Cümə günü, 20 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Sultan I Əhməd xan

Image


Sultan I Əhməd xan Osmanlı sultanlarının on dördüncüsü, İslam xəlifələrinin yetmiş doqquzuncusudur. 18 aprel 1590-cı ildə Manisada anadan olan Sultan I Əhməd xanın atası Sultan III Məhməd xan, anası Xəndan sultandır. Şahzadəliyində zamanın tanınan alimlərindən olan Aydınlı Mustafa bəydən dərs alıb. Xocazadə Əhməd və Əsəd bəylərdən də dərs alan şahzadə Əhməd atasının vəfatından sonra 1603-cü ildə, hələ 14 yaşında ikən Osmanlı taxtına çıxıb.
Sultan I Əhməd xan taxta çıxanda Osmanlı dövləti Şərqdə İran, Qərbdə isə Avstriya ilə hərb halında idi. Sultan I Əhməd xan Avstriya cəbhəsi sərdarlığına Sokulluzadə Məhməd paşanı, İran cəbhəsi sərdarlığına isə Çağalazadə Sinan paşanı təyin etdi. Məhməd paşa Peşte və Vaç qalalarını 1604-cü ildə ələ keçirdikdən sonra 1605-ci ilin avqust ayında Esterqon qalasını mühasirə altına aldı. 35 gün davam edən mühasirədən sonra qala fəth edilərək on ildən bəri sürən alman işğalına son verildi. Bu zəfərdən sonra Uyvar, Vezqrin və Polata qalaları türklərin əlinə keçdi. Bu zamanlarda Tryaki Həsən paşanı sərdar vəkili olaraq o bölgədə buraxıb İstanbula dönən Məhməd paşa 1606-cı ildə vəfat etdi. Müharibədə uduzduğunu anlayan Avstriya sülh bağlamaq istədi. Budində sülh müqaviləsi müzakirə edildi və aparılan müzakirələr nəticəsində 11 noyabr 1606-cı ildə Zitvatoruk müqaviləsi imzalandı. Bu müqaviləyə görə Kanije, Esterqon və Eğri qalaları Osmanlı dövlətində qalacaq, Avstriya birdəfəlik olmaqla 200 min qara quruş ödəyəcəkdi.
İran cəbhəsinə sərdar təyin edilən Çağalazadə Sinan paşa qış mövsümü yaxınlaşdığına görə Qarsda qalmışdı. 1605-ci ilin avqust ayında Azərbaycanı geri almaq məqsədilə Təbrizə hücum etdisə də, Urmiyə meydan döyüşündə İran şahının ordusuna məğlub oldu. Qüssəsindən vəfat edən Çağalazadənin yerinə Fərhad paşa sərdar təyin edildi. Səfəvilər ordusu zəfərlərini davam etdirərək 1606-cı ildə Gəncəni və 1607-ci ildə Şamaxını alıb Şirvanın böyük hissəsini ələ keçirdi. Şahın irəli getməməsi nəticəsində müharibə durğunluq dövrünə girdi.
Sultan I Əhməd xan Avstriya müharibəsinin sona çatması və İran cəbhəsində durğunluq dövrünə girilməsindən sonra daxili məsələləri həll etməyə başladı. Anadoluda qarışıqlıq salan Cəlali quldurlarına qarşı sədarətə gətirdiyi Quyucu Murad paşa ilə Tryaki Həsən paşanı vəzifələndirdi. Quyucu Murad paşa həyata keçirdiyi siyasət nəticəsində quldurları bir-birinə qarşı təhrik edərək onları bir-bir ortadan qaldırmağı bacardı. Üç il boyunca sürən bu təmizləmə nəticəsində Canpoladoğlu, Qələndəroğlu, Tavil ilə qardaşı Məmun, muşlu Çavuş və Yusuf paşa, bir də 48 çətə qüvvələrinin hamısı təsirsiz hala gətirildi. Üsyanlar yatırıldıqdan sonra Sultan I Əhməd xan kəndlilərin öz yerlərinə dönmələri və ticarət işlərinə davam etmələri üçün əyalətlərə tövsiyə dolu fərmanlar göndərdi. Bundan əlavə, "Ədalətnamə" adı ilə Anadoludakı bütün pislikləri, cinayəti əmələ gətirən səbəbləri aradan qaldıran və xalqın iztirabını dilə gətirən bir fərman imzaladı.
Bu zamanlar səfəvilər Osmanlı sərhəd qalasına hücum etdilər. Buna görə Sultan I Əhməd xan 1610-cu ildə vəzir Quyucu Murad paşanı İran üzərinə çıxılacaq səfərə sərdar təyin etdi. Murad paşa Ərzuruma gəldiyi vaxt İran şahı Qanuni dövründə imzalanan "Amasya müqaviləsi"nə bağlı sülh istədi. Quyucu Murad paşa şahın bu istəyini qəbul etməyib, onun olduğu Təbrizə doğru hərəkət etdi. Şəhərin yaxınlığında beş gün davam edən döyüşlər nəticəsində tərəflərin heç biri bir-birinə qarşı üstünlük əldə edə bilmədi. Qışı keçirmək üçün Diyarbəkirə çəkilən Murad paşa burada ikən xəstələndi və 1611-ci il avqust ayının 5-də vəfat etdi. Onun yerinə Diyarbəkir bəylərbəyi vəzir Nasuh paşa təyin edildi. Nasuh paşa iranlıların Osmanlı dövlətinə ildə 200 yük ipək vermələri və işğal etdikləri torpaqlardan çəkilmələri şərtilə onlarla müqavilə bağladı.
Sultan I Əhməd xan 1617-ci ildə xəstlənərək hələ iyirmi səkkiz yaşında ikən vəfat etdi. Nəşinin yuyulması üçün müəllimi Əziz Mahmud Xuda dəvət edildi. Ancaq o: "Sultanımı çox istəyirdim. İndi mən dayana bilmərəm... Qocalığım səbəbilə məni bağışlayın"- dedi və tələbələrindən Şaban dədəni öz yerinə göndərdi. Cənazə namazından sonra xanın nəşi öz adı ilə anılan Sultan Əhməd camisinin yanındakı türbədə dəfn edildi.
Sultan I Əhməd xan cəlalilərin çox fəaliyyətli bir zamanında 14 yaşında hökmdar olub. Uşaq deyiləcək yaşda olması səbəbilə dövlət işlərində şəxsən hərəkət edəcək halda olmadığına görə bütün hərəkətləri nəzarət və təsir altında olub. Dövlət işlərini şəxsən nəzarət altında saxlayırdısa da, əmrini də təsir altında qalaraq verərdi. Ömrünü sərhədlərdə keçirərək Macarıstanın pis vəziyyətini düzəldən Esterqon fatihi, vəziri-əzəm Lala Məhməd paşaya münasibəti buna misal olaraq çəkilə bilər.
Lala Məhməd paşa Esterqonu alıb imperatorla qalibanə bir sülh əsaslarını ortaya qoyduraraq müzakirə etməsilə sultanın fövqəladə iltifatına səbəb olmuş və Avstriya məsələsini sonunadək həll etmək üçün təkrar o tərəfə sərdar təyin edilmişdi. Lala Məhməd paşa haqqında verilən qərarı qısqanan və sultanın anasının vasitəsilə padşaha təsir edən kapitan Dərviş paşa sultanın fikrini qarışdıraraq, hələ müharibə işləri bitmədən əvvəl vəziri-əzəmə İran üzərinə getməsi haqqında bir əmr verdirdi. Belə olduqda çaşıb-qalan Lala Məhməd paşa vəziyyəti izah yolu ilə bir neçə dəfə ərizə yazdısa da, Sultan I Əhməd xan ağıl verəni Dərviş paşanın təsiri ilə Lala Məhmədin təkliflərini qəbul etməyib, İran səfərinə çıxılmasında israr edirdi. Yaranan vəziyyətdən çox təsirlənən vəziri-əzəm Lala Məhməd paşanı iflic vurdu. Onun həyatına ümid qalmamışdı, gəlib görənlər yaranan vəziyyəti sultana bildirdilərsə də, cultan Dərviş paşanın təsirilə mütləq səfərə çıxacaqsan deyir və Məhməd paşanın xəstəliyini yalanlayırdı. Peçevi Lala Məhməd paşanın vəziyyətini belə açıqlayırdı: "Mərhuma vəfatından iki gün əvvəl xətti-şərif gəldi ki, sən yalandan özünü xəstə göstərirsən. Yox, əgər səfərə çıxmasan haqqından gələrəm". Mərhum da cavab üçün belə bir rezyume yazdırır: "Sultanın əmri ilə sabah səfərə çıxaram, ancaq sabaha qədər ömrüm vəfa edərmi, bilmirəm..."
Qapı ağası Sultandan izn alıb günortadan sonra gəlir, onun halını görüb xeyli ağlayır. Çox dəhşətli ağrılar keçirən xəstə:
- Ağa bizim halımıza etimad etmədi və dövlətə etdiyimiz xidmətimiz bilinmədi, ümid edirəm ki, xidmətimiz zay olmaz. Mənim əvəzimdən səadətli Sultanımın mübarək ətəyini öpərsən. Bax, mənim vəsiyyətim belədir:mənim ana südünə möhtac altı yetimim var, bunları el qapısına möhtac etməsin. Hər nə edərsə, Həzrəti Haqq min dəfə artıq mükafatını versin, - dedi.
Qapı ağası ağlaya-ağlaya saraya gəlir. Sultan:
- Niyə ağlayırsan?" - deyə sorur.
Ağa:
- Padşahım, Sizə çox bağlı olan vəzir gedir, onun halına nə kimsə inandı, nə də qədri bilindi.
Sultan isə:
- O gedərsə, onun yerinə başqası gələr, - deyir.
Ağa:
- Sultanım, onun yerini tutan vəzir tapınca çox vəzir dəyişdirməli olarsan, - cavabını verir.
Bunun üzərinə Sultan I Əhməd xan:
- Onun pulu səfər məsrəfi üçün alınsın, digər varlığına toxunulmasın, - deyir.
Fəqət rəhmətliyin yerinə gələn Dərviş paşa onun nağd vəsaitindən başqa mallarına da əl uzadaraq çoxunu alır.
Osmanlı türklərinin qurduqları dövlət idarəsinin əsas prinsipləri məmləkəti abadlaşdırmaq, xalqı rifaha qovuşdurmaq olub. Vətəndaş Tanrı əmanəti olaraq qəbul edildiyinə görə, dövlətin başlıca vəzifəsi onun vəziyyətini yüksək səviyyədə saxlamaq, rifahını təmin etmək olub. Qanuni Sultan Süleyman bir gün məclisində iştirak edənlərə "Bu məmləkətin həqiqi cənabı kimdir" sualını verdikdə, "Zati həzrətləri padşahlardır" deyə verilən cavabı qəbul etməyib və "Həqiqi cənab vətəndaşdır" deməklə əsrlər sonra hər kəs tərəfindən idrak ediləcək bir həqiqəti ifadə edib. Vətəndaşa, xalqa bu qədər önəm verdiyinə görə, dövlətin zənginliyinin ölçüsü xəzinəsindəki sərvət deyil, xalqın idarəsindəki mal və mülk idi. Padşahın mala meyli, dövlət adamlarının sərvətə meyli bu əsaslara görə dövlət üçün zəif səbəbi sayılmaqda idi. Xalqın dövlətə verəcəyi vergilər şəriət hökmlərinə və varlıq qüdrətinə görə qanunnamələrlə təsbit edilmişdi. Bu vergilərin xaricində necə olursa-olsun, ondan başqa vergi alınmasını alimlər uyğun görməmişdilər.
Osmanlı türkləri müsəlman olduqlarına görə qurduqları dövlət də bir İslam dövləti idi. Bu etibarla Osmanlı müəssisələri İslam hüququnun təsiri altında qalıb. Bu təsir daha çox xüsusi hüquq sahəsində görülüb. Bunun səbəbi İslam hüququnun mahiyyət etibarilə fərdi olmasıdır. İslam hüququ dövlətin daxili təşkilatına və daxili fəaliyyətinin tənziminə əsaslar ehtiva etməməkdədir. Belə olduğu halda türklər belə mövzularda din təsiri altında qalmadan milli qanun və nizamlar meydana gətiriblər. Amma bunların da şəriətə qarşı olmadıqlarının təsbitinə ehtiyac görülüb.
Bu qısa açıqlamadan aydın olur ki, bütün İslam dövlətlərində olduğu kimi, islam əsaslarına dayanan Osmanlı dövlətində də şəriət ana-hüquq mənbəyini təşkil edib.
Sultan I Əhməd xan çox ağıllı, zəki, əzmkar bir padşah idi. Uşaq sayıla biləcək bir yaşda taxta çıxar-çıxmaz dövlət işlərini qavramış, bütün işləri müvəffəqiyyətlə yoluna qoymuşdu. Sultan I Əhməd xan donanmanın güclənməsinə çox əhəmiyyət verirdi və donanmanın sayını artırırdı.
Çox güclü, yaxşı atıcı idi. Silahı sevərdi. Ədəbi və mədəniyyəti çox yüksək idi. Bir çox Osmanlı padşahı kimi, Sultan I Əhməd xan da yaxşı bir şair idi. Dindarlığı və insanlara olan mərhəməti ilə tanınan Sultan I Əhməd xan məmləkətinin abadlıq işləri üçün çox çalışdı.
Məkkə və Mədinə şəhərlərinə də bir çox xeyirli xidmətlər göstərdi. Onun İstanbulda öz adı ilə tikdirdiyi Sultan Əhməd camisi yerli və xaricilərin heyran qaldıqları möhtəşəm bir sənət əsəridir.
Fazil QARAOĞLU,
professor





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ