Cümə günü, 20 noyabr 2026
     

Rusiya və Ukrayna sürətlə müharibəyə hazırlaşır

Image


Dünya miqyasında yenidən böyük narahatlıqla izlənən məsələlərdən biri Rusiya və Ukrayna arasında artan hərbi gərginlikdir. Moskva Ukraynanı Krıma təcavüz etməkdə ittiham edərək, buna ən yüksək səviyyədə sərt cavab veriləcəyini istisna etmir. Bu vəziyyət, öz növbəsində, Rusiya-Ukrayna savaşının artıq açıq müstəviyə keçməsi və hərbi əməliyyatların başlama ehtimalını artırır.
Aydındır ki, Qərb də proseslərə müdaxilə etsə, yeni dünya savaşının məhz Ukraynadan başlaması tamamilə gözləniləndir.
Bu arada xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən Krımda planlaşdırılan terror aktının qarşısını aldığını açıqlayıb. FTX-nin məlumatında bildirilir ki, terror aktı Krımda vacib infrastruktur və yaşayış yerlərində planlaşdırılıb: "Məqsəd seçkilərə hazırlıq prosesində və seçkilərin keçirilməsi zamanı yarımadada sosial-siyasi vəziyyəti qarışdırmaq olub. Diversiya qrupu avqustun 7-nə keçən gecə Armyansk rayonunda aşkar edilib. Diversantlar saxlanan zaman atışmada FTX-nin bir əməkdaşı həlak olub. Toqquşma baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları 20 ədəd əldəqayırma partlayıcı vasitə, xüsusi silahlar, döyüş texnikası aşkar ediblər". Açıqlamada o da bildirilir ki, avqustun 8-nə keçən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları diversiya terror qrupunun daha iki müdaxilə cəhdinin qarşısını alıblar. Bu zaman daha bir rus hərbçisi həlak olub. Hazırda Krımda təhlükəsizlik tədbirləri gücləndirilir.
Prezident Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla görüşdə Krım ətrafında baş verənlərə dair bəyanatla çıxış edib və Ukraynanı hədələyib: "Bu çox həyəcanlı informasiyadır. İlk baxışdan bu, axmaq, cinayətkar aksiya kimi görünür. Ona görə axmaq ki, belə üsullarla Krımda yaşayan insanlara müsbət təsir etmək mümkün deyil. Ona görə cinayətkar ki, insanlar həlak olub". Rusiya prezidenti deyib ki, Luqanksda "xalq respublikasının" rəhbəri İqor Plotnitskiyə qarşı sui-qəsddən sonra indi də Krım ərazisinə daxil olmaq cəhdi göstərilib: "Rusiya tərəfdən iki hərbçi həlak olub. Biz belə hallardan yan keçməyəcəyik. Bu çox təhlükəli oyundur". Rusiya prezidenti Ukrayna hakimiyyətini terrorda günahlandırıb və bildirib ki, Kiyevdəki rejim öz xalqını soyub-talamağı davam etdirmək üçün diqqəti bu cür hadisələrlə yayındırmağa çalışır.
Ukrayna isə kəşfiyyatçılarının Krıma daxil olmaq cəhdi ilə bağlı ittihamları rədd edib. Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müşaviri Yuri Tandit bunu yalan informasiya adlandırıb: "Ukrayna öz ərazisini zəbt etmir və güc yolu ilə geri qaytarmır. Bunu heç zaman da etməyəcək". Moskva isə baş verənləri bağışlamayacağını bildirir. Belə vəziyyətdə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Vadim Skibitski Rusiyanın Krımda nüvə silahından istifadə edə biləcəyini bəyan edib: "Nüvə silahını hədəfə çatdırmaq üçün nəzərdə tutulan vasitələr hazırda Krım ərazisində-aerodromlarda və Sevastopoldakı hərbi-dəniz bazasında yerləşdirilib. Bunlar döyüş gəmiləri və sualtı qayıqlardır".
Ukrayna kəşfiyyatının məlumatlarına görə, nüvə döyüş başlıqları Rusiyanın Cənub Hərbi Dairəsinin ərazisindədir: "Onlar, qərar qəbul ediləcəyi halda, ya Krım ərazisinə daşına, ya da Cənub Dairəsinin aerodromlarına yerləşdirilən təyyarələrə qoyula bilər. Bundan sonra həmin silah döyüş tətbiqinə hazır olacaq". O da qeyd olunur ki, Krım ətrafındakı insidentlərdən sonra Rusiya Cənub Hərbi Dairəsinin aerodromlarına strateji nüvə bombardmançılarını yerləşdirir. Eləcə də Krımdakı Rusiya hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Məlumatlara görə, hazırda Donbasda da gərginlik artır və Ukrayna ordusu ilə separatçıların qüvvələri arasında atışmalar intensivləşib. Hər iki tərəf təmas xəttinə hərbi texnika cəmləşdirir. Ukraynanın Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsi isə bildirir ki, Rusiya Federasiyasının ərazisindən silahlar, hərbi texnika, döyüş sursatları və yanacaqla dolu yük eşelonları daşınır. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya tərəfindən "işğal edilmiş" Donetsk vilayətinin İlovaysk rayonuna tanklar, zirehli avtomobillər və reaktiv yaylım atəş sistemləri gətirilib. Ümumiyyətlə isə, separatçılara Moskvanın yardım etməsilə bağlı məlumatların sayı artır. Daha bir məlumat isə ondan ibarətdir ki, Rusiya tərəfindən Krım yarımadasına özü-özünü təmin edən ordu qüvvələri yerləşdirilib. Rusiya müdafiə naziri Sergey Şoyqu bunu Ukranya və NATO-nun fəaliyyəti ilə əlaqələndirib":NATO-nun Şərqi Avropada mövqeyinin güclənməsi, Ukraynadakı qeyri-sabit vəziyyət ölkəmizin şərq sərhədlərinin strateji önəmini bir daha artırır. Bu səbəbdən biz təcili tədbirlər görmək məcburiyyətində qaldıq. 2013-cü ildən bəri Cənub Federal Dairəsində 4 diviziya, 9 briqada və 22 alay yerləşdirilib. Hərbçilərin sayı iki dəfə artırıldı. Sözügedən bölgə 4 mindən çox modern silahla təchiz edilib".
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ