bu mövzu ilə əməlli-başlı spekulyasiya etmək istəyir. Bunu dərindən araşdırdıqda məlum olur ki, gülənçilər Azərbaycanda yayılıb kök atmaq üçün Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinə qədərki hakimiyyət boşluğundan məharətlə istifadə edib. Gəlin bu istiqamətdə aparılan araşdırma nəticəsində ortaya çıxan faktlara diqqət edək. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi zaman Gülənin məktəblərində artıq 2000-ə yaxın şagird təhsil alırdı.
Fətullahçıların Azərbaycana ilk gəlişi və təşkilatlanma tarixi isə 1990-92-ci illərdir. İlk gəliş 18 yanvar 1990-cı ildə Halit Esendir, Saadettin Başer, Cahit Değerli, Mehmet Şevki Erol və Mehmet Tanrıseverlə başlayıb. O səfər zamanı Xalq Cəbhəsi ilə əlaqələr quran fətullahçılar bir sonrakı səfərlərində Azərbaycanın o zamankı iqtidarına "qarmaq atmağı" bacaracaqdılar. Azərbaycanda yaşamaq üçün gələn Hilmi Öney (Gülənin ilk Azərbaycan imamı, Camaatın buradakı bütün müəssisələrini quranlardan biri) "Çağ Öyrətim İşlətmələri"nin təməllərini 1990-cı ildə atmağa başladı. Ona yardım edənlərin isə o zamankı texnikum rəhbəri Mirdamət Sadıqov və Neft Akademiyasının müəllimi Mehdi Ağayevin olduqları artıq mediada yazılıb.
Bu günlərdə Azərbaycan mediasında aparılmış araşdırmalardan bəlli olur ki, Azərbaycan dövləti ilə ilk yüksək səviyyədə təmas isə 08.05.1991-ci il tarixində baş nazir Həsən Həsənovla gerçəkləşdirilib və baş nazirin tapşırığı ilə Bakının o zamankı birinci katibi Sənan Əlizadə fətullahçılara normal fəaliyyət üçün Yasamalda 3 otaqlı köhnə erməni mənzilini bağışlayıb. Son günlər mediada bu mövzuda yazılanların bir qismini olduğu kimi xatırladırıq.
"Gülənçi Faruk Arslan yazır ki, "İlhan İşbilənin diplomatik qabiliyyəti və "hədiyyə vermək" mövzusundakı fərasəti açılmaz kimi görünən qapıları üzümüzə taybatay açırdı". Məhz bu hədiyyələrdən olacaq ki, Həsən Həsənov 26 aprel 1991-ci ildə "Zaman"ın Azərbaycanda leqal fəaliyyət göstərməsi üçün Nazirlər Kabinetinin xüsusi qərarını çıxartdırdı. Yılmaz Polat Həsən Həsənovla qurduğu münasibətə görə artıq Azərbaycanda istənilən dövlət qurumuna girib-çıxa bilirdi. Faruk Arslan bunu öz kitabında belə qələmə verir: "Yağmur Gözlü (oxu: Fətullah Gülən) bizə buyurdu: "Media gücünüz oradakı təhsil və digər fəaliyyətlərinizin yol açıcısı, qoruyucusu və önəmli partnyoru olacaq. Səbr edin, tələsməyin. Bir nəsil yetişdirmək ən az 25 il istər. Olmur deyə, ümidsizliyə qapılmayın". Yəni "25 il meyvə gözləməyin, səbrli olun" tövsiyəsi ilə hərəkət edib, qısa müddət ərzində bəhrə gözlənilmirdi. Ancaq çiçəklər çox tez açacaqdı. Çünki zaman və zəmin susuzluqdan, həsrətdən çatlamışdı".
Gülən Türkiyədə də "qızıl nəsil" yetişdirilməsi üçün 25-30 il müddət gözləməyin vacibliyini vurğulayırdı. Onun "qızıl nəsil" dedikləri isə yüksək savada malik, lakin ailəsindən, dövlətindən daha çox hoca əfəndisinə, abilərinə bağlı nəsil idi.
Bəli, öncə "Zaman"ı qurdular. Daha sonra yenə Həsən Həsənovun yardımları ilə məktəblərin təməlləri atılmağa başlandı. Mütəllibov dönəmində qurulan məktəblər Elçibəy dönəmində rəsmi icazə verilmədiyi halda böyüməyə davam etdi. Azərbaycanın o dövrkü hakimiyyəti Türkiyənin bu istəyini rədd edə bilmirdi. Qısası, ilk liseylər 1992-ci ildə Bakı və Sumqayıtda quruldu. Bunun üçün dövrün təhsil naziri İstanbula götürüldü və lazımi qərarlar alındı. Rəsmi açılış Mütəllibovun devrildiyi, Elçibəyin hakimiyyətə gəldiyi dönəm bu liseylərin də fəaliyyətə başladığı dönəmdir.
Bu arada Türkiyə dövlət olaraq da Azərbaycanda təhsil müəssisələri açmaqda idi. Bunlardan biri də Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi oldu. Elçibəyin iştirakı ilə açılan bu fakültə zaman-zaman Gülənin hədəfində oldu. Bu fakültəni ələ keçirməyə cəhd etdi. Açığı, bir müddət Diyanət İşləri başqanı olmuş, sabiq deputat Təyyar Altıkulac ilə olan münasibəti bu fakültənin ilk illərinə öz təsirini göstərdi. Tanınmış alim Vasim Məmmədəliyevin tədricən Altıkulacın təsirini azaltması nəticəsində fətullahçılar zamanla bu fakültəyə düşmən oldular".
Gülənçilərin Azərbaycanda ən böyük layihəsi sayılan Qafqaz Universiteti də Heydər Əliyevin hakimiyyətə gəlişinə kimi fəaliyyətə başlayıb.
1993-cü ilin iyun ayına qədər Azərbaycanda artıq təşkilatlanmış olan fətullahçılar Azərbaycanın yenicə müstəqillik qazanmasını maksimum şəkildə istismar etdilər. Əllərində Türkiyə prezidentlərinin və baş nazirlərinin məktubları ilə burada kök saldılar. Qafqaz Universiteti də Türkiyə rəhbərliyinin xeyir-duası ilə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli qərarı ilə fəaliyyətə başladı. Bütün ölkə boyu çoxsaylı lisey komplekslərinin açılışının da məhz bu dövrə düşdüyünü nəzərə alsaq, gülənçilərin Heydər Əliyevə qədər Azərbaycan təhsil sistemində geniş şəbəkə ilə oturduqlarına heç bir şübhə qalmır və bu gün də gülənçilərin ən dərin kök atdıqları sahələrdən birinin təhsil sektorumuz olduğu barədə söz-söhbətlər də əsassız deyil.
Göründüyü kimi, gülənçilər qardaş adı ilə yenicə qurulmuş, müharibəyə başı qarışan ölkədəki hakimiyyət boşluğundan məharətlə istifadə edib. Məlum olur ki, 1993-cü ilin ortalarına kimi şəbəkə Azərbaycanda tam oturuşmuş vəziyyətdə olub.
Məhəmmədəli QƏRİBLİ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ