Türkiyənin Adana vilayət məhkəməsi Fətullah Gülənin əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb. Baki-xeber.com xəbər verri ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Məhkəmə iddianın bir nömrəli şübhəlisi Fəthullah Gülən ilə birlikdə Ömər Ekinci, Kamal Elibal və Cemal Soncu haqqında həbs qərarı çıxarıb və onlar barədə axtarış elan olunub.
Bundan başqa, məhkəmə xarici ölkəyə qaçan Fəthullah Gülən, Ömər Ekinci, Kamal Elibal və Cemal Soncunun bütün əmlaklarının müsadirə olunmasına dair qərar verib.
Bununla yanaşı təqsirləndirilən şəxslərin Türkiyədəki daşınmaz əmlakları, quru-dəniz və hava nəqliyyat vasitələri, qiymətli sənədlər, ortağı olduğu şirkət payları, bank hesabları dondurulub.
Bundan öncə İstanbul məhkəmsi F.Gülənin həbsi barədə qərar çıxarıb. F.Gülən Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunur.