Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Türk ordusu Sultan Səlimin 500 il əvvəlki böyük zəfər günü Suriyaya girdi
Tarix: 25.08.2016 / 03:10
Bölmə: Siyasət
Rusiya türk qoşunlarının Suriyaya girməsinə ilk reaksiya verdi
Türkiyə ordusu NATO təyyarələrinin dəstəyilə uzun müddətdən sonra dünən Suriya ərazisində yerüstü əməliyyatlara başlayıb. Əməliyyatların əsas hədəfi Hələb şəhərinə bağlı Cerablus bölgəsini PKK-nın Suriya qanadı PYD/YPG və İŞİD terror qruplaşmalarından təmizləməkdir.
Əməliyyatın keçirildiyi Cerablus Türkiyə ilə Suriya arasında İŞİD-in nəzarətində olan sonuncu şəhərdir.
Məlumatlara görə, Türkiyənin Suriya daxilində olan xüsusi qüvvələrini ABŞ-ın rəhbərlik etdiyi hərbi hava qüvvələri də dəstəkləyir.
Əməliyyat Türkiyənin dəstəklədiyi Suriya üsyançılarının şəhərə hücum hazırlamasından sonra baş verib.
Məlumata görə, əməliyyatdan əvvəl Türkiyə ərazisindən İŞİD-ə məxsus hədəflər məhv edilib. Daha sonra Türkiyənin xüsusi təyinatlı birləşmələri və tanklar Suriya ərazisinə girib. Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır.
Suriya müxaliflərinin 5 min nəfərlik düyüşçü ordusuna Türkiyə ordusu ölkənin 70 kilometr içərisinə doğru irəliləyən 20 tank və 200-dən çox əsgərlə dəstək verir...
Anadolu Agentliyi xəbər verir ki, Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.
Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.
Türkiyənin Suriyada keçirdiyi "Fərat qalxanı" adını daşıyan hərbi əməliyyatlara general Zekai Aksakallı rəhbərlik edir.
Suriyaya daxil olan Türkiyə ordusu Cerablusda 93 hədəfi vurub. Suriyanın şimalına istiqamətlənən Türkiyə Hərbi Hava Qüvvələri isə 12 hədəfi vurub. Həmçinin 81 hədəfə top və raket zərbələri endirilib.
Türkiyənın İŞİD-ə qarşı əməliyyatları çərçivəsində Azad Suriya Ordusu ilk olaraq Türkiyə sərhədindən 3 km uzaqlıqda yerləşən Keklice kəndini ələ keçirib.
Son məlumatlara görə, Cerablus əməliyyatında indiyədək 46 İŞİD silahlısı öldürülüb, Türkiyə hərbi təyyarələri terror təşkilatına məxsus bomba yüklü üç avtomobili sıradan çıxarıb.
Bundan başqa, ələ keçirilən Keklice kəndindən sonra daha 3 kənd Azad Suriya Ordusunun nəzarətinə keçib.
Azad Suriya Ordusunun zirehli texnikalarla Cerablusun mərkəzinə doğru hərəkət edəcəyi də gələn xəbərlər arasındadır.
Azad Suriya Ordusu Türkiyə ordusunun dəstəyilə əməliyyatların başlamasından 12 saat sonra Cerablusa girib. Rayon mərkəzi Azad Suriya Ordusunun nəzarətinə keçib.
Türkiyə Suriya ilə sərhəddə də tanklar yerləşdirib. Əməliyyatı başlayandan bütün Türkiyə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
ABŞ-ın da Suriyanın Carablus şəhərində İŞİD-ə qarşı əməliyyatlar zamanı Türkiyəyə hava dəstəyi verəcəyinə dair xəbərlər yayılıb. Adı açıqlanmayan yüksək vəzifəli amerikalı məmurun sözlərinə görə, Vaşinqtonun planları NATO üzrə müttəfiqlərin planları ilə uyğunlaşdırılıb. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner də bildirib ki, Türkiyə ordusunun Suriyadakı əməliyyatlarına Vaşinqton havadan dəstək verəcək.
M.Toner qeyd edib ki, əməliyyatla bağlı Türkiyə ilə bərabər Suriya Demokratik Qüvvələrinin təmsilçiləri ilə və əlaqə saxlayırlar: "Həm Türkiyə, həm də Suriya Demokratik Qüvvələri ilə təmasdayıq. Gərginliyin artmamasına çalışırıq. Hər iki tərəfə ortaq düşmənin İŞİD olduğunu xatırladırıq".
ABŞ-dan gələn başqa bir açıqlamada isə bildirilir ki, əməliyyatların əsas hədəfi İŞİD olmalıdır.
Türkiyənin daxili işlər naziri Əfqan Ala Türkiyə Silahlı Qüvvələrinin Suriyada Cerablus bölgəsində apardığı antiterror əməliyyatlarının Türkiyəyə qarşı təhdidlər aradan qalxana qədər davam edəcəyini bəyan edib. Nazir bildirib ki, terror təşkilatlarının Türkiyəni təhdid etməsinə imkan verilməyəcək: "Buna imkan verən şərait aradan qaldırılacaq".
O əlavə edib ki, Suriyanın bu bölgəsində Türkiyəyə qarşı artıq yaxın təhlükə deyil, açıq, hazır təhlükədən söhbət gedir.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan edib ki, Türkiyənin cənubundan İŞİD terror təşkilatını siləcəyik. M.Çavuşoğlu Azad Suriya Ordusunun da əməliyyata qatıldığını bildirib: "Ankaradakı son 2 terroru həyata keçirənlər Suriyadakı PKK düşərgələrindən gəldi. Salih Müslüm, PKK-nın Suriya qolu PYD niyə narahat oldu? Bu narahatlıq indiyə qədər Türkiyənin dost dövlətlərə anlatdıqlarının haqlı olduğunu göstərir. PYD-nin məqsədi Suriyanı parçalamaq, kantonlar qurmaq olmasaydı, niyə narahat olurdu? PYD qüvvələri Fərat çayının şərqinə doğru geri çəkilməlidir. ABŞ da bizə Münbic əməliyyatı zamanı bu barədə söz vermişdi. Əks təqdirdə, Türkiyə lazım olan addımı atacaq. Bizim məqsədimiz Türkiyəyə qarşı təhdidləri aradan qaldırmaqdır. PYD terroru, silahı buraxacaqsa, Suriyanın ərazi bütövlüyünün tərəfdarıdırsa, narahat olmamalı idi. Bu gün PYD, PKK getdikləri hər yerdə başqa etnik qrupları köçməyə məcbur edir. İranda PJAK, Türkiyədə PKK, Suriyada PYD eynidir, getdikləri yerlərdə başqa etnik qrupları, özləri kimi düşünməyən kürdləri belə o ərazilərdən deportasiya edirlər. Bizim İŞİD-dən azad etdiyimiz ərazilərdən isə heç kim köçürülməyəcək, kimlər yaşayıbsa, orada yaşamağa davam edəcək".
Çavuşoğlu onu deyib ki, ABŞ daha əvvəl razılaşdırıldığı kimi İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün Türkiyəyə HIMARS reaktiv yaylım atəşi sistemini verməyib.
Suriya isə Türkiyə ordusunun "Fırat Kalkanı" əməliyyatı adı altında Suriyaya daxil olmasını pisləyən bəyanat yayıb. Suriya Xarici İşlər Nazirliyinin bəyanatda bildirilir ki, Türkiyə tanklarının Suriyaya daxil olması bu ölkənin suverenliyinin pozulması deməkdir və Suriya bunu sərt şəkildə qınayır.
Türkiyənin Cerablusda anti-İŞİD əmliyyatına Rusiyadan ilk reaksiya gəlib. "İnterfax"a açıqlama verən Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Ankaranın Cerablusdakı əməliyyatları Dəməşq rejimi ilə koordinasiya etməsinin vacib olduğunu deyib: "Terror əleyhinə tədbirlər çox vacibdir, xüsusilə də Suriya-Türkiyə sərhədində. Bu hərəkətlərin təsirli olması üçün Dəməşqlə əməkdaşlıq edilməlidir".
Bu arada Türkiyə Suriyada əməliyyatlara başlayandan sonra Əsəd rejimi də Lazkiye bölgəsində Türkməndağdakı müxaliflərə qarşı hücuma başlayıb. Məlumata görə, rejim ordusu müxaliflərin nəzarətindəki kəndləri səhər saatlarında top və raket atəşlərinə tutub.
XİN Türkiyənin Suriyaya qarşı təcavüzünün qarşısını alması üçün BMT-nin tədbir görməsini tələb edib.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin əsasını PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qolu YPG və ərəb qüvvələr təşkil edir. Türkiyə PKK-nın Suriya qolunun Firat çayının qərbinə keçməsini özü üçün "qırmızı cizgi" elan edib. Ancaq ABŞ-ın söz verməsinə baxmayaraq, bir müddət əvvəl İŞİD-dən azad edilən Münbic şəhərindən YPG qüvvələri hələ də çıxmayıb.
ABŞ-ın dəstəklədiyi Suriyadakı kürd birləşmələri və digər üsyançı qruplar ayın əvvəllərində sərhəd bölgəsindəki Manbic şəhərini İŞİD-dən geri alıblar. Bu şəhər Cerablusun 40 kilometrliyində yerləşir. PYD Münbicdən sonra əsas hədəfinin Cerablus olduğunu bəyan etmişdi.
Cerablusun itirilməsi İŞİD-in elan etdiyi xilafətə əsas marşrut xəttinin kəsilməsi deməkdir. Əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDF) koalisiyası da ABŞ təyyarələrinin və xüsusi qüvvələrinin dəstəyi ilə cənubdan Carablusa yaxınlaşmaqdadır.
Cerablus Suriyanın şimalı, Türkiyənin cənubunda kürdlərin əlindəki əraziləri ayıran yeganə məntəqədir. Kürd qüvvələri bu məntəqəni də ələ keçirərsə, Suriyanın şimalında kürd zolağı tamamlanmış olacaq.
Kürd birləşmələrinin sərhədə yaxınlaşmasından ehtiyat edən Ankara Suriya rejiminə qarşı olan "Azad Suriya ordusu" adlı digər üsyançı qrupa kömək etmək qərarına gəlib və hücuma qoşulmaq üçün onları Qaraqamış şəhərinə toplayıb.
Ankara sərhədi boyunca kürdlərin əlavə ərazi tutmasını əngəlləməyə çalışır və SDF-in irəliləməsini narahatlıqla izləyir. Türkiyə, həmçinin, Münbicdəki kürd mövqelərini hədəfə alır.
Son məlumatlara görə, Türkiyə ordusunun Suriyaya girməsindən sonra, PYD Fərah çayının qərbindən çəkiləcəyini bəyan edib.
Onu da xatırladaq ki, Türkiyə ötən ilin noyabrından bəri Suriyaya ilk dəfə zərbə endirməyə başlayıb. Həmin vaxt Suriyada əməliyyat keçirən Rusiya təyyarəsinin vurulması ilə pisləşən Moskva-Ankara münasibətləri iyundan bəri düzəlməyə başlayıb.
Bu, həmçinin, Türkiyənin Suriyaya ötən ilin fevralından bəri qurudan ilk müdaxiləsidir. O zaman Süleyman şahın məqbərəsinin yerinin dəyişdirilməsindən ötrü qısa əməliyyat keçirilmişdi.
Bu arada, "Fərat qalxanı" adı verilən əməliyyatın başlama vaxtı ilə bağlı ilginc bir detal da ortaya çıxıb. Belə ki, bu tarix - 24 avqust Osmanlı dövlətinin Suriyanı fəth etməsilə nəticələnən Mercidabik Müharibəsinin 500-cü ildönümüdür.
1516-cı ilin 24 avqustunda Yavuz Sultan Səlim rəhbərliyindəki Osmanlı ordusu ilə Məmlük dövlətinin ordusu Hələbin şimalında qarşı-qarşıya gəlmişdi. Bu müharibənin nəticəsində Suriya, Livan və Fələstin torpaqları Osmanlı ərazisinə daxil edilmişdi.
Türkiyə ordusunun məhz bu gündə Suriyada əməliyyatlara başlaması diqqət çəkir.
TAHİR
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
Tarix: 20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
Tarix: 19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
Tarix: 19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
Tarix: 19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
Tarix: 19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
Tarix: 19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
Tarix: 19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
Tarix: 19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi
- DİN-dən irimiqyaslı əməliyyat...
18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA
18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...
18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ