Cümə günü, 20 noyabr 2026
     

Natiq Cəfərlinin həbsinə ABŞ Departamentinin münasibəti ciddi əks arqumentlər doğurdu

Image


"REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbs olunması xəbəri ABŞ-ı narahat edib. Həmçinin digər bir neçə fəalın Azərbaycanda həbs olunması bizi narahat edir". ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Tonerin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, ABŞ Azərbaycan hökumətini fundamental hüquqlardan yararlanmalarına görə həbs olunan fəalları azadlığa buraxmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır.
"Biz Azərbaycan hökumətini, xüsusilə 26 sentyabr Konstitusiya referendumu ərəfəsində dövlətin tutduğu istiqamətə dair açıq ictimai dialoqun inkişafına imkan yaratmağa çağırır, Konstitusiya dəyişikliklərınə dair birgə rəyin alınması üçün onları Venesiya Komissiyası və ATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təqdim etməyə təşviq edirik", - deyə bəyanatda vurğulanır.
Dövlət Departamentinin bəyanatına Azərbaycanda əks reaksiyalar da özünü çox gözlətmədi.

"Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının işinə müdaxilədir"

"Necə olur ki, iki il bundan əvvəl Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məlumatı demirlər, ancaq beş gün bundan əvvəl həbs olunmuş adam haqqında dərhal bəyanat yayırlar?" Bu fikri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib.
Millət vəkili ölkəmizdə hər bir fiziki və hüquqi şəxsin vergi ödəyicisi olmasının vacibliyini vurğulayıb: "Mən belə hesab edirəm ki, müəyyən təşkilatlar var ki, onlar başqa dövlətlərin marağına uyğun fəaliyyət göstərirlər. İkincisi, ölkədə bir vergi ödəyicisi mədəniyyəti var, bunu biz özümüz aşılamalıyıq və hər kəs vergi ödəyicisi olmalıdır. Hər bir qeyri-hökumət təşkilatı və digər təşkilatlar cəmiyyət və yoxlayıcı orqanlar üçün açıq olmalıdır. Əgər kimsə qanunun tələblərini pozursa, qanunvericiliklə məsuliyyət daşıyır. Bu baxımdan ABŞ Dövlət Departamentinin bu cür bəyanatları Natiq Cəfərli və qeyrilərinin işinin çətinləşməsinə yönəlir. Çünki bundan da həmin bəyanat verən dövlətlər dividend əldə edirlər ki, guya Azərbaycanda bu cür mənfiliklər var. Ancaq bu cür bəyanatlar verməklə, prosesi siyasiləşdirməklə onlar həm Azərbaycanın imicinə kölgə salmağa çalışır, həm də istintaq altında olan şəxslərə problem yaradırlar. Ona görə də belə hallarda bu cür qərəzli təşkilatlar qərəzli bəyanatlar verməkdən çəkinməlidir. Hesab edirəm ki, ABŞ Dövlət Departamentinin bəyanatı qərəzlidir və Azərbaycan hüquq-mühafizə orqanlarının işinə müdaxilədir".

"Mark Toner haradan bilir ki, Natiq Cəfərli cinayət törətməyib?"

"Kimsə haradasa oturub ağzına gələni, bizə məsləhət bildiyini öz ölkəsinə rəva görsə, daha yaxşı olar. Biz Mark Tonerin bu bəyanatını yersiz və mənasız bir addım kimi qəbul edirik. Heç nədən və kiminsə həbsi haqqında məlumatı olmayan, hər hansı hüquqi aktla tanış olmayan ABŞ Dövlət Departamenti rəsmisinin belə bir çağırış etməsi əsassız və yersizdir. Mark Toner haradan bilir ki, Natiq Cəfərli cinayət törətməyib? Mark Toner istintaqda iştirak etməyib. Proses hələ təzə başlayıb, Məhkəmənin də hələ yekun hökmü yoxdur". Bu sözləri isə modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
YAP funksioneri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerin həbs olunmuş REAL Hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı Azərbaycana qarşı bəyanat verməsini qəti şəkildə pisləyib: "Azərbaycanda siyasi məhbus yoxdur, yalnız bu və ya digər şəkildə cinayət törətmiş şəxslər məsuliyyətə cəlb olunublar. Onlar əsasən vergidən yayınmaq, xuliqanlıq və digər cinayət maddələri ilə məsuliyyətə cəlb ediliblər.
Onlarən bəziləri haqqında məhkəmə hökm çıxarıb, bəziləri haqqında isə məhkəmə qərarı hələ yoxdur, istintaq gedir. Ölkənin hüquq-mühafizə orqanları müvafiq əməliyyat istintaq tədbirləri həyata keçirir. ABŞ Dövlət Departamentinin, Mark Tonerin Azərbaycan hökumətinə, dövlətinə istintaq və hüquq-mühafizə orqanlarına göstəriş verməsi heç bir beynəlxalq hüquq normasında yoxdur".
Siyavuş Novruzov ABŞ-dakı bəzi dairələri hər zaman başqa dövlətlərə qarşı qərəzli mövqe nümayiş etdirməkdə ittiham edib: "Onsuz da Dövlət Departamenti üçün heç bir fərqi yoxdur. Yəni kimsə hansısa müxalif bir təşkilatın və ya partiyanın üzvüdürsə və konkret olaraq cinayət əməlinə görə həbs olunursa, ABŞ-dakı bəzi dairələr mütləq həmin şəxsi siyasi məhbus adlandırır. Ümumiyyətlə, dünyada siyasi məhbus anlayışı yoxdur. Siyasi məhbus o şəxsə deyilir ki, o hər hansı siyasi baxışlarına görə təqib olunsun, həbs edilsin. Bu gün Azərbaycanda xeyli sayda QHT, media və siyasi partiyalar mövcuddur. Onların bəziləri ən kəskin tənqid və hətta təhqirlər də səsləndirir, başqa fikirlər də söyləyirlər. Bununla bağlı heç kim məsuliyyətə cəlb olunmur. Sadəcə olaraq müəyyən təşkilatlar və şəxslər müxtəlif təşkilatların əli ilə qrantlar alaraq bunun vergisindən yayınırlar, öz istədikləri kimi qanunu pozurlar. Əgər onlar hesab edirlərsə ki, arxalarında kimlərsə durub və heç kim onların qanunsuz əməllərinin qarşısını ala bilməz, həqiqətən də böyük yanlışlığa yol verirlər, yanılırlar. Çünki qanun hamı üçün eynidir. O şəxslər başa düşməlidirlər ki, hansısa partiyanın üzvü olmaqdan və siyasi mənsubiyyətindən asılı olmayaq bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər".
YAP rəsmisi ABŞ-ın Fətullah Güləni Türkiyəyə ekstradisiya etmədiyi halda Azərbaycana qarşı bu cür bəyanat verməsini qeyri-qanuni adlandırıb:
"Ankarada 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edir. Amma Amerika Türkiyə hüquq-mühafizə orqanlarından Fətullah Gülənlə bağlı faktlar tələb edir. Türkiyə hüquq-mühafizə orqanları da Fətullah Gülənlə bağlı ABŞ-a yetərincə sənədlər və ciddi faktlar göndərib. Amma nədənsə, Amerika bu sənədləri yetərli və əsaslı hesab etmir. Bəs necə olur ki, bu gün ABŞ-ın əlində Natiq Cəfərlini törətdiyi cinayət əməli ilə bağlı bir kağız, sənəd olmadığı, bu işdən heç bir məlumatlı olmadığı halda Azərbaycanda qarşı belə bir mənasız çağırış və bəyanat verir? Budur beynəlxalq hüquq? Budur demokratiya? Bu hansı məntiqə sığır? Əlbəttə ki, belə bir addım heç bir halda düzgün deyil. Ona görə də Mark Tonerin Azərbaycana qarşı səsləndirdiyi bu kimi çağırışlar mənasız və heç bir hüquqi aspektə sığmayan bir addımdır. Onun bəyanatı havaya deyilmiş sözlərdir".
Xəbər xidməti





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ