Cümə günü, 20 noyabr 2026
     

Ermənistanın iqtisadi tənəzzülü Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər

Image


Son dövrlərdə Ermənistanda müşahidə olunan sosial-siyasi gərginlik özünün pik həddinə yaxınlaşır. Belə görünür ki, indiki Serj Sarksiyan hakimiyyətinin nəzərdə tutulan müddətdə iqtidarda qalması heç də asan olmayacaq. Məsələnin maraqlı tərəflərindən biri isə baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir göstərəcəyidir.
Hələlik isə müşahidə olunan odur ki, Ermənistanda daxili gərginlik artır. Davamlı etiraz aksiyalarına başlayan müxalifətçilər bildirirlər ki, bundan sonra mübarizə formasını dəyişir və xalq şurası yaradılır. Mübarizənin yeganə məqsədi Serj Sarkisyanın rəhbərlik etdiyi hakimiyyətin istefası və Ermənistanın Rusiya "müstəmləkəçiliyi"ndən qurtulmasıdır. Hakimiyyət daxilində çaxnaşmalar və gözlənilən kadr dəyişiklikləri də vəziyyəti gərginləşdirən məqamlar sırasında yer alır. Belə bir vaxtda "Aykakan Jamanak" qəzeti özünün etibarlı mənbələrinə istinadən yazır ki, Ermənistanın hakim dairələrində Armen Gevorkyanın yeni baş nazir təyin edilməsi məsələsi müzakirə edilir. Qəzetin iddiasına görə, Gevorkyan Serj Sərkisyanın tabeliyində olmaq istəmir: "Gevorkyan iyunun 6-da Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin edilib. Keçən həftə isə Serj Sarkisyanın əmri ilə bu müəssisə Prezident Aparatına tabe edilib. Əhalinin artan etirazları hökumətin müəyyən yumşalmasına səbəb olub. Armen Gevorkyan isə Prezident Aparatına tabe olan Milli Təhlükəsizlik Şurasının katibi olmaq istəmir". Qeyd edək ki, bundan öncə "Qraparak" qəzeti Gevorkyanın Prezident Aparatının rəhbəri vəzifəsinə gətiriləcəyi haqqında informasiya yayıb. Gevorkyan eks-prezident Robert Köçəryanın əsas kadrlarından hesab olunur. O, Köçəryanın dövründə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Elə hazırda Robert Köçəryan indiki prezident üçün əsas təhlükə sayılır. Ölkədə iqtisadi durumun ağırlaşması isə Sarksiyana qarşı olan qüvvələrin iqtidara təzyiq etmələri üçün əlavə imkanlar yaradır. Bununla bağlı "1in.am" saytına açıqlamasında erməni iqtisadçı Qor Çaturyan bildirib ki, Ermənistana xaricdən pul transfertlərinin azalması ölkədə sosial gərginlik yaradır. Onun sözlərinə görə, son iki ildə bu transfertlər xeyli azalıb: "Bu, daha çox, Rusiya iqtisadiyyatındakı böhran situasiyası ilə bağlıdır. Bizim həmvətənlər burada az gəlir əldə edirlər. 2015-ci ildə ölkəyə göndərilən transfertlər 28-30%, bu il isə 8-9% azalıb. Bu da sosial gərginliyi artırır. İqtisadi artım sahəsində isə müsbət tendensiya yoxdur. İqtisadi artımla bağlı göstərilən bütün göstəricilər yalnız yalançı rəqəmlərdir".
Məşhur iqtisadçı, professor Vardan Bostancyan da eyni mövqeni bölüşür: "Ermənistanı sanki bütün regional hadisələrdən və layihələrdən kənarlaşdırırlar. Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyanla Vladimir Putinin görüşünə deyil, Rusiya prezidentinin Azərbaycan və Türkiyə dövlət başçıları ilə görüşlərinə diqqət yetirmək lazımdır. Aydındır ki, böyük siyasi maraqların toqquşması baş verir. Əslində, hazırda regionda yaranmış vəziyyət Ermənistan üçün əlverişsizdir. Kosmetik deyil, köklü islahatlar lazımdır. Psixoloji amil də rol oynayır. Bütün Ermənistanda psixoloji tənəzzül hökm sürür". Ermənistan iqtidarına yaxın media orqanları isə etiraf edir ki, bu durumda Qarabağ məsələsində güzəşt hakimiyyət üçün əlavə çətinliklər yarada bilər. Amma o da vurğulanır ki, bu güzəştlər olmasa, Azərbaycan güc yoluna əl atacaq və bu hal Ermənistanda vəziyyəti daha da pisləşdirəcək. Erməni politoloq Tatul Akopyan bu fonda vurğulayır ki, çıxılmaz vəziyyətdə olan Ermənistan hakimiyyəti Qarabağ ətrafındakı rayonları boşaldacaq. "Məndə dəqiq informasiya var ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin sonuncu dəfə üçtərəfli görüşündə "Lavrov planı" müzakirə olunub. Danışıqların gedişatında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının Azərbaycana qaytarılması nəzərdə tutulur. Dağlıq Qarabağa daha yüksək səviyyəli status verilir. Bunun qarşılığında Ermənistan Dağlıq Qarabağdan öz qoşunlarını çıxaracaq".
Bundan əvvəl isə Rusiyanın "Kommersant" nəşrinə danışan Kremldəki yüksək vəzifəli diplomat bildirib ki, Ermənistan rəhbərliyinin kəskin bəyanatlarına baxmayaraq, arxa planda razılıq əldə olunub: "Belə bir şəraitdə diplomatların və beynəlxalq təşkilatların dəstəyi ilə problemi həll etmək mümkündür. Təbii ki, bu dərhal olmayacaq". Mənbə qeyd edib ki, hazırda Prezident İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün hazırlanması prosesi aparılır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də təsdiq edib ki, onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistanla əlaqələri davam etdirir. Uorlikin sözlərinə görə, həm Vyana, həm də Sankt-Peterburq görüşlərində Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olunması üçün növbəti görüşə hazır olduqlarını bəyan ediblər: "Biz yüksək səviyyədə növbəti görüşün təşkili üçün imkanların axtarılması istiqamətində işimizi davam etdiririk və görüşün təşkili üçün təklifləri müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə təmasları davam etdiririk". Məhz bu görüşdə artıq münaqişənin həllində dəqiq addımların atılması gözlənir və bununla da Ermənistan regional layihələrə qoşulmaq imkanı qazanacaq. Əks halda ölkədə iqtisadi durum daha sürətlə pisləşəcək.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ