Suriyanın hərbi təyyarələri PKK-nın Suriya qolu Kürd Müdafiə Birliklərinin (PYD/YPG) nəzarətində olan Hasaka şəhərinə ilk dəfə aviazərbələr endirib.
Baki-xeber.com xəbər verir ki, 2011-ci ildən bu yana ilk dəfə baş verən toqquşmalar dörd gündür davam edir.
PKK-nın Suriya qolu PYD ilə rejim qüvvələri bir-birlərinə qarşı ağır silahlarla hücum edir. PYD, Kobanidən Hasakaya dəstək də göndərib.
Dəməşq rejimi, vətəndaş müharibəsinin beşinci ilində PYD-yə qarşı ilk hava hücumunu dünən gerçəkləşdirib və döyüş təyyarələri Hasakanı bombardmana edib. PYD gücləri hücumlara qarşılıq verdikdən sonra isə ciddi toqquşmalar başlayıb. Tərəflər bir-birinə qarşı artilleriyadan istifadə edir.
Qarşıdurmalardan qaçan xalq isə Türkiyə ilə sərhəddəki Qamışlı, Derbesiye və Amude bölgələrindən qaçır.
O da bildirilir ki, qarşıdurma şəhərin bazarında iki qrup arasında yer alan toqquşmadan sonra başlayıb.
Suriyada 2011-ci ilin martda başlayan vətəndaş müharibəsində rejim və PYD arasında, Hələbin şimalında, Şeyx Maksudda, Hasakada bir neçə dəfə kiçik qarşıdurmalar olub. Ancaq sonradan Əsəd rejimi bu bölgələri PYD-yə verərək geri çəkilib. Fevral ayında Hələb uğrunda əməliyyat vaxtı da PYD Suriya ordusu ilə birgə hərəkət edib.
Hökumət qüvvələri ilə kürd dəstələri indiyə kimi İŞİD-ə qarşı mübarizədə müttəfiq kimi tanınıblar.
Əsəd rejimi və PYD Hasakanı və Qamışlı mahalını birlikdə idarə edir. PYD rejimə vergi verir, rejim isə buradakı dövlət təşkilatlarını işini davam etdirir. Rejiminə bağlı məmurlar burada 2011-ci ilin əvvəlində olduğu kimi işlərini davam etdirirlər.
Buradakı vergilər də PYD ilə rejim arasında bölüşdürülür. Hasakanın şimal-şərqində PYD-nin nəzarətindəki Rümeylan neft sahəsi də PYD və rejim tərəfindən birlikdə qorunur və çıxarılan neftin bir qismi rejimə verilir.