Cümə günü, 20 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Sultan III Murad xan

Image


Sultan III Murad xan Osmanlı sultanlarının on ikincisi, İslam xəlifələrinin yetmiş yeddincisidir. 4 iyul 1546-cı ildə Manisanın Bozdağ Yaylağında anadan olan Sultan III Murad xanın atası Sultan II Səlim xan, anası Nurbanu sultandır. Şahzadə Murad xan 1558-ci ilə qədər Saruxanda (Manisa) qalıb. Atasının Saruxan Bayraq bəyliyindən Karaman Bəylərbəyliyinə təyini ilə Şahzadə Murada Alaşəhər Bayraq bəyliyi verilib.
1566-cı ildə isə Manisa Bayraq bəyliyinə təyin edilib və 1574-cü il dekabr ayının 22-də taxta çıxana qədər bu vəzifədə qalıb.
Osmanlı dövlətinin zirvədə olduğu bir dövrdə Sultan III Murad xan dünya siyasətində fəal rol oynayıb. Onun zamanında Osmanlı hakimiyyəti ən geniş torpaq sahəsini əldə edib. Aralıq dənizində dənizçi bir qövm olan venediklilər və Avstriya ilə olan müqavilələr yenilənib. Polşa ilə Osmanlı dövlətinin Şimal siyasətini müəyyən edən müqavilə 1577-ci il iyul ayının 30-da imzalanıb. Rus çarlığının yayılma siyasətinə qarşı Polşa ilə Krım xanlığının münasibətləri Osmanlı dövləti tərəfindən tənzim edilib.
Sultan III Murad xan şiə ideologiyasının təmsilçisi olan İran Səfəvi dövlətinin Osmanlı ölkəsində dağıdıcı fəaliyyətlərinə qarşı 1578-ci ildən etibarən hər cür tədbirə əl atıb. Əhalisi sünni olan Şirvan və dağıstanlıları səfəvilərin hücumlarından qorumaq və sərhədi təhlükəsizlik altına almaq məqsədilə 1578-ci il aprel ayının 5-də başladılan hərəkat 21 mart 1590-cı il tarixində imzalanan "İstanbul müqaviləsi" ilə tamamlanıb. Bu müqaviləyə görə:
1. Təbriz şəhəri ilə Azərbaycanın Təbriz bölgəsi, Qarabağ, Gəncə, Qars, Tiflis, Şəhrizur, Nihavəndi Osmanlılara qalacaqdı.
2. Şiələr Hz.Əbu Bəkr, Ömər və Osman ilə Hz.Aişəyə iftira atmayacaq, onların ünvanına söyüş söyməyəcəkdilər. İrandakı sünnət əhli müsəlmanlara qarşı pis münasibət şah tərəfindən qadağan ediləcəkdi.
Sultan III Murad xanın dövründə 12 il davam edən Şərq səfərləri nəticəsində Qafqaz və Azərbaycan Osmanlı dövlətinə bağlanıb. Xəzər dənizinə hakim olan Osmanlı donanması səfəvilərə qarşı sünni özbək xanlarına hərbi yardım edib.
Sultan III Murad xanın dövründə ordunun səfərdə olmasından istifadə edən Dürzilər Liviyada, Zeydilər Yəməndə, xaricilər Trablusqarbda, Şah İsmayıl Səfəvi tərəfdarları Qığıda üsyan edibsə də, hamısı yenidən itaət altına alınıb.
Avropa qitəsində Osmanlı dövlətinə tabe olan Erdel (Transilvaniya) bəyi Stepan Batori 1577-ci ildə Polşa kralı seçildi. Beləcə, bu ölkə də Osmanlı himayəsi altına alınaraq illik xəraca bağlanıb, işğal və təcavüzlərdən mühafizə edilib, rusun yayılmasının qarşısı alınıb. Avstriya ilə münasibətlər 1592-ci ildə sərhəd təcavüzləri səbəbilə pozulub. İllik 30 min dükat qızıl xəracın göndərilməməsinə görə vəziri-əzəm Qoca Sinan paşa Avstriya səfərinə başçı təyin edilib. 1592-ci ildə başlayan Avstriya müharibəsi 1606-cı ilə qədər davam edib.
Sonradan Fas şərifləri Osmanlı sultanından ispaniyalılara qarşı yardım istəyir. Onlara yardım etmək üçün Əlcəzair bəylərbəyi Ramazan paşa vəzifələndirilir. Osmanlı qüvvələri ilə Fas şərifləri ispaniyalılarla portuqaliyalıları bölgədən qovur. Xristianların Fasdan qovulmaları, başda papalıq olmaqla, Cənub və Qərbi Avropa dövlətlərini hərəkətə gətirdi. Osmanlının tərəfdarı olan Fas şərifi Əbdülməlikin əleyhinə tərtiblənən xaçlı səfərinə papalıq, Fransa, Portuqaliya, İspaniya da qatıldı. 1578-ci il avqust ayının 4-də Tanca yaxınlığındakı Vadiyüz-Seyldə (əl-Qasr-ul-Kebir) aparılan döyüşlərdə xaçlılar məğlubiyyətə uğradılar. Portuqaliyanın kralı öldürüldü, ordusu isə darmadağın edildi. Fas Osmanlı hakimiyyətini tanıdı və Şərif Əhməd Mənsuru əmir təyin etdi. Sultan III Murad xanın dövründə Şimali Afrika Osmanlı hakimiyyəti altına girdiyi kimi, Orta Afrika ölkəsi olan Bornu da Osmanlı sultanına itaət etdi. Bu dövrdə bütün Şimali Afrikanın və Bornunun itaət altına girmələrilə Osmanlı dövləti ən geniş sərhədlərə qovuşub.
Sultan III Murad xanın dövründə Osmanlı ölkəsində elm, mədəniyyət və sənət əsərləri inşa edilib. Bu mənada ilk icraat Kəbənin divarlarının mərmərdən düzəldilməsi, Haremi-şərifin su yollarının təmizlənməsi olub. Mədinədə mədrəsə, məktəb, zaviyə və böyük-böyük binalar inşa etdirilib. Sultan III Murad xan bununla da kifayətlənməyərək, Haremi-şərifi başdan-başa təmir etdirərək, qübbələrini daşdan hördürüb. Şahzadəlik dövründə Manisada bir cami, mədrəsə, imarətlər, İstanbulda isə Topdaşı tikdirib. Yaxşı təhsil gördüyünə görə elmə maraqlı olan Sultan III Murad xan alimləri çox sevərdi. Nəqşibəndi şeyxindən Hacı Əhməd Sadiq Qabildən feyz alaraq kamala gələn Sultan III Murad xanın "Divan"ında türkcə qəzəlləri ilə yanaşı ərəbcə və farsca da qəzəlləri var.
1595-ci ilin yanvar ayında İstanbulda vəfat edən Sultan III Murad xan atası II Səlim xanın Ayasofya camisinin yanındakı türbəsində dəfn edilib.
Sultan III Murad xan kürsüyə oturduqda hökumət idarəsinin başında padşahın yeznəsi Sokullu Məhməd paşa vardı. Sultan Səlimin vəfatından sonra vəziri-əzəm Muradı səltənətə dəvət etmək üçün sədaqətini göstərib, hətta Murad xan gəlib Bəyazid köşkündə vəziri-əzəmlə ilk görüşmədə Sokullunun əlini öpmək istəyib, fəqət Sokullu padşahın ayağına əyilərək onun ətəyini öpüb. Çünki Sultan III Murad xan hökmdarlığa dəvət edilib saraya gəldiyi zaman qardaşlarından birinin hökmdar olması ehtimalı ilə tərəddüd içərisində idi. Səltənətin özünə verildiyini anladıqda təşəkkür məqamında əl öpmək üçün əyilmişdi. Rəvayətə görə, III Murad vəziri-əzəmə qarşı olan bu hərəkətinə görə sonradan peşman olub və yeznəsinə qeyri müəyyən bir narazılıq göstərməyə başlayıb. Fəqət Sokullunun xanımı İsmihan xanım anası Nurbanu xanımla birlikdə padşaha qarşı təsirli olduqlarına görə vəziri-əzəmə münasibət dəyişmişdi.
Sultan III Murad xan kürsüyə oturduqdan sonra gün keçdikcə cürbəcür müdaxilələrlə hökumət işləri yaxşı irəliləməməyə başladı. Sokullu mümkün olduğu qədər bu müdaxilələrin qarşısını almağa çalışdı. Hökumət işlərinə müdaxilə edənlərin başında padşahın anası Nurbanu xanım və Şahzadə Məhmədin anası, Venedikin Bafo ailəsinə mənsub Safiyə xanım vardı. Bu iki qadın bir-birinə rəqib idi. Bax bu iki qadının arasındakı rəqabət bunların adamlarının cürbəcür vəsilələrlə hökumət işlərinə qarışmalarına səbəb oldu. Sarayda sözü keçən qadınlardan biri də Canfəda adında daxili işlərlə məşğul olan qadın idi. Bu qadın padşaha təqdim ediləcək cariyələri yetişdirirdi. Nurbanu xanımın vəfatından sonra Canfədanın şöhrəti yalnız sarayda deyil, hökumət işlərində də özünü göstərdi.
Sultan III Murad xan hökmdarlığa başladıqdan sonra, dövlət işlərilə məşğul olmamaqla yanaşı, atası kimi hökumət işlərini tamamilə vəziri-əzəmə buraxmasa da, məsləhətçilərin təsiri altında qalıb, lüzumsuz və zərərli müdaxilələrilə hökumət işlərinin və dövlət nizamının pozulmasına səbəb olub. O, tez-tez hirslənər və mərhəmətsiz deyiləcək qədər sərt olardı. Xəsis olub, qədirşünas deyildi. Rəvayətə görə, epileptik olduğu üçün vəzirləri tərəfindən səfərə getməsi haqqında edilən təklifləri, xəstəliyi ortaya çıxacaq deyə, qəbul etməzdi.
Sultan III Murad xan zəif iradəli, şəxsən direktiv verməkdə aciz, müxtəlif təsirlər altında hərəkət edən bir hökmdar idi. İlk zamanları vəziri-əzəm Sokullu Məhməd paşanın iradəsi sayəsində yaxşı keçdisə də, ölümündən sonra o qüdrətdə bir hökumət rəhbəri tapılmamasına görə dövlət idarəsinə xanımı, bəzi paşalar və saray ağaları müdaxilə edərdi.
21 il sultanlıq edən Sultan III Murad xan sarayında qapalı bir həyat keçirib, ilk zamanlarında cümə namazına çıxsa da, sonra onu da tərk edərək sarayda namaz qılmağı adət halına gətirib. Atası II Səlim xan tez-tez Edirnəyə gedib gəzdiyi halda, bu, İstanbuldan, hətta sonralar sarayından belə kənara çıxmayıb, ömrünü sarayda keçirib. Zövq və səfaya düşkün olan Sultan III Murad xan dövlətin idarəsini vəzirə buraxaraq zamanını xoş keçirsə də, tutduğu vəzifənin qiymətini bilməyib. Belə olduqda müxtəlif yollarla vəzifə başına keçən bacarıqsız adamlar nizam-intizamlı əsgəri təşkilatları pozub və ehtiyacları olduğu qədər qanuna qarşı olaraq qanun xaricində əsgər toplayıblar. Nəticədə, bir çox nizam-intizamlı olan təşkilatlarda qaydalar pozulub. Bəylərbəylərə verilməsi uyğun görülən zəngin əyalətlər hoqqabazlara verilməyə başlanıb. Beləcə, keçmişdən bəri sağlam əsaslara bağlı olan əsgəri təşkilatlar Sultan III Murad xan zamanında yavaş-yavaş pozulmağa başlayıb.
Bundan başqa, elmin sinfi pozularaq, dövlətin hüquqi qanunlarını tətbiq edən hakimlərin və onların davamçılarının savadsızlıqları, eləcə də müharibənin davamı və bir çox səbəblə təsərrüfatını buraxan kəndlinin vəziyyəti sarsıb, yaşama qaydaları pozulub və bu hallar məmləkətdə iqtisadiyyat və ticarətin böhrana uğramasına səbəb olub. Yəni Osmanlı sultanı, xüsusilə ordunun başında olan komandan deyil, saraya qapanan, məmləkətin halından, həqiqi vəziyyətdən xəbərsiz bir şəxsiyyət halında idi. O, yaranan mühitin təsiri ilə iş görən halına gəlmiş, vəzirin təsiri ilə verdiyi əmrə görə hərəkət edərdi. Bu səbəblə də işlər qarışmağa başlamışdı. Beləcə, dövlət mərkəzi zəifləmiş, əyalətlərdəki bəylərbəyi və sancaq bəylərinin qanunsuz hərəkətləri baş alıb gedirdi.
Osmanlı sultanları III Muradın zamanına qədər direktiv mahiyyətində olan və Xətti-hümayun deyilən öz əl yazıları ilə yazdığı əmrləri ancaq fövqəladə hallarda Divani-hümayuna göndərərdilər. O isə, sədarət məqamının nüfuzuna xələl gətirdiyi halda, üzərində təsiri olan şəxslərin ucbatından hər hansı bir iş haqqında tez-tez xətti-humayunlar çıxarmağa başladı.
Halbuki, o tarixə qədər ərz günlərində vəziri-əzəm sultanın hüzurunda görüləcək işlər haqqında müzakirəsini ərz edər, hökmdar da qısaca ya müvafiq, ya da xeyr deyər və beləcə müzakirə bitərdi. Xətti-humayunla iş görülməyə başlandıqda isə Divandan vilayətlərə göndərilən fərmanlara etibar qalmadı ki, bu da vəziri-əzəmin nüfuzuna böyük təsir etdi.
Sultan III Murad xan elmi araşdırmalara və əyləncəyə maraqlı olub, zamanını bunlarla keçirərdi. Özünün türkcə, ərəbcə və farsca divanları olduğu kimi, maraqlı olduğu təsəvvüf üsulu ilə 1593-cü ildə yazdığı "Fütuhatı-siyam" adında Şəmsəddin Sivası tərəfindən şərh edilən çox mühüm bir əsəri vardır.
Fazil QARAOĞLU
professor





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ