Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan IV Mustafa xan
Tarix: 24.08.2016 / 01:16
Bölmə: Siyasət
Sultan IV Mustafa xan Osmanlı sultanlarının iyirmi doqquzuncusu, İslam xəlifələrinin doxsan dördüncüsüdür. Sultan IV Mustafa xan 8 sentyabr 1779-cu ildə İstanbulda anadan olub. Atası Sultan I Əbdülhəmid xan, anası Aişə Sinəpərvər sultandır. Şahzadəliyində yüksək din və fənn elmləri öyrədilərək yetişdirili,. Əmisi Sultan III Səlim xanın islahat fikirlərinə qarşı çıxan bəzi dövlət adamları və üsyançılar Kabakçı Mustafanın rəhbərliyi altında III Səlim xanı taxtdan endirərək 29 may 1807-ci ildə Vəliəhd Mustafanı sultan elan etdilər.
Ordu proqramının müntəzəm davam etdirilməsi üçün güclü bir islahatçı dəstənin varlığı, aydın sinifin islahatçı düşüncəsini açıq ürəklə qəbul etməsi və imperatorluqda bir sülh dövrününn qurulması lazım idi. Halbuki, III Səlim dövründə bu şərtlərin heç bir zaman və heç bir surətlə həyata keçirilmədiyi görülür. Sədrəzəmlərdən və şeyxülislamlardan sultanı yenilik yolunda tutanlar arasında isə işə cani-könüldən sarılan yox idi.
Cəmiyyətdə tanınan bir neçə adamla dövlət xidmətində olan bəzi kəslərdən qurulan aydın bir zümrə, Avropa mədəniyyətinin irəli və üstün bir mədəniyyət halına gəldiyinə inanırdılar. Fəqət bu adamların çoxu müntəzəm ordu proqramına düşmən hissləri bəsləyirdi. Böyük xalq kütləsi isə, bütün cəhdlərinə baxmayaraq, Avropanın Osmanlı İmperatorluğuna olan üstünlüyünü etirazsız olaraq qəbul edirdi. Beləcə, ziyalılar arasında artıq devrimçi və mühafizəçi iki zümrə bilinirdi. Devrimçilər Avropaya heyran, mühafizəçilər isə düşmən idilər. Yenilik hərəkatları Avropa üsulu ilə edildiyinə görə birincilər bu hərəkatı dəstəkləyir, ikincilər isə onu təhqir sayırdılar.
Paris elçisi Halet bəyin Parisdən göndərdiyi məktublardan alınan bu sətirlər devrimçilərdən mühafizəçilərin düşüncələrini açıqlayır: "Bir gün əvvəl bu kafiristandan xeyir ilə xilas olmağım üçün dualarınızı niyaz edirəm. Çünki Parisə qədər gəldik. Amma xalqın nəql etdiyi Fransanı görə bilmədik. O qeyri-adi şeylər və Fransa hansı Avropadadır bilmirəm..."
Bu sətirlər mühafizəçi zümrənin Avropa üsullarından nə qədər qorxduğunu bildirməyə yetər. Mühafizəçilər şəriəti alət edərək xalqı Avropaya düşmən etməyə müvəffəq oldular.
Hələ Rusiya kimi yüzillərcə din və dövlət düşməni bilinən bir qonşu ilə ittifaq qurulması xalqa çox pis təsir etdi. İmperatorluğun daxili qarışıqlıqları da bu təsirin dərəcəsini yüksəltdi.
Elm adamları mənfəətdən başqa bir şey düşünə bilməyəcək qədər alçaq və əxlaqsız bir hala gəldiklərinə görə imperatorluğun bütün çətinliklərinə səbəb Nizami-Cədidi göstərirdilər.
Düşmən təbliğatı da məqsədinə çatmaq üçün vəzirlərin sözlərinə bənzər şaiyələr yaymaq üçün fürsət tapırdı. Belə ki, ingilislər Fransa ilə bərabərləşmək təmayülünü göstərən Osmanlı dövlət adamlarını devirmək üçün ingilis donanmasının İstanbulun qarşısına gəlməsini belə izah ettilər: "Padşah ingilis və rus hökumətlərilə yeniçəriləri aradan qaldırmaq üçün anlaşdı. İngilis donanması padşahın icazəsilə İstanbula gəldi. Rus donanması da bu yaxında gələcək.
O zaman yeniçəri yox ediləcək və yerinə Nizami-Cədid gələcəkdir".
Padşah və hökumət bir ara fransızlardan ayrılaraq ingilislərlə ruslara yanaşmaq istədi. Bu dəfə də Fransanın elçisi yeniçəriləri təhrik etməyə başladı. Bütün bu səbəblər xalqı və dövlət adamlarının çoxunu Nizami-Cədidə düşmən etmiş olurdu. Bu qədər qəti bir düşmənlik qarşısında islahat düşüncəsinin yaşamasına və islahat hərəkətlərinin ayaqda qalmasına imkan yoxdu. İslahat düşmənləri Nizami-Cədidi boğmaq üçün, əslində, kiçik bir səbəb gözləyirdilər.
Tekirdağda Nizami-Cədidin qurulacağını bildirən fərmanı oxuyan hakim yeniçərilər tərəfindən qətl edildi. Silivri və Çorlu əhalisi Edirnə üzərinə hərəkətə keçən Kadı Əbdürrəhman paşanın ordusuna qarşı müqavimət göstərdilər. Daxili bir müharibə başlamaq üzrəydi. Düşmən ordularının sərhəd boylarına yığıldığı, ingilislərin Dardanel boğazından gəmi keçirərək İstanbulu yandırmaqla təhdidlər yağdırdığı bir zamanda belə bir müharibənin başlamasını sultan uyğun görmədi və Kadı Əbdürrəhman paşaya ordunun geri dönməsini əmr etdi.
Kabakçı Mustafa asilərin proqramını carçılarla İstanbulun hər tərəfinə yaydı: "Ey əhali, məramımız Nizami-Cədid bəlasını yox etməkdir. Başqa niyyətimiz yoxdur. Müsəlman olanlar, özlərini ocaqlı bilənlər bizimlə birlikdə olsunlar." Bu sözləri eşidənlər Kabakçının yanına getdilər. Vəliəhd Şahzadə Mustafa və Şeyxulislam Topal Ataullah bəy də Kabakçıya ağıl müəllimləri yolladılar. Üsyanın nəticəsi sədarətin hərəkətinə bağlı idi. Musa paşa sultana təqdim etdiyi raportda üsyan hərəkatını sönməyə məhkum kimi göstərdi. Mustafa paşa bundan başqa Nizami-Cədid əsgərlərinin yerlərindən çıxmamalarını əmr etdi. Asilərə cavab verməyə hazırlanan Topçu ocağına da bu xəbəri göndərdi: "Qarşı çıxmasınlar, bu iş ittifaqla baş verir".
Topçular daha sonra asilərə qatıldılar. Kabakçı yürüşünü Ət meydanında dayandırdı. Kabakçı tərəfindən dəvət edilən yeniçəri qocaları ilə millətin irəli gələnləri, başda Şeyxülislam Ataullah bəy olmaqla, asilərin proqramını təqdir etdilər. Artıq Nizami-Cədid yox olmağa məhkum edilmiş kimi idi.
Sultan III Səlim xan vəziyyətdən xəbərdar edildiyi zaman böyük acı hiss etdi. O, İmperatorluğun maddi və mənəvi qüvvələrini özünə qarşı birləşmiş halda görürdü. Dövlətin idarəsini əllərinə buraxmış olduğu rəhbərliklə Şeyxülislam, Kabakçı üsyanını hazırlayan xəyanət və alçaqlığın canlı simvolu idi. Sultan III Səlim xan qorxaq deyildi. Hələ Nizami-Cədid hərəkatının başlanğıcında, günün birində taxtını və başını bu uğurda itirmək ehtimallarını hesaba almışdı. Asilərə qarşı çıxmaq üçün heç kəsə güvənməzdi. Onların istədiklərini qəbul etti və Nizami-Cədidin qaldırıldığına dair bir xətti-hümayun yazdı. Bu, asilərin böyük bir zəfəri deməkdi. Musa paşa Kabakçıya 11 adamın adları verilən bir siyahı göndərmişdi. Bu 11 adamın arasında Kəndxuda İbrahim, Dənizçilik Naziri Hacı İbrahim, Baş Kəndxuda Hacı Məhməd və daha başqaları vardı. Bunların hamısı Nizami-Cədid məsələsində sultana yardım edən kəslər idi. Kabakçı asilərə: "Bu 11 adam məmləkəti xarabalığa çevirənlərdi. Ölü və ya diri bunları sultandan istəməliyik və bu istəklərini qərara bağlayıb sultana bildirdilər. Sultan III Səlim xan sarayın tarixini bilənlərdən idi. Asilərin istədiklərini etməzsə, onlar zorla saraya girib istədiklərini yerinə yetirəcəkdilər. Bu səbəblə onların istədiklərini yerinə yetirdi. Asilər bundan sonra bu sultana güvənilərmi sualını verdilər və onu taxtdan endirdilər.
Sultan III Səlim xanın yerinə seçilən IV Mustafa imperatorluğun ümumi vəziyyətindən xəbəriz idi. Onun taxtda qala bilməsi ixtilalı hazırlayanların istədiklərini yerinə yetirməklə mümkün idi. Beləcə, sədarət kaymakamı Musa paşa, Şeyxulislam Ataullah Bəy və Kabakçı Mustafa dövlətin idarəçiləri oldular.
Bu üsyanda birlik yaradanlar gələcəkdə vəziyyətin hər cür təhlükədən qorunması üçün alimlərə bir akt tərtib etdirərək sultana imzalatdılar. Bu sənəddə dövlət adamlarından bəzilərinin Sultan Səlimi aldadaraq "Nizami-Cədid" adını verdikləri bir fəaliyyət nəticəsində məmləkəti boğduqları, hər işlərində kafirləri təqdir ettikdən sonra dövlətin üsul və qaydalarını belə xristian dövlətləri tərəfindən qəbul edilən üsullara bənzətmək istədikləri, bu vəziyyət qarşısında ağalar İslam rəhbərləri ilə dövlət rəhbərlərindən bəziləri ilə anlaşmaq şəriət və qanun dairəsində III Səlimi taxtdan endirərək yerinə IV Mustafanı sultan etdikləri yazılı idi.
İki nüsxə olaraq hazırlanan bu aktın bir nüsxəsi Babialidə qaldı. Digəri də Yeniçəri ocağına təslim edildi. Beləcə sultan ilə ordu ixtilal haqqında hər-hansı bir hesablaşmaya açıq qapı buraxmamaq üçün anlaşdılar.
Dövlət idarəsini ələ keçirən üsyançılar Nizami-Cədid qüvvələrini dağıtdılar, Sultan III Səlim xanın tərəfdarlarını bir-bir öldürməyə başladılar. İstanbuldakı üsyan rus cəbhəsindəki ordunun nizam-intizamını pozdu. Səlim xanın tərəfdarları Rusçukdakı Ələmdar Mustafa paşanın yanına sığındılar. Bu hadisələr nəticəsində Sultan IV Mustafa xan Vəzir Hilmi paşanı vəzifədən ayıraraq yerinə Çələbi Mustafa paşanı təyin etdi.
Osmanlı ordusundakı bu qarışıqlıqdan faydalanan ruslar Eflak və Boqdanda bəzi qalaları ələ keçirdilər. Osmanlıların Fransa imperatoru Napoleonun qarşısında çətin bir vəziyyətə düşmələri onların sülh istəmələrinə səbəb oldu. Rusiyanın Eflak, Boqdan və zəbt etdikləri digər yerləri geri vermələri şərtilə 1807-ci il avqust ayının 20-də "Atəşkəs müqaviləsi" imzalandı.
Sultan IV Mustafa xan Rusiya ilə imzalanan müqavilədən sonra İstanbulda asayişi təmin edə bilmək üçün hərəkətə keçdi. Bu zaman işi cığırından çıxaran üsyançılar xalqın mallarını qarət etməyə, yeniçərilər də hər bir işə qarışmağa başlamışdılar. Sultan IV Mustafa xan üsyançıların bir qismini müxtəlif bəhanə və vəzifələrlə saraydan uzaqlaşdırdı. Ancaq quldurları tamamilə yox edə bilmək üçün böyük bir gücə ehtiyacı vardı. Buna görə Ələmdar Mustafa paşanın İstanbula gəlməsini istədi. Özünə sadiq olan 16 min nəfərlik bir qüvvə ilə hərəkətə keçən Ələmdar əvvəlcə Kabakçı Mustafanı öldürtdü. Kabakçının öldürülməsi sarayda çalışan səlahiyyətli işçiləri və yeniçəriləri təlaşlandırdı. Onlar Ələmdarın tərəfdarları ilə Sultan III Səlimi yenidən taxta çıxarmağa çalışdılar. Belə olduqda Ələmdar Mustafa paşa 28 iyul günü 16 minə yaxın əsgərlə sədarətə basqın etdi və vəzirdən möhürü aldı. Ancaq III Səlimin yenidən taxta çıxdığı zaman onları öldürəcəyindən qorxan üsyançılar və bəzi dövlət adamları padşahdan III Səlimin və Şahzadə Mahmudun öldürülmələri üçün fərman çıxartdırdılar. Nəticədə, zorla saraya girən Ələmdar Səlim xanın xəncər zərbələrilə şəhid edilmiş cəsədilə qarşılaşdı. Belə olduqda o, xidmətində olan mühafizəçilərin yardımı ilə həyatını qurtaran Şahzadə Mahmudu padşah elan etdi (28 iyul 1808-ci il). Mustafa xan isə Topqapı sarayına yerləşdirildi.
Sultan IV Mustafa xan noyabr ayının 14-dən 15-nə keçən gecə meydana gələn Ələmdar Mustafa paşa hadisəsi zamanı yeniçərilərin saraya hücum etmələri və onu təkrar başa keçirməyə təşəbbüs etmələri səbəbilə II Mahmud xan tərəfindən öldürüldü.
Sultan IV Mustafa xan tədbirli və zəka sahibi olmasına baxmayaraq, Səlim xanın taxtdan endirilməsi nəticəsində taxta çıxarıldığına görə üsyançıların əlində qalıb. Onları yox etmək üçün yanında bir qüvvə tapa bilmədiyinə görə bu quldurların istəklərinə boyun əymək məcburiyyətində olub. Üsyançıları və dövlətə qarşı çıxan idarəçiləri yox etmək üçün çağırdığı Ələmdar Mustafa paşanın da Səlim xanı təkrar taxta çıxarmaq təşəbbüsü Mustafa xanın əleyhinə cərəyan etdikdə, II Mahmud xanın islahatlarından məmnun olmayan bəzi dövlət adamları yeniçəriləri təhrik etməklə özlərinə yaxın gördükləri IV Mustafa xanı təkrar taxta keçirmək istəyiblər. Bu da Mustafa xanın 30 yaşında öldürülməsinə səbəb olub.
Sultan IV Mustafa xanın cənazəsi mərasimlə qaldırılaraq Bağça qapısında atası Sultan I Əbdülhəmidin türbəsində dəfn edilib.
Fazil QARAOĞLU
professor
4-ahmet(1)
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
Tarix: 20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
Tarix: 19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
Tarix: 19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
Tarix: 19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
Tarix: 19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
Tarix: 19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
Tarix: 19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
Tarix: 19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi
- DİN-dən irimiqyaslı əməliyyat...
18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA
18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...
18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ