Cümə günü, 20 noyabr 2026
     

"Gülən ABŞ-ı da işğal edəcək, ələ keçirəcək"

Image


Ərdoğandan FETÖ ilə bağlı yeni mülahizələr...
Məlum çevriliş olayından sonra Türkiyə əsas düşmənlərindən biri sayılan Fətullah Gülənin həbs
olunması üçün fəaliyyət dairəsini genişləndirir. Artıq İstanbul məhkəməsi FETÖ terror təşkilatının qurucusu Fətullah Gülənin həbs olunması haqda qərar çıxarıb. Gülən 15 iyul dövlət çevrilişi cəhdinin təlimatını verməkdə ittiham olunur.
Rəsmi Ankara həm də ABŞ-dan Gülənin ekstradisiyasını tələb edir. Lakin Vaşinqton hələlik Türkiyənin tələbini qəbul etməyib. Bu vəziyyətdə Gülən Ərdoğana qarşı işlərini davam etdirir. Misirin "El Ğad" telekanalına danışan Gülən bildirib ki, Qərb Türkiyəyə müdaxilə etməli və AKP hökumətini devirməlidir. Gülən iddia edib ki, Türkiyədə insan haqları pozulduğu üçün Qərb hökuməti devirməlidir: "Ərdoğan vəzifədə olduğu dövrdə Yaxın Şərqdə sülh ehtimalı yoxdur". Ərdoğan isə F.Gülənin Türkiyəyə ekstradisiyasında israrını davam etdirir. Hətta o, Gülənin ABŞ üçün də təhlükəli olduğunu açıq şəkildə bəyan edib. Bildirib ki, FETÖ ABŞ-ı da işğal edərək ələ keçirə bilər. Onun sözlərinə görə, Gülən təşkilatlandığı 160 ölkənin hamısını, eləcə də ABŞ-ı gec-tez ələ keçirəcək. O, bir daha ABŞ-dan Güləni ekstradisiya etməsini tələb edib. Hazırda ABŞ-da olan Türkiyə Böyük Millət Məclsinin deputatı Kamil Aydın isə diqqətə çatdırıb ki, Türkiyə Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib. Parlamentin deputatı Gülənin Türkiyəyə verilməsinə nail olmaq məqsədilə ABŞ-ın müxtəlif qurumlarının nümayəndələri ilə, o cümlədən Ədliyyə Nazirliyinin rəsmilərilə görüşlər keçirib: "Bizə dedilər ki, 85 böyük qutudan ibarət sənədləri alıblar. Onlar onu araşdırır". Onun sözlərinə görə, Gülənin ekstradisiyası ilə bağlı Türkiyə və Amerika tərəfləri arasında danışıqlar davam edir. Amma Türkiyə ABŞ-dan tək Güləni istəmir. Artıq məlumdur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə üzrə keçmiş şefi Qraham Fuller də çevrilişə dəstək verənlərdən olub. Ümumiyyətlə, Fullerin Türkiyədə 15 iyul çevriliş cəhdinin əsas müəlliflərindən biri olduğu deyilir. Artıq Türkiyə tərəfi ona və onun ən yaxın silahdaşı olan Henri Barkeyə qarşı cinayət işi açıb. Məlumata görə, Fuller iyulun 15-də İstanbulda olub.
"Türkiyə" qəzeti də yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə üzrə mütəxəssisi Henri Barkey çevrilişə cəhd edilən günün axşamı İstanbul "Büyükada Splendid Palace" otelində qalıb. İddia olunur ki, Barkey 15 iyul saat 10:24-də Atatürk Hava Limanında enib. İyulun 18-dən 19-na keçən gecə səhər saat 04:05-də Atatürk Hava Limanından Türkiyəni tərk edib. Digər ehtimala görə, Barkeyin Türkiyəyə gəlişi bilərəkdən de-şifrə edilib. Məqsəd diqqəti çevriliş günü Türkiyəyə gələn Qraham Fullerdən yayındırmaq olub. "Türkiyə" qəzeti yazır:
"Əsas gələn Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş şeflərindən olan Fətullah Gülənin hamisi Qraham Fuller idi. Henri Barkeyin səfərinin açıqlanması sadəcə hədəfi çaşdırmaq məqsədi daşıyırdı". Məlumata görə, Fullerin özü çevriliş planını idarə etmək üçün Türkiyədə olub. Onun dövlət çevrilişi planı baş tutmayandan sonra 8 hərbçini Yunanıstana qaçıran helikopterin içində olduğu da deyilir. Türkiyə bu şəxslərin də qanun qarşısında cavab verməsini istəyir.
Amma indilikdə Türkiyənn əsas istəyi Gülənin ekstradisiyasına nail olmaqdır. Xarici işlər naziri Mövlud Çavuşoğlu Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əli olması ilə bağlı ABŞ-a bütün dəlilləri təqdim etdiklərini, axtarışda olan şəxslərin təslim edilməsi ilə bağlı iki ölkə arasında müvafiq razılaşmaların olduğunu bildirib: "Biz təbii ki, B və C planını düşünmürük. ABŞ-ın bu günə qədər istədiyi terrorçuları onlara təslim etdik. ABŞ-ın da bu terrorçunu bizə təslim etməsini gözləyirik". Bundan başqa, Çavuşoğlu Qərb ölkələrini terrorçuluğa dəstək verməkdə ittiham edib":Terror təşkilatlarına sahib çıxan Avropa ölkələrinə deyirik:bunun sizə də faydası yoxdur. Bu günə qədər bizim təslim etdiyimiz terrorçuları da sərbəst buraxdınız. Onların sərbəst fəaliyyətlərinə zəmin yaratdınız, sonu nə oldu? Təəssüf ki, Avropanın bir çox yerlərində terror hücumları baş verdi". Çavuşoğlu dövlət çevrilişi cəhdindən sonra ölkədən qaçanların, nəyin bahasına olursa-olsun, Türkiyəyə gətiriləcəyini bildirib: "Türkiyədən qaçanların izinə düşmüşük. Onları da geri qaytaracağıq, onlardan da hesab sorulacaq. Əsgər qiyafəsi ilə Yunanıstana sığınandan adam ola bilərmi, türk ola bilərmi? Bunlar bir müddətdir PKK terror təşkilatı ilə əlaqədədirlər. Onlara dövlətin bütün sirlərini satdıqlarını, verdiklərini bilirik".
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ