Bazar günü günü, 14 dekabr 2025
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Gündəm
Siyasət
İqtisadiyyat
Dünya
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan II Osman xan
Tarix: 10.08.2016 / 01:07
Bölmə: Siyasət
Sultan II Osman xan Osmanlı sultanlarının on altıncısı, İslam xəlifələrinin səksən birincisidir. 3 noyabr 1604-cu ildə İstanbulda anadan olan Sultan II Osman xanın atası Sultan I Əhməd xan, anası Mahfirüz Xədicə sultandır. Osman xan şahzadəliyində dövrün tanınan alimlərindən yüksək təhsil alaraq yetişib. Ərəbcə, farsca, latınca, yunanca və italyanca kimi Şərq və Qərb dillərini öyrənib.
Ədəbiyyat, tarix, coğrafiya və riyaziyyat fənlərindən də təhsil alıb. Sultan II Osman xan 1618-ci il fevral ayının 26-da atasının yerinə taxta keçən əmisi I Mustafa xanın xəstələnərək taxtı buraxmağa məcbur olması nəticəsində Osmanlı dövlətinin sultanı olub.
Sultan II Osman xanın taxta çıxışının ilk aylarında İranla sülh müqaviləsi imzalanaraq uzun illər sürən müharibəyə son verilib.
Sultan II Osman xan 1620-ci ilin yazında Xəlil paşa komandanlığındakı Osmanlı donanması İyonya dənizini şimal istiqamətində keçərək Otranto boğazından Adriatikə gələn Sultan II Osman xan Diraz üstündə iki İtaliya gəmisini ələ keçirir. Daha sonra Qərbdən Şərqə doğru Adriatik dənizinə keçərək Manfredoniya körfəzinə girib, İtaliyaya əsgər göndərir və qısa bir zamanda Manfredoniya limanı ilə birlikdə şəhəri də fəth edir.
Bu zamanlar Boqdan voyevodası Qratiani Osmanlı dövlətinə qarşı çıxmağa başlamışdı. Bu xəyanəti nəticəsində tutduğu mövqedən qovulan Qratiani Polşaya sığınır və onlardan böyük dəstək görür. Qratiani bu dövlətdən aldığı 60 min nəfərlik bir ordu ilə yenidən Osmanlı torpaqlarına hücum edir. Ancaq Özi bəylərbəyi İsgəndər paşa sürətlə hərəkətə keçərək bu ordunu Turla çayını keçərkən məhv edir və 120 topla arabalar dolusu qənimətlər əldə edir.
Sultan II Osman xan polyakların Qratianiyə göstərdikləri yardıma görə Polşanı fəth edib Baltik dənizinə çıxmaq, orada bir donanma quraraq Atlantik okeanına keçmək, Avropa xristianlığını həm Aralıq dənizi, həm də okean donanması ilə mühasirə altına almaq məqsədilə 1621-ci il may ayının 21-də cümə namazını qıldıqdan sonra səfərə çıxır. Sentyabr ayının 1-də Hotinə çatdıqda qalanı mühasirə altına alır. 35 gün davam edən döyüşlərdə qala bir neçə dəfə yenilmə vəziyyətinə gətirilsə də, yeniçərilərin itaətsizliyi və dövlət adamları arasındakı mübahisələr qəti bir nəticənin əldə edilməsinə mane olur. Ancaq Noqay tatarlarının bəyi Qandəmir Mirzə ilə Krım xanının oğlu Nurəddin Polşanın daxilinə qədər yürüşlər edərək bir çox qənimətlər əldə edirlər və qış mövsümünün gəlməsilə Polşa ilə sülh müqaviləsi bağlayıb geri dönürlər.
Polşa səfərində tam qələbə əldə edə bilməyən Sultan II Osman xan bunun səbəbini əsgərlərin istəksizliyində görür və bəzi islahatlar aparmaq məqsədilə Qapıqulu qruplarını yox edib onların yerinə Anadolu, Suriya və Misir türklərindən sadəcə əsgərliklə məşğul olan, padşahın əmrlərinə itaət edən mütəşəkkil bir ordu qurmaqla yanaşı, saray, hərəm və elmi təşkilatlarda da əsaslı dəyişikliklər etmək istəyirdi. Fəqət Qapıqulu qrupları sultanın bu islahat fikirlərinə açıqdan-açığa qarşı çıxır, elm təşkilatları və idarəçilər bitərəf davranırdılar. Belə bitərəf davranışların nəticəsində Sultan II Osman xanın həcc ziyarətinə getmək arzusunu bəhanə edən yeniçərilər üsyan etdilər. Osman xanın həccə getməkdən vaz keçməsi tələbilə başladılan bu üsyan daha sonra bəzi dövlət adamlarının kəlləsinin istənməsilə böyüdü və Sultan II Osman xanın taxtdan endirilməsi, Sultan Mustafanın ikinci dəfə taxta çıxması ilə nəticələndi.
Üsyan zamanı Sultan II Osman xanı ələ keçirən canilər rəva gördükləri ağır sözlərlə onu Orta camiyə apardılar və orada həbs etdilər. Gənc padşahın məruz qaldığı həqarətin həddi-hüdudu yox idi. Bu canilərin padşaha verdikləri əzab və cəfa onu pərişan bir hala gətirmişdi. Sultan II Osman xan ona əziyyət verən qrup ağalarının qarşısında: "Dünən cahanın padşahı idim, indi üryan qaldım. Mərhəmət edib halımdan ibrət alın! Dünya sizə qalmaz. Hansı padşahın qulları padşahlarına qarşı belə xəyanət ediblər?"- deyərək yalvardısa da, bu sözlərin canilər üzərində heç bir təsiri olmadı.
Sultan II Osman xanın Orta camidə mühafizəsi üçün Hasəki Sarı Məhməd ağa təyin edilmişdi. Yeniçərilər Osman xanın həyatına toxunmaq istəmirdilər, onlar gənc padşahın qəfəs həyatı yaşamasını istəyirdilər. Belə ki, çox xain bir kəs olan yeni Vəzir Davud paşa onu öldürmək üçün əmr verdikdə yeniçəri ağaları ona mane oldular. Osman xan da həyatına qəsd edən Davud paşaya: "Ey zalım, mən sənə nə etdim? İki dəfə törətdiyin cinayəti əfv edib səni öldürtmədim, əksinə, sənə vəzifə verdim. Bir de görüm sənin mənə olan qəsdin nədir?" - deyə bağırdı. Buna baxmayaraq, Davud paşa cümə namazından sonra ən güvəndiyi adamlarına Sultan II Osman xanı Yeddiqülləyə aparıb orada boğmalarını əmr etdi. Keçmiş sultanın Yeddiqülləyə aparıldığını seyr etmək üçün yollara toplanan xalq o zamana qədər görülməyən bir basırıq təşkil edirdi. Yeddiqülləyə gəlindiyi zaman axşam yaxınlaşırdı. Davud paşanın əmri ilə oraya qədər gələn minlərlə əsgər dağıldı. Daha sonra Davud paşa öz adamlarına tərəf dönərək: "Yanınıza səkkiz cəllad alıb Osmanın işini bitirin, sabaha qalmasın!" - dedi.
Sultan II Osman xan günlərdən bəri pərişan vəziyyətdə, ac və yuxusuz olduğu halda özünü son nəfəsinə qədər müdafiə edib. On cəlladın ilk hücumu bir nəticə verməyib. Birə on nisbət olmasına baxmayaraq, cəlladlar silahsız padşahla mübarizə edə bilməyəcəklərini anlayıblar. Onlar kəmənddən başqa bir silahdan istifadə etmək istəmirdilər. Çünki xanədan mənsubu olanın qanı axıdıla bilməzdi. Buna baxmayaraq, çöldən balta alan cəlladlara gənc sultan böyük bir ustalıqla müqavimət göstərir. Fəqət arxasından gələn bir cəllad baltası ilə onu çiynindən vuraraq ağır yaralayır. Yaranan bu vəziyyəti fürsət bilən cəbhəçibaşı kəməndi Osman xanın boynuna keçirir və onu yerə yıxır. Bu zaman digər canilər sultanın üzərinə yüklənərək onu qətlə yetirirlər. Bu hadisə 1622-ci il may ayının 20-də baş verib. Qətlə yetirilən sultanın nəşi o gecə Topqapı Sarayına aparılır. Sonrakı gün cənazə mərasiminə hazırlıqlar başlayır. Günorta namazından sonra cənazə namazının qılınması ilə Sultan II Osman xan Sultan Əhməd camisindəki atasının türbəsində dəfn edilir.
Sultan II Osmanın qətl edilməsi və onun yerinə şüursuz bir zavallının hökmdar olması bütün çevrəni mütəəssir etmiş və yavaş-yavaş bu hadisəyə səbəb olanlara təzyiqlər başlamışdı. Vəziri-əzəm Davud paşaya qarşı xalq "padşah qatili" deyə ağzına gələni söyləyir, o da qorxusundan Divana gələ bilmirdi. Saray süvariləri Davud paşanın sarayına hücum edərək "Sultan Osmanı nə səbəblə öldürdün? Biz onu sənə əmanət vermişdik,"- deyirlər. Lakin onun "Sultan Mustafanın fərmanıyla öldürdüm" cavabından sonra səs çıxara bilmirlər. Onun söylədiyinin yalan olmasına baxmayaraq, hadisənin üstü müvəqqəti olaraq örtülür.
Davud paşa mövqeyini qorumaq üçün əsgərin hər istədiyini yerinə yetirirdi. Bütün bunlara baxmayaraq, şeyxülislam Yəhyanın sultan validəyə yazdığı şikayət məktubu ilə Davud paşanın yerinə o zaman Misir valiliyində olan Mere Hüseyn paşanı 13 iyun 1622-ci ildə vəziri-əzəm təyin edirlər. Yeni vəziri-əzəm təyin edilən Mere Hüseyn paşa pul kisəsini doldurmaqla məşğul olduğuna və yeniçərilər ona qarşı üsyan etdiyinə görə 24 gün sonra padşahın dayəsinin həyat yoldaşı olan Lefkeli Mustafa paşa adında bir zavallı onun yerinə təyin edilir. Bu dəfə yeniçərilər Lefkeli Mustafanı istəmədiklərinə görə şeyxülislamı padşahın hüzuruna göndərirlər və görüş keçirildikdən sonra Hadım Gürcü Məhməd paşanın sədarətini təmsil etdiyinə görə möhür ona verilir.
Sultanlıqda yaranan durum - bir tərəfdən İstanbul xalqının müxtəlif təyinatlarla razılaşmaması, digər tərəfdən də Ərzurum Bəylərbəyi Abaza Məhməd paşanın ayaqlanması ölkədə gərgin vəziyyət yaratmışdı. Bir gün bunlar Divani-hümayuna gələrək: "Hər kəs bizə qarşı padşah qatili deyə hərəkət edir. Kim qətl etdisə, qoy onun haqqından gəlinsin"- deyə etiraz edirlər. Şeyxülislamın məsləhətilə onlar gedib məsələni sultana açıqlayırlar. Sultan: "Mən Sultan Osman qətl edilsin demədim. Onu Davud paşa öldürdü. Qatil kimdirsə o qətl edilməlidir"- deyir. Nəticədə, Davud paşa Yeddiqülləyə həbs edilir. Sonra öldürülmək üçün saray meydanına gətirilir. Davud paşa burada bağıraraq, "II Osman xanın qətl edilməsi üçün Rumeli kazəsgəri Yəhya ilə Anadolu kazəsgəri Mustafanın verdiyi fətva ilə bu işi gördüm" deyir. Belə olduqda Davud paşanı meydandan aparıb Orta camiyə yerləşdirirlər.
Vəziri-əzəm Gürcü Məhməd paşa Davud paşanın əsgərlər tərəfindən meydandan aparıldığını eşidəndə çaşıb-qalır. O, iki yüz nəfər əsgərlə kəndxudası Əhməd ağanı camiyə göndərir. Əhməd ağa camiyə basqın edib Davud paşanı oradan alaraq Sultan Osmanın mindiyi araba ilə Yeddiqülləyə gətirərək, Kilindir Uğrusu deyilən və bir zamanlar subaşı olan padşahın qatili ilə birlikdə boğdurur.
Vəziri-əzəm Gürcü Məhməd paşa tədbirli bir şəxs olub. Sultan II Osmanın qatillərini təmizlədikdən sonra o, ortalıqda sakitliyin yaranmasından istifadə edərək hökumətin işlərinə düzən vermək istəyir. Bu zaman keçmiş vəziri-əzəm Mere Hüseyn paşa ətrafına çoxlu pul paylayıb müxtəlif vədlər verərək, Arnavut Süleymanın vasitəsilə yeniçəriləri üsyana sövq edir. Mere Hüseyn paşanın planı Gürcü Məhməd paşanın əleyhinə hərəkat yaradıb düşündüklərini həyata keçirmək idi. Beləcə, istədiklərinə nail olduqdan sonra Divan günü o, vəziri-əzəmə: "Sən bizim əvvəlcə bəzi dostlarımızı öldürtmüşdün, biz sənin vəzirliyini istəmirik, qarşı çıxsan xəncəri çəkib səni parçalayarıq" - dedikdən sonra Gürcü Məhməd paşa istefa edərək möhürü qapıçıların kəndxudasına verir, o da xəzinədar vasitəsilə möhürü sultana göndərir. Daxildə kimin vəziri-əzəm olmasını istədikləri sorulduqda, onlar özlərini təhrik edən Mere Hüseyni istədiklərini deyirlər. Nəticədə, Mere Hüseyn paşa ikinci dəfə vəziri-əzəm olur.
Mere Hüseyn paşa vəziri-əzəm seçildikdən sonra tərəfdarlarına mükafat olaraq xalatlar geydirib onları pulla təmin edir, əsgərlərə şadlıq üçün vəsaitlər ayırır, ağalara minlərlə kəllə qənd göndərir, Orta camiyə xalılar döşətdirir, keçmiş vəziri-əzəm Gürcü Məhməd paşanı isə Bursaya sürgün edir. Beləcə o, tutduğu mövqeyini mühafizə etmək üçün qapıqulu ocaqlarına zatən çox çətin vəziyyətdə olan xəzinədən vəsaitlər verib ocaq zorbalarını himayə edərək göstərişli hərəkətlər edir.
Bir gün o, Divanda bərlərbəyi olan birini döyə-döyə öldürür və peyğəmbər nəslindən olan bir qazini döydürür. Döyülən qazi qapı-qapı dolaşıb üləmanı vəziri-əzəamin əleyhinə təhrik edir və belə olduqda Anadolu Kazəsgəri Bostanzadə Yəhya bəy bunları şeyxülislam Yəhya bəyə çatdırır. Şeyxülislam da baş verənləri sultana ərz edir. Yaranan vəziyyətdən xəbərdar olan Mere Hüseyn paşa yeniçəri ocağının himayəsinə sığınaraq onlardan yardım istəyir. Fəqət yeniçərilərin kəndxudası olan Bayram ağa yeniçəriləri vuruşmaqdan uzaqlaşdırır və Meredən pul alıb qərəzsiz bir vəzir istəmələrini tövsiyə edir. Onların da qərəzsiz bir vəzir istəmələri üzərinə Hüseyn paşa vəzirlikdən qovularaq vəziri-əzəmlik Bağdad valisi Kemankeş Əli Paşaya verilir. Mere Hüseyn paşa vəzirlikdən qovulduqdan sonra bir müddət gizlənsə də, Sultan IV Murad xanın taxta çıxmasından sonra tapılıb qətl edilir.
Gənc Osmanın şəhid edilməsi türk tarixinin ən acı hadisələrindən biridir. Onun vəhşicəsinə öldürülməsi Anadoluda bəzi üsyanların çıxmasına səbəb olub. Türk milləti padşahın öldürülməsini heç bir zaman həzm edə bilməyib, onun qatillərini nifrətlə anıb.
Sultan II Osman xan günəş üzlü, xoşagəlimli, şəfqətli bir padşah idi. Silah və hərb alətlərindən məharətlə istifadə edə bilirdi.
Hərəkət və davranışları fövqəladə şirindi. Dinimizi və təbii elmləri çox yaxşı bilir və sevərdi.
Fazil QARAOĞLU
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
Tarix: 13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
Tarix: 13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
Tarix: 13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
Tarix: 13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
Tarix: 13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
Tarix: 13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
Tarix: 13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Tarix: 13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
Tarix: 12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
Tarix: 12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
Tarix: 12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
Tarix: 12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?
Tarix: 12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
SON XƏBƏRLƏR
13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur...
13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj
– o sənədlər bizi məmnun etməyə bilər…
13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...
13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu
13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya
- onlara zərər vurar…
13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...
13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq
- XƏBƏRDARLIQ
13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...
13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı
13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
13.12.2025 / 09:23
Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...
13.12.2025 / 08:46
Tikintilərdə işçi həyatının qiyməti "3 qəpik olub"
- rəqəmlər dəhşətdir...
13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
13.12.2025 / 00:48
Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu
- Qara dəniz müharibə meydanına çevrilir...
12.12.2025 / 22:16
Gürcüstanda aksiya qadağaları sərtləşdirildi…
12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
12.12.2025 / 20:52
“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib
- cinayətə batmamış PKK-çı necə təyin ediləcək...
12.12.2025 / 20:39
Tramp 907-ni ləğv etməsə, Azərbaycanda hörmətdən düşəcək...
12.12.2025 / 20:30
Naxçıvanın Kültəpə kəndində yas mərasimində qazdan kütləvi zəhərlənmə
- 23 qadın xəstəxanaya yerləşdirildi
12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib?
- 23 min nə deməkdir?
12.12.2025 / 20:15
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
12.12.2025 / 20:12
Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi marşrutu Almaniyada nəzərdən keçirildi...
12.12.2025 / 19:58
AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...
12.12.2025 / 19:45
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
12.12.2025 / 19:42
Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...
12.12.2025 / 19:33
Aşqabadda bağlı qapılar arxasında 40 dəqiqlik zirvə
- Ərdoğanla Putin nəyi müzakirə etdi...
12.12.2025 / 19:27
Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu
- Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...
12.12.2025 / 19:14
Məhkəmə sistemində tam yeni qurum yaradılır
- rəqabət gözləntisi doğrulacaqmı?...
12.12.2025 / 19:08
Türkiyənin tarixi şəhəri -
İzmir
12.12.2025 / 19:00
İran "mis mədənləri" ilə Ermənistanı Qərbin asılılığından qorumaq istəyir...
12.12.2025 / 18:53
Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir
12.12.2025 / 18:47
Tramp NATO-dan çıxmaq adı ilə Avropanı şantaj edir(?)...
12.12.2025 / 18:35
Rəfail Hüseynov VHP-nin hansı(sa) nizamnamə maddəsini pozub?..
12.12.2025 / 18:21
Paşinyan “ermənilərin Qarabağa qayıdışı üzrə nə xəritə” hazırlayır...
12.12.2025 / 18:14
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyevin məzarını ziyarət edib
- FOTO
12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
12.12.2025 / 17:55
Merz Trampın Avropa siyasətinə sərt cavab verdi...
12.12.2025 / 17:46
ABŞ Avropanı parçalayır... 4 ölkə Avropa Birliyindən çıxacaq
- Gizli plan sızdırıldı…
12.12.2025 / 17:34
Rusiya Belçikanın “Euroclear” şirkətini məhkəməyə verdi…
12.12.2025 / 17:25
Ailə sevgi və sədaqət ocağıdır
12.12.2025 / 17:20
ABŞ G7-yə alternativ yaradır
- Rusiya və Çinin də daxil olacağı Core-5 qrupu…
12.12.2025 / 17:15
MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi
- FOTO
12.12.2025 / 16:55
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək - 2026-cı ilin astroloji-siyasi təhlili
12.12.2025 / 16:31
Trampın Ukrayna planının daha bir detalı ortaya çıxdı
- silahsızlaşdırılmış zona Rusiya ərazisi kimi tanınacaq...
12.12.2025 / 16:14
Ukrayna Xəzərdə Rusiyanın iki gəmisini vurdu...
12.12.2025 / 16:01
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu
- işi aparan və ifadə verənlər ermənilərdir...
12.12.2025 / 15:48
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
12.12.2025 / 15:25
Şəhid ailələri üçün daşınmaz əmlakın qeydiyyatı rüsumlardan azad edilir
12.12.2025 / 15:11
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur...
12.12.2025 / 14:26
Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…
12.12.2025 / 14:06
Türkiyənin tanınmış müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başladı
12.12.2025 / 13:50
Azərbaycan əhalisinin sayı açıqlandı
12.12.2025 / 13:37
AMEA Ramiz Mehdiyevin akadamek adını alır
12.12.2025 / 13:28
Trampdan xəbərdarlıq
- Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər
12.12.2025 / 13:10
Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir
12.12.2025 / 12:52
Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”
12.12.2025 / 12:44
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib
12.12.2025 / 12:40
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət etdi
- FOTO
12.12.2025 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- FOTO
12.12.2025 / 12:07
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana gəlir
12.12.2025 / 11:25
Əli Əsədov: "Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır"
12.12.2025 / 11:18
"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır"
– Baş nazir
12.12.2025 / 11:13
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
12.12.2025 / 11:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
12.12.2025 / 10:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- FOTO
12.12.2025 / 09:57
Zelenskidən Donbasla bağlı təəccüblü açıqlama
- referendum keçirilə bilər...
12.12.2025 / 09:25
MİDA-nın mənzillərindən "kiberbarmaqlar" kəsilmir ki, kəsilmir...
12.12.2025 / 09:06
Avropa Liqası - "Fənərbağça" darmadağınla qalib gəldi
12.12.2025 / 08:42
"Əldə balta ilə odun da doğramaq olar, adam da"
- məktəbdə uşağa verilən suala baxın...
12.12.2025 / 00:31
Ukrayna Xəzərdə “Lukoil”un neft platformasını vurdu
- 20-dən çox quyuda əməliyyatlar dayandı…
12.12.2025 / 00:06
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
- FOTO
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
Populyar xəbərlər
Tarix: 29.11.2025 / 13:50
Müəllimi 8 saat məktəbdə tutmağın hədəfi budur,
planın uğuruna şübhələr var…
Tarix: 04.12.2025 / 18:53
Uşaqlarımızın "Mavi balina" bəlası yenidən qayıdıb...
Tarix: 19.11.2025 / 09:32
SOCAR prezidentinin qərarı ölkədə maaş disbalansını dərinləşdirəcək...
Tarix: 14.11.2025 / 13:09
Пашинян громит агентов России
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
Tarix: 17.11.2025 / 13:05
К.Саркисян: "Будет новый Бог - армянин". Иисус Христосян?
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
XƏBƏR ARXİVİ