Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan I Əbdülhəmid xan
Tarix: 12.08.2016 / 01:16
Bölmə: Siyasət
Sultan I Əbdülhəmid xan Osmanlı sultanlarının iyirmi yeddincisi, İslam xəlifələrinin doxsan ikincisidir. Sultan I Əbdülhəmid xan 20 mart 1725-ci ildə İstanbulda Topqapı sarayında anadan olub. Atası Sultan III Əhməd xan, anası Rəbiə Sərmi sultandır. Şahzadəliyində mükəmməl təhsil və tərbiyə görüb. 1774-cü il yanvar ayının 21-də böyük qardaşı Sultan III Mustafadan sonra taxta çıxıb.
Sultan I Əbdülhəmid xan taxta çıxdığı zaman dövlət böhran içərisində idi. Əbdülhəmid xanın taxta çıxışından əvvəl Rusiya ilə başladılan müharibə davam edir, bir çox əyalətlərdə üsyanlar baş verirdi. Ölkə maliyyə baxımından sıxıntılar keçirirdi. Sultan I Əbdülhəmid xan bu çətinliklərə qalib gələ biləcək bir sultan idi. O, xoş niyyətli dindar, qeyrətli bir insan idi. Hər şeydən əvvəl Rusiyaya qarşı bir zəfər əldə edib, onlarla sülh bağlamaq istəyirdi. Fəqət Osmanlı ordusu Kozlucada məğlub olmuş və sərdar Muhsinzadə Məhməd paşanın yanında ancaq 12 min nəfər əsgər qalmış, digərləri dağılmışdı. Yaranan belə bir vəziyyətdə Rusiyanın sülh şərtlərini qəbul etməkdən başqa çarə yox idi. Türkiyə təmsilçiləri Əhməd Rəsmi və İbrahim Münib bəylərlə Rusiyanın təmsilçisi şahzadə Repin arasında 1774-cü il iyul ayının 21-də "Qaynarca müqaviləsi" imzalandı. Bu müqaviləyə görə Krım, Kuban və Bucak yalnız dini baxımdan xəlifəyə bağlı olmaqla müstəqil olur, Yeniqala, Kerç, Azov, Qılburun qalaları Rusiyaya keçirdi. Eflak, Boqdan və Cəzairi-Bəhri-Selid sahili ruslar tərəfindən işğal edilmişdilərsə də, Osmanlı dövlətinə geri verilirdi.
"Qaynarca müqaviləsi"nin ağırlığını artıran cəhət rusların Türkiyə torpaqlarındakı ortodokslar üzərində müxtəlif himayə haqlarının olduğu tərzində hazırlanmış olmasıdır. Bu müqavilədən sonra Avstriya Osmanlı dövlətinin zəifliyindən faydalanaraq Boqdan bəyliyinə bağlı Bukovinanı 1775-c ildə işğal etdi.
Səltənətinin başında belə qəhredici bir vəziyyəti qəbul etməklə sülhü təmin edən Sultan I Əbdülhəmid xan müharibə zamanında dövlətin müxtəlif bölgələrində baş verən üsyanları yatırtmaq və hərbi sahədə islahata getmək məcburiyyətində idi. Üsyanları yatırtmaq üçün Cəzairli Həsən paşa, islahat işlərini aparmaq üçün də sədarət Xəlil Həmid paşa sultan tərəfindən vəzifələndirildilər.
Anadoluda müxtəlif qarışıqlıqlar çıxmışdı. Hər vilayətdə üsyan hökm sürürdü. Hələ "qapısız ləvənd" deyilən minlərcə üsyançı Anadolunu yaxıb-yandırırdı. Şam və Misirdə də üsyanlar baş vermiş, iranlılar Osmanlı torpaqlarına hücum edib bir çox yerləri öz torpaqlarına qatmışdılar. Hicazda üsyanlar davam edirdi.
"Qaynarca müqaviləsi" ilə osmanlılarla ruslar arasında tam bir sülh təmin edilməcə də, atəşkəs qismən təmin edilmişdi. Yəni bu müqavilə hər iki tərəfi də razı salmamışdı. İstər osmanlılar, istərsə də ruslar Krım üzərində daha çox haqqa sahib olmaq istəyirdilər. Belə ki, Krımda müstəqillik elan edildikdə Dövlət Giray xan Babiəli ilə keçmiş bağlılığın qorunmasına tərəfdar çıxırdı. Belə olduqda ruslar əsgər sövq edib öz adamlarından olan Şahin Girayı xan seçdirmişdilər. Beləcə, Krım xanının təyinatında çıxan anlaşmazlıqlar hər iki dövləti yeni bir müharibəyə sövq edərkən, fransızların yardımı ilə Haliç Aynalıkavak qəsrində 1779-cu il mart ayının 10-da bir müqavilə imzalandı. "Qaynarca müqaviləsi"nin bəzi maddələrilə əlaqəli olan bu müqavilə "Aynalıkavak tengihnaməsi" adı ilə anılır. Bu tengihnaməyə görə, Krım müstəqil qalacaq, ruslar buradan əsgərlərini çəkəcək, osmanlılar isə Şahin Girayın xanlığını qəbul edəcəkdilər. Bu müqavilənin tələbləri yerinə yetirildi. Fəqət, bilmədən rus tərəfdarlığı edən Şahin Giray əleyhinə Krımda üsyan çıxdıqda ruslar yenidən buraya əsgər sövq etdilər. Minlərlə müsəlmanı şəhid etdikdən sonra Krımı yenə Şahin Girayın idarəsinə buraxaraq geri çəkildilər. Çox keçmədən yeni bəhanə ilə təkrar Krıma girən ruslar buraları Rusiyaya tabe etdilər.
Bu hadisələr nəticəsində Osmanlı-Rusiya müharibəsinin başlama təhlükəsi təkrar ortaya çıxdı. Osmanlı ordusu müharibəyə hazır deyildi. Buna görə də Sultan I Əbdülhəmid xan müqaviləni pozmaq istəmədi. Rusiya ilə Osmanlı dövləti arasında yaranan bu gərgin vəziyyət Qoca Yusuf paşanın sədarət vəzifəsinə təyin edilməsinə qədər davam edib. Yeni sədarət Rusiya ilə mütləq döyüşmək istəyirdi. Əslində 1781-ci ildə Rusiya Avstriya ilə birlikdə bir layihə hazırlamış və Osmanlı dövlətini parçalamağa qərar vermişdilər. II Yekaterinanın özünü nümayiş etdirərək Krımı ziyarət etməsinə və Avstriya imperatoru ilə burada görüşməsinə Babiali dözə bilmədi. Rus elçisi sədarətə çağırılaraq Krımın geri verilməsi istəndi. Elçinin uyğun cavab verməməsi nəticəsində isə Rusiyaya müharibə elan edildi. Beləcə, Osmanlı ordusunun rusların idarəsi altındakı Qılburun qalasına hücum etməsilə 1786-1792-ci illər arasında davam edən Osmanlı-Rusiya müharibəsi başlamış oldu. Osmanlılarla rusların arasında çıxan anlaşmazlıqları fürsət bilən avstriyalılar müharibə elan etmədən Belqrad və Serbiyaya hücum etdilərsə də, bir nəticə əldə edə bilmədilər. Yaranan vəziyyətdə tək ruslarla başa çıxa bilməyən Sultan I Əbdülhəmid xan birdən-birə iki güclü düşmənlə qarşı-qarşıya qalmış oldu.
Sərdari-əkrəm Qoca Yusuf paşa əvvəl Avstriya problemini həll etmək istədi. Avstriya imperatoru II Josefin hücumlarının qarşısını aldıqdan sonra sərhədi aşaraq düşməni öz torpaqlarında ağır məğlubiyyətə uğratdı. II Josef qaçıb canını qurtara bildi. Rus cəbhəsində isə döyüşlər inkişaf edirdi. Nəticədə Özi qalası ruslar tərəfindən işğal edildi. Məsum və günahsız uşaqlar və qoca qadınlar da daxil olmaqla, təxminən 30 min insan vəhşicəsinə öldürüldü.
Sultan I Əbdülhəmid xan Özi qalasının təslim olduğunu bildirən və törədilən zülmləri təsvir edən teleqramın vəzir tərəfindən oxunuşu zamanı kədərindən iflic oldu və 1789-cu il aprel ayının 6-dan 7-nə keçən gecə vəfat etdi.
XVIII əsrin ikinci yarısında taxta çıxan Sultan I Əbdülhəmid xan dövlətin düşdüyü pis vəziyyəti anlasa da, bu vəziyyəti düzəldə biləcəyinə ümidlə cəsarət etmişdi. Osmanlı İmperatorluğunun davamlı yenilgi və geriləməsinin ilk səbəbini təşkilatları pozulmuş olan yeniçəri ordusunda görən padşah, bu ordunu da düzənə sala biləcəyinə inanıb və Qərb təsirlərini orduya göstərməkdə böyük enerji göstərib.
Padşahın bu yolda yardımına baş vurduğu şəxs Baron dö Tott olub. Əslən macar olan Tott Fransa hökuməti tərəfindən Şərq səyahətinə məmur edilib, bir zaman Krım tatarlarının yanında qaldıqdan sonra İstanbula gəlmişdi. Padşahın xidmətində olan bir italyan doktorun vasitəsilə sultana bağlanan Tott gücünün çatdığı qədər Osmanlı ordusuna Qərbin təsirini göstərməyə çalışıb. O, sultanın topçu sinfini təşkilatlandırmaq arzusuna uyaraq, bu xüsusda bir təlimatnamə hazırlayıb və ilk partiyaya ayrılan 600 topçunu Avropa üsulunda təlim ettirməyə başlayıb. "Sürətçi" adını alan bu əsgərlərin təlimlərini padşah dəfələrlə şəxsən seyr edib. Baron dö Tott topçuları yetişdirməklə kifayətlənməyərək, topxananı islah etməklə yeni ölçülərdə toplar düzəltdirib. Bu işlərin yanında nəzəriyyəyə yer verilməsinin lazım olduğunu hiss edən sultanın istəyilə bir təlimxana qurulub və Tott burada topçuların yetişdirilməsinə başlayıb. Yetişdirilən topçuların arasında saqqallı insanların da olmasından Tott öz xatirələrində təqdir və iftixarla bəhs edib.
Sultan I Əbdülhəmid xan yalnız əsgərlikdə yeniliklər təmin etməklə kifayətlənməyib, tibb və astronomiyaya marağı olduğuna görə bu sahələrdə də Qərbin təsirini məmləkətinə gətirməyə çalışıb. Fransız səfiri Verqennesin vasitəsilə Paris Elmlər Akademiyasından Lalandea vasitəsilə astronomiya və tibb elminə dair əsərlər gətizdirərək türk dilinə tərcümə etdirib. Elm sahəsindəki çalışmaları ilə oyanıq bir sultan kimi görünən I Əbdülhəmid xan avropalıların uğurlarında ulduzların təsiri olduğuna inanırdı. Baş verəcək hadisələri qabaqcadan görüb xəbər verən münəccimlərin nəticələrə təsir etdiklərinə inanan Sultan I Əbdülhəmid xan xidmətçisi Əhməd bəyi Prussiya kralının yanına göndərir və ondan üç münəccim istəyir. Prussiya kralı Frederikin Əhməd bəyə cavabı belə olur: "Yaxşı bir orduya sahib olmaq, sülh zamanında döyüşə dərhal girə biləcək bir şəkildə onu təlim etdirmək, xəzinəni dolu tutmaq, bax mənim üç münəccimim budur, başqa münəccimim yoxdur".
Frederikin bu nəsihətlərinin I Əbdülhəmidə təsir etdiyi sultanın gördüyü işlərdən aydın olur. Lakin yaxşı düşüncələrinin olmasına baxmayaraq, Sultan I Əbdülhəmid xan geniş bir islahat planı hazırlayaraq onu yerinə yetirməyib və Osmanlının Rusiyaya səfərinin Osmanlılar üçün bir fəlakət halı almasının qarşısına keçə bilməyib. Osmanlı-Rusiya müharibəsinin xarakteri və nəticələri Osmanlı dövlətinin düşdüyü acılı vəziyyəti bütün dünyaya göstərdi.
Sultan I Əbdülhəmid xanın Ruslara qarşı bu qədər hazırlıq görüb əsgər və donanma ilə Qara dənizə çıxılaraq heç bir iş görmədən, əksinə, çoxlu itki verərək əliboş dönməsi isə, xarici dövlətlərə qarşı ayıb olacağı kimi, eyni zamanda Rusların cəsarətini artıracaq, bundan başqa, Osmanlı qüvvələrindən yardım gözləyən çərkəz, abxaz və dağlı xalqları donanmanın dönüşündən ümidsizliyə düşəcək və bunun nəticəsi olaraq ruslar Krım kimi oraları da istila edəcəkdilər.
Sultan I Əbdülhəmid xan səltənətinin ilk ilində, həyatının əlli ilini sarayda qapalı olaraq keçirməsinə baxmayaraq, yaranan vəziyyəti nəzərə alaraq əsgəri bir islahatın lüzumunu təqdir etmişdi. O, qardaşı III Mustafa zamanında Baron dö Tot vasitəsilə başladılan Qərb üsulu islahatın öz zamanında daha geniş bir tərzdə inkişafını arzu etməkdə idi.
Bunun üçün sədarət məqamını işğal edənlərə bu xüsusda tam bir səlahiyyət vermişdisə də bunların arasından ancaq ikisi, yəni Qara vəzir Seyid Məhməd paşa ilə Xəlil Paşa bir dərəcəyə qədər önəmli iş görməyə müvəffəq olmuşdular.
Sultan I Əbdülhəmid xan dövlət işləri ilə yaxından maraqlanar, hər bir mövzuda düşüncələrini vəzirlərə bildirərdi. Səltənəti boyunca ləyaqətli adamlar axtarıb və onlara ixtiyar verərək islahatların aparılması ilə məşğul olub. O, çox mərhəmətli olduğuna görə xalq arasında çox sevilib. Onun oğlanlarından ikisi - IV Mustafa və II Mahmud sonralar sultan olublar.
Sultan I Əbdülhəmid xanın qəbri Sirkəçidə I Əbdülhəmid xanın türbəsindədir.
Fazil QARAOĞLU
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
Tarix: 20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
Tarix: 19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
Tarix: 19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
Tarix: 19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
Tarix: 19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
Tarix: 19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
Tarix: 19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
Tarix: 19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi
- DİN-dən irimiqyaslı əməliyyat...
18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA
18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...
18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ