Cümə günü, 20 noyabr 2026
     

Qərb yenə Türkiyəyə qarşı ikili oyun oynayır

Image


Qardaş Türkiyədə məlum hərbi çevriliş cəhdindən sonra Ankara ilə Qərb ölkələri arasında bir soyuqluq müşahidə olunmaqdadır. Bunun əsas səbəbi Türkiyədə çevrilişdə əli olanların həbsə atılmasına Qərbin qeyri-adekvat reaksiya verməsi, həbsləri getdikcə daha açıq şəkildə pisləməsidir. Hətta Avropa İttifaqı belə vəziyyətdə Türkiyə ilə vizasız rejimin tətbiqinə dair sazişi təsdiqləməyəcəyini bildirir.
Ankara isə sərgilənən ikili standartlara son qoyulmasını vacib sayır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın "Bild" qəzetinə müsahibəsində bu xüsusda deyib: "Avropa İttifaqı oktyabr ayının sonuna qədər Türkiyə ilə vizasız rejim tətbiq etməsə, miqrasiya sazişlərinin həyata keçirilməsi təhlükə altında olacaq. Bizim Avropa İttifaqı ilə razılaşmalarımız var. Həmin sənədlərdə oktyabr ayında Türkiyə ilə vizasız rejimin tətbiq ediləcəyi açıq-aydın göstərilib. Ya tərəflər bütün şərtləri vaxtında yerinə yetirəcək, ya da bütün razılaşmaları bir kənara qoyacağıq". Çavuşoğlu, həmçinin, Aİ-ni Türkiyəyə qarşı ikili standartların tətbiqində də ittiham edib: "Aİ Türkiyəyə qarşı mövqedə özünü rəhbər kimi aparır və belə düşüncə tərzi qəbuledilməzdir".
Amma Avropada belə hesab olunur ki, Türkiyə indiki vəziyyətdə Qərblə münasibətlərində yanlışlıqlara yol verir. Türkiyə mediası isə Ankara və Moskva arasında son yaxınlaşmanın Avropanı həddən artıq qıcıqlandırdığını və bunun da proseslərin ümumi gedişinə təsir göstərdiyini yazır. Qeyd edək ki, bu hal ABŞ-ın da Türkiyəyə qarşı siyasətində dəyişikliklərə rəvac verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra isə ABŞ mətbuatı "İncirlik" bazası haqqında yeni müzakirələrə başlayıb. Hətta "Wall Street Journal" qəzeti yazır ki, Türkiyə daha onların müttəfiqi deyil. Qəzet Türkiyə - ABŞ əlaqələrinin 1974-cü il Kipr və 2003-cü il İraq işğalından sonra ən pis dövrünü yaşadığını vurğulayaraq yazır: "Çevriliş cəhdində ABŞ-ı ittiham edən Türkiyənin "İncirlik" bazası təhdidinə qarşı ABŞ ordusu boynuna yeni missiyalar götürməlidir. Ərdoğanın ABŞ-ın hərbi bazalarına giriş cəhdinə qadağa qoymasına cavab olaraq, Kipr, İordaniya və İraqdakı Kürd bölgələrinin hava sahələrindən istifadə edərkən ehtiyatlı olmaq lazımdır". Qəzet müasir dövrdə ABŞ və Türkiyənin eyni dəyər və maraqları paylaşmadığını vurğulayaraq, ABŞ-ın yeni müttəfiqlər axtarışına çıxmalı olduğunu bildirib.
Belə bir vaxtda ABŞ-ın ən qocaman diplomatlarından sayılan və 2008-2010-cu illərdə Türkiyədə səfir olan Ceyms Cefri "Hürriyət"ə müsahibəsində Türkiyə və onun lideri haqda Qərbdə nə düşünüldüyünə dair çox maraqlı fikirlər səsləndirib":Ərdoğan Vaşinqtonda sevilmir. Ərdoğan Avropada da sevilmir. Avtoritar görünür və yaxşı bir oyunçu olmadığı düşüncəsi hakimdir. Qərb daha əvvəllər Ərdoğandan daha avtoritar olan bir çox liderlərlə əməkdaşlıq etdi, etməkdə da davam edir. Amma fərq burasındadır: səudiyyəlilər, misirlilər hər fürsətdə bizə yaltaqlanırlar. F-16-ları, müttəfiqlik münasibətlərini düşünərək bizimlə eyni dəyərləri bölüşdüklərini göstərirlər. Ərdoğan isə bizimlə toqquşur, səhvlərimizi üzümüzə vurur, dostumuz olmağa çalışmır. Ondan daha avtoritar liderlər isə dostumuz kimi görünərək zərər görmürlər. Çox yaxın vaxta qədər Putin də belə davranırdı. Ərdoğan Vaşinqtonda buna görə sevilmir. Bilirəm, heç ədalətli vəziyyət deyil". O, Türkiyə ordusunun İŞİD-lə döyüşməyə getmədiyini bildirib: "Başqa ölkələr isə 4 təyyarə göndərib "İŞİD-lə döyüşürəm" deyir. Əslində isə heç bir şey etmirlər, amma müsbət xal toplayırlar. Deyə bilmərəm ki, Vaşinqtonda hökumətinizə qarşı bir inamsızlıq var. Amma Vaşinqton belə bir düşüncə içində ikən Türkiyədə dövlət çevrilişi cəhdi gündəmə gəldi".
Türkiyə isə Qərbin proseslərə ikili standartlardan yanaşmaqla özünə daha çox ziyan vurduğunu bəyan edir. Bütün bu məsələlər ABŞ-ın vitse-prezidenti Co Baydenin avqustun 24-də Türkiyəyə səfəri zamanı geniş müzakirə predmetinə çevriləcək. Baydeni müşayiət edəcək nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibi Con Kerri də daxildir. Türkiyənin baş naziri Binəli Yıldırım bu səfəri vacib saydıqlarını bildirib: "İyulun 15-də Türkiyədə çevriliş cəhdindən sonra ABŞ-ın mövqeyi yaxşılaşıb və onlar fəaliyyətə başlayıblar. ABŞ vitse-prezidenti Co Bayden Türkiyəyə səfər edəcək". Baş nazir vurğulayıb ki, bu gün Fətullahçı terror təşkilatı (FETÖ) ilə birbaşa əlaqəsi olmayanları ayırmaq çox çətindir. Onun sözlərinə görə, Türkiyə hökuməti bu istiqamətdə səhv etməmək üçün böyük səy göstərir.
Baş nazir diqqətə çatdırıb ki, FETÖ terror qruplaşması ilə əlaqəsi olduğu aşkarlandığına görə indiyə qədər 76,5 min dövlət qulluqçusu işdən azad edilib, 4,8 min məmur və təqribən 3 min hərbçi vəzifədən kənarlaşdırılıb.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ