Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Putin və Ərdoğan 268 gündən sonra ilk dəfə bir arada...
Tarix: 10.08.2016 / 01:18
Bölmə: Siyasət
İki liderin görüşündə Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradılması barədə razılıq əldə edilib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya məxsus Su-24 qırıcısının vurulması ilə bağlı insidentdən 268 gün sonra ilk dəfə Sankt-Peterburqa Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlib. Baki-xeber.com xəbər verir ki, Putinlə Ərdoğanın görüşündə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov da iştirak edib.
Rusiya prezidenti Vladimir Putin bunun ötən ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ilk səfər olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin ötən ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ən aşağı səviyyəyə düşdüyünü deyib: "Türkiyənin çətin günlərində Rusiyaya gerçəkləşdirdiyiniz səfər hər iki ölkənin əlaqələrin normallaşmasında maraqlı olduğunu göstərir və bu, hər iki xalqın marağında olacaq".
Putin bildirib ki, Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir. O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: "Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq".
V.Putin təkbətək və geniş formatda keçiriləcək görüşlərdə ticarət əlaqələri və terrorla mübarizə sahəsində müzakirələrin olacağını bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi cəhdindən az sonra Rusiyaya səfər etdiyini xatırladıb. O bildirib ki, iki ölkə arasında münasibətlər müsbət mərhələyə keçib: "Atdığımız və atacağımız addımlar daha geniş mərhələyə keçəcək. Masa üzərində ikitərəfli əlaqələrə dair bir sıra mövzular var. Bölgədəki bəzi məsələrə dair bizim mövqeyimizlə bağlı gözləntilər mövcuddur. Bizim əməkdaşlığımız regionda bir çox problemlərin həllinə kömək edəcək".
Türkiyə prezidenti qeyd edib ki, Ankara hərbi çevrilişə cəhd zamanı Rusiyanın dəstəyini yüksək qiymətləndirir. Ərdoğan Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.
Sonra sonuncu dəfə 2015-ci ilin noyabrında üz-üzə görüşən Putin və Ərdoğanın Konstantinov Sarayında təkbətək görüşü keçirilib. Məlumata görə, qapalı görüşdə tərəflər əlaqələrin 2015-ci ilin əvvəlindəki səviyyəyə gətirilməsi barədə razılığa gəlib.
"Reuters" agentliyi xəbər verir ki, qapalı görüş müsbət atmosferdə keçib.
1 saat 45 dəqiqə davam edən qapalı görüşdən sonra nümayəndə heyətlərilə birgə görüşlər başlayıb.
Onu da qeyd edək ki, iki lider sonuncu dəfə 15 noyabr 2015-ci ildə Antalyada "G-20"-nin Sammitində görüşmüşdü.
Görüşlərdən sonra keçirilən brifinqdə Putin bildirib ki, iki ölkə arasındakı əsas yeri enerji məsələsi tutur: "Bu görüş iki ölkə əlaqələrinin gələcəyi baxımından əhəmiyyət daşıyır. Türk-Rus əlaqələrinin hamısını əhatə edən bir görüş reallaşdırdıq. Prioritetimiz böhrandan əvvəlki dövrə qayıtmaqdır..."
Görüş barədə danışan Ərdoğan isə Ankaranın Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli zirvəsi formatının yaradılmasında müsbət baxdığını deyib. O, görüşdə bu məsələnin müzakirə olunduğunu bildirib: "Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər".
Suriya mövzusuna gəlincə isə, Putin deyib ki, bununla bağlı başqa bir yığıncaq keçirərək mövzunu təkrar müzakirə edəcəklər.
Putin qeyd edib ki, Türkiyə ilə ticarət və iqtisadi münasibətlər payızda müzakirə olunacaq.
O bildirib ki, bugünkü görüş Rusiya-Türkiyə münasibətlərinin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır (APA). Rusiya rəhbəri nəzərə çatdırıb ki, Ərdoğanla beynəlxalq və ikili münasibətlərə dair konstruktiv danışıqlar olub: "Münasibətlərimiz ötən il Rusiya təyyarəsinin vurulması ilə pisləşmişdi. Lakin münasibətlərimizin taleyinə dair qarşılıqlı hörmət məntiqi üstünlük qazandı. Türkiyənin çətin siyasi durumunda prezident Sankt-Peterburqa səfər etdi, bununla da münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərdi. Münasibətlərin əvvəlki vəziyyətə çatdırılması üçün proses başlayıb. Lakin bunun üçün müəyyən vaxt tələb olunur. Biz əlaqələrin əsas mexanizmləri istiqamətində işləmək üzrə razılaşdıq. Energetika, metallurgiya, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edildi. Rusiyalı turistlərin Türkiyəyə səfərlərinin bərpası ilə bağlı bu ilin iyununda qərar vermişik, lakin bunun üçün vaxt lazımdır. Türkiyə hökumətinin də bizim vətəndaşlarımızın maksimum təhlükəsizliyini təmin etməsi vacibdir. Biz belə bir təminat almışıq. Hava əlaqəsi iyunun sonunda bərpa olunub. Çarter aviareyslərinin bərpası texniki məsələdir və zaman tələb edir. Terrorizmlə mübarizə də bizim münasibətlərin əsas hissəsini təşkil edir. Münasibətlərin tam formatda bərpası üçün bütün imkanlar var. Rusiya buna hazırdır".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə hər iki ölkənin münasibətləri yüksək səviyyəyə qaldırmaqda qərarlı olduğunu bildirib, bu sahədə iradəyə sahib olduqlarını ifadə edib: "Siyasi, iqtisadi, mədəni və qlobal sahələrdə iki ölkənin münasibətlərini lazımi səviyyəyə çatdırmaq barədə razılaşma əldə etdik. Vizasız rejimin tam təşəkkülü istiqamətində addımlar atacağıq. Müzakirə olunan digər məsələ "Akkuyu" Atom Elektrik Stansiyası layihəsinə strateji investisiya statusu verilməsidir. Bu sahədə danışıqlar aparılır və müvafiq qərar veriləcək. Həmçinin "Türk axını" layihəsini müzakirə etdik. Türkiyə Rusiyadan ildə 28 milyard kubmetr qaz alır. Bunun 18 milyard kubmetrini dövlət, qalanını özəl sektor alır. Türkiyə "Türk axını" layihəsinin reallaşmasında maraqlıdır. Biz Rusiya qazını "Türk axını" vasitəsilə Avropaya nəql etmək niyyətindəyik".
Baki-xeber.com xəbər verir ki, Ankara və Moskva 2016-2019-cu illəri əhatə edən 12 maddəlik razılaşma əldə edilib. Bu razılaşma çərçivəsində iqtisadiyyat, ticarət, enerji, turizm və digər sahələrlə bağlı qərarlar da verilib. Enerji mövzusu razılaşmanın əsasını təşkil edir.
12 maddəlik razılaşmada Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradılması da yer alır. Razılaşmaya görə, "Türk axını" layihəsi də sürətləndiriləcək.
TAHİR
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
Tarix: 20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
Tarix: 19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
Tarix: 19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
Tarix: 19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
Tarix: 19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
Tarix: 19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
Tarix: 19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
Tarix: 19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi
- DİN-dən irimiqyaslı əməliyyat...
18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA
18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...
18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ