Rusiya Türkiyəyə hərbi əməkdaşlıq təklif etməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə "İzvestiya” qəzeti mənbəyə istinadən xəbər yayıb.
Rusiya iki ölkə hərbçiləri arasında xüsusi informasiya mübadiləsi kanalının yaradılmasında maraqlıdır. Məlumata görə, 24 noyabr qırıcı olayının təkrarlanmaması üçün Rusiya Müdafiə Nazirliyi Türkiyəyə iki ölkənin hərbçiləri arasında informasiya mübadiləsi etməyə imkan verən kanal yaratmaq üçün təkliflər paketi hazırlayır.
Mənbəyə görə, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabahkı Sankt Peterburq görüşündə bununla bağlı prinsipial qərarlar veriləcəyi halda, sənədlər Türkiyə Milli Müdafiə Nazirliyinə göndəriləcək.