Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əvvəlki kimi Azərbaycanı dəstəkləyir. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun jurnalistlərə deyib.
Onun sözlərinə görə, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərəfdarıdır.
Səfir qeyd edib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda sabitliyin yaranması üçün vacibdir".
Səfir bildirib ki, Azərbaycan Ankara ilə Moskva arasında əlaqələrin normallaşmasına mühüm tövhfə verib. Onun sözlərinə görə, Azərbaycandan əlavə, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına digər ölkələr də köməklik göstəriblər.
"Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi türist axınına təsir etməyib”. Bunu da Türkiyənin Azərbaycandakı səfiri deyib. Onun sözlərinə görə, hazırda Türkiyədə vəziyyət sabitdir. Səfir qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi ölkə vətəndaşlarının hüquqlarını məhdudlaşdırmır.
Dipolmat bildirib: "Fövqəladə vəziyyət Fətullah Gülən hərəkatı ilə mübarizə məqsədilə elan edilib".