Türkiyənin Hatay vilayəti və ətrafında təxribat hazırlayan bəzi xarici mərkəzlər qaçqın düşərgələrini vurmağa hazırlaşır.
Baki-xeber.com "Yenişafak” qəzetinə istinadən xəbər verir ki, 5 aydır davam edən hazırlıq prosesində FETÖ, Suriya kəşfiyyatı Muhaberat və CIA ortaq hərəkət edir. Suriyalı müxaliflər tərəfindən Türkiyə sərhədində tutulan bir Muhaberat agenti hücum hazırlığının detallarını da açıqlayıb. Əsədin agenti ilk olaraq Yayladağdakı Sərhəd Kampının hədəf alınacağını və sonra Türkiyə sərhədində yerləşən bir çox düşərgənin vurulacağını deyib. O, bu çərçivədə FETÖ-çularla da təmaslarda olduğunu, Qərbin bəzi kəşfiyyat xidmətlərinin bölgədəki agentlərindən də dəstək aldıqlarını bildirib.
Yayladağıın mərkəzi və Güveççi bölgəsində qurulan iki düşərgədə 6 mindən çox qaçqın yerləşdirilib. Bu düşərgələrə hücum hazırlıqları isə Kesep əsilli və Lazkiyedə yaşayan Nişan adlı bir erməni tərəfindən idarə olunur.