Cümə günü, 20 noyabr 2026
     

"İncirlik" bazasının alternativi - Türkiyədə məlum olaylardan sonra NATO-nun siyasətində dəyişiklik...

Image


Arzu Nağıyev: "Məlumdur ki, bu təzyiqlər əsasən Gülənin ekstradisiyasına nail olmaq üçün edilir"

"Artıq Pentaqon son bəyanatlarında razılıq əldə edildiyini və uçuşların "İncirlik"dən bərpa ediləcəyini bildirib"

Birləşmiş Ştatlarda mühacir həyatı yaşayan Fətullah Gülən Türkiyəyə verilməsə, Ankara-Vaşinqton münasibətlərinin əvvəlki səviyyədə olması mümkün görünmür.
Bu arada Türkiyə rəsmiləri ABŞ hökumətinə terror təşkilatına başçılıq edən Güləni həbs etməyin vacibliyini ətraflı əsaslandıran çoxsaylı sənəd göndərdiklərini bildirir. ABŞ rəsmiləri Türkiyənin tələbləri ilə bağlı hələlik şərh vermir. Onlar, sadəcə, sənədlərin qəbul edildiyini və hazırda təhlil olunduğunu deyir. Ankara isə Vaşinqtonun məsələyə bu səpkidə münasibət bəsləməsindən ciddi narahatlıq keçirir və bunun əməkdaşlığa zərər vurduğunu bəyan edir. Beləliklə, hazırkı vəziyyətdə Birləşmiş Ştatlar Türkiyədə çevrilişə dəstəyi inkar edir, lakin etiraf edirlər ki, son hadisə Türkiyə-Amerika münasibətləri üçün yeni sınaq meydanı yaradıb. Bu fonda o da bəlli olub ki, amerikalılar Türkiyənin "İncirlik" bazasından asılılığı azaltmaq niyyətinə düşüb. Vaşinqton İŞİD-ə qarşı əməliyyatlarda artıq İraq Kürdüstanındakı hava bazasından istifadə edir. İraq informasiya agentliyi xəbər verib ki, Birləşmiş Ştatlar bölgəsəl Kürdüstan hökuməti ilə məxfi hərbi razılaşma əsasında bölgədə daha beş bu cür baza qurmağı planlaşdırır. Bu da Türkiyənin narazılığına yol açan əsas məqamlardan biri sayılır.
NATO-nun "İncirlik" hərbi bazasına İraq Kürdüstanında alternativ yaradıldığı barədə xəbərləri inandırıcı saymaq olarmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, "İncirlik" bazası tək ABŞ-a aid deyil: "Məlumdur ki, bu hərbi aviabaza Türkiyə Hərbi Hava Qüvvələrinin və ABŞ HHQ-nin birgə istifadə etdikləri bir qurumdur. Bazanın komandanı da Türkiyə vətəndaşı olur. ABŞ-ın 5000 nəfər hərbçisi bu bazada xidmət keçir. Məlumdur ki, son çevrilişə cəhddən sonra bazanın komandanı general Bəkir Erkan Van ABŞ-a sığınacaq almaq üçün müraciət etdi və rədd cavabı aldıqdan sonra həbs edildi. Yəni bazanın çevrilişlə əlaqəsi haqqında irəli sürülən iddialar daha da çoxalıb. Çevrilişə cəhddən sonra ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin başçısı general Jozef Danford Türkiyəyə səfər edərək baş nazir Binəli Yıldırımla görüşdü və hətta çevriliş cəhdini pislədi. Demək olar ki, bazanın və oradakı ABŞ hərbçilərinin müqəddəratı məhz bu görüşün necə keçməsindən asılıdır. Təbii ki, ABŞ-dan əsas tələb Fətullah Gülənin verilməsidir və bu faktor da baza üçün mühüm əhəmiyyət kəsb edir.
Bazada son vaxtlar baş verən hadisələr həm Türkiyəni, həm də ABŞ-ı narahat edir. Əsas məqamlardan biri bazada nüvə silahının olması ehtimalıdır. Digər tərəfdən, hər dəfə Türkiyədə hansısa həbslər həyata keçiriləndə bazanın halqa kimi nəzarətə alınması və hətta işıqlarının kəsilməsi baş verir. Bu isə bazanın və orada olan 5000 hərbçinin öz işini həyata keçirməsinə əngəllər yaradır. Bu, bazanın işini tam iflic edir. Belə bir şəraitdə baza fəaliyyət göstərə bilməz. Bu isə qorxulu bir məsələdir. Hətta ABŞ vətəndaşlarının girov götürülməsi kimi də qiymətləndirilə bilər. Məlumdur ki, bu təzyiqlər əsasən Gülənin ekstradisiyasına nail olmaq üçün edilir. Hərbi baxımdan isə bu, acınacaqlı nəticələrə gətirib çıxara bilər. Buna görə də Türkiyə tərəfi bu məsələlərin ümumi təhlükəsizlik baxımından edilməsi ilə əlaqədar olduğu haqda bəyanat verdi.
Düşünürəm ki, rəsmi Ankara İŞİD-ə qarşı və ya Suriyada, İraqda özünün müttəfiqi olan ABŞ-ın və ya NATO-nun bazasına qarşı hətta müvəqqəti qadağalar qoysa da, sonda bazanın tam bağlanması və ya köçməsinin marağında deyil. Buna səbəblər də çoxdur və ABŞ Türkiyəyə sərf etməyən addımlar ata bilər. Lakin artıq Pentaqon son bəyanatlarında razılıq əldə edildiyini və uçuşların "İncirlik"dən bərpa ediləcəyini bildirib".
Məhəmmədəli QƏRİBLİ




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ