Çexiyanın Baş naziri Boquslav Sobotka Avropa İttifaqının (Aİ) vahid ordusunun yaradılmasına çağırıb. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Baş nazir deyib ki, Aİ-nin vahid Silahlı Qüvvələrinin yaradılması təşkilatın xarici sərhədlərinin effektiv qorunması üçün labüddür: "Uzaq perspektivdə birgə Avropa ordusu olmadan keçinə bilməyəcəyik".