Cümə günü, 20 noyabr 2026
     

Bakı sammiti Qarabağ münaqişəsinin həllinə yeni şanslar açır

Image


Son günlərdə region ölkələrinin yüksək səviyyədə keçirilən görüşlərində əsas müzakirə predmetlərindən biri də Dağlıq Qarabağ münaqişəsilə bağlıdır. Bu məsələ Azərbaycan, Rusiya və İran prezidentlərinin məlum Bakı görüşündə də diqqət mərkəzində yer aldı. Rəsmi Bakı bir daha bəyan etdi ki, münaqişə ətrafında status-kvo qəbuledilməzdir. Məsələ ilə bağlı Prezident İlham Əliyev qeyd etdi:
"Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıdırlar. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Rusiya prezidenti Vladimir Putin də qeyd etdi ki, Moskva Qarabağ münaqişəsinin həllində kompromis qərarın qəbul edilməsinə səy göstərir":Bu problem doğrudan da bizə keçmiş sovetlərdən qalıb. Bu məsələnin Azərbaycan və Ermənistan üçün həssas olduğunu bilirəm. Biz Azərbaycan və Ermənistanın hər iki tərəfi qane edəcək kompromis qəbul etməsinə səy göstəririk. Bu məsələ gələcək nəslin maraqlarının təmin olunması baxımından həll edilməlidir". O da məlumdur ki, avqustun 10-da Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya çağırılıb və burada əsas diqqət mərkəzində yer alan məqamlardan biri məhz Qarabağ münaqişəsi olub. Putinin Bakı görüşü və ardınca türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla bir araya gəlməsindən sonra Ermənistanda hesab edilir ki, Moskva İrəvanı Qarabağ güzəştlərinə məcbur edəcək. Bu barədə "armenianreport" saytı yazır ki, Serj Sarkisyan və Vladimir Putin Moskvada əraziləri Azərbaycana qaytarmağa başlayır.
Sayt qeyd edir ki, avqustun 10-da Sarkisyanın Moskvaya səfəri haqda rəsmi məlumatlarda Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərin müzakirə edilməsi daha çox önə çəkilirdi: "Lakin bu yaxınlarda Putinlə Sarkisyan Sankt-Peterburqda görüşmüşdü. Onlar arasında intensiv danışıqların olması kədərli düşüncələrə yol açır. Kremlin mətbuat xidməti bildirdi ki, Sarkisyan və Putin aktual olan regional problemləri də müzakirə mövzusuna çevirib. Təbii ki, bu, Dağlıq Qarabağ münaqişəsidir. Digər tərəfdən, Sarkisyan-Putin görüşünün Bakıda İlham Əliyev-Putin görüşündən dərhal sonra olduğunu da nəzərə alsaq, bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Putin Sarkisyanın önünə Qarabağla bağlı əvvəldən hazırlanmış şərtləri qoyur".
Sayt yazır ki, indiyə qədər çoxsaylı mənbələr bu şərtlərin Qarabağ ətrafında rayonların qaytarılmasını nəzərdə tutduğunu açıqlayıb: "Kreml artıq çoxdandır Bakıya göstərir ki, erməni hakimiyyətinə tamamilə nəzarət edir. Bu baxımdan, Moskva görüşündə Putinin Sarkisyanı güzəştlərə məcbur etməsi əvvəlcədən də gözlənirdi. Burada 2013-cü ilin 3 sentyabrında Sarkisyanın Moskvaya səfəri yada düşür. O zaman Sarkisyan Moskvadan pərt qayıtmışdı. Daha sonra Ermənistanın Gömrük Şurasına daxil olması barədə qərar verildi. Bu onu deməyə əsas verir ki, Sarkisyan ərazilərin qaytarılması məsələsində də Rusiyanın tələblərilə razılaşmalı olacaq".
Elə rus ekspertlər də prezidentlərin Bakı görüşündən sonra Qarabağ münaqişəsi ətrafında vəziyyətin daha sürətlə dəyişdiyini bildirir. Məsələn, siyasi ekspert Aleksey Bıçkov Azərbaycanın regionda vacib siyasi oyunçuya çevrildiyinə diqqət çəkərək bu xüsusda bildirir: "Ankara ilə Moskva arasında münasibətlərin normallaşması fonunda Bakı vacib regional oyunçuya çevrilməkdədir. Məlum təyyarə qalmaqalının günahkarının ortaya çıxması prezident Putinə aydın olandan sonra Rusiya-Türkiyə münasibətlərində mülayimləşmə baş verdi. Bütün bunlardan sonra Bakı, Moskva ilə Ankara arasında əlaqə mərkəzi rolunu oynamaqdan çox, regionda vacib siyasi oyunçuya çevrildi. Azərbaycan və Rusiya prezidentlərinin görüşündə həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıldı. Bu fonda yaxın vaxtlarda biz bu tarixi qərarın verilməsinin şahidi olacağıq. Çünki tərəflər yaxşı anlayırlar ki, münaqişə tezliklə həll olunmalıdır. Axı belə münaqişə ocaqları hər an xarici oyunçular tərəfindən qonşu ölkələrlə münasibətləri korlamaq üçün alovlandırıla bilər.
Bu gün Azərbaycan, Rusiya və İran liderləri yaxşı anlayırlar ki, regionda yeni müharibəyə yol vermək və münaqişənin həllini uzatmaq olmaz. Bu münaqişənin regionun inkişaf etməsinə imkan vermədiyini hər üç ölkə lideri yaxşı anlayır. Ona görə də, fikrimcə, Dağlı Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda tarixi qərar veriləcək. Bu qərar, əlbəttə ki, yekun qərar olmayacaq. Bu qərar Azərbaycan-Ermənistan arasında əlaqələrin bərpa olunmasına kömək edəcək".
Nahid SALAYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ