Cümə günü, 20 noyabr 2026
     

Qarabağ münaqişəsinin həlli istiqamətində indiyədək olmayan proseslər başlayır

Image


Azərbaycanın əsas problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllinə Türkiyənin də xüsusi maraq göstərməsi birmənalı həqiqətdir. Daha bir maraqlı məqam isə odur ki, son dövrlərdə Qarabağ münaqişəsinin həllində kifayət qədər təsir imkanları olan Rusiya da sözügedən problemin çözümü istiqamətində əməli addımların atılmasının tərəfdarı kimi çıxış edir.
Bu mənada avqustun 9-da Sankt-Peterburqda keçiriləcək Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşdə Qarabağ münaqişəsinin də əsas müzakirə predmetlərindən biri olması gözlənir.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Türkiyə və Rusiya prezidentlərinin görüşündə iki ölkə arasındakı münasibətlərin bərpası istiqamətində ciddi müzakirələr aparılacaq: "Bundan başqa, iqtisadi məsələlər də diqqət mərkəzində olacaq. Görüş zamanı liderlər həm də, Suriya da daxil olmaqla, bölgədəki problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar". Aydındır ki, bölgədəki problemlər arasında Qarabağ münaqişəsi də əsas yer tutur. Elə Türkiyə mediası da yazır ki, Ərdoğanla Putin arasında keçiriləcək görüşdə regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq. Xatırladaq ki, 2015-ci ilin sonlarında rəsmi Moskva ilə Ankara arasında yaranmış təyyarə böhranından sonra ilk dəfədir ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Özü də, qeyd olunduğu kimi, görüşə müzakirə üçün çoxsaylı mövzular çıxarılır. Erməni mediası isə bu fonda İrəvanın Qarabağ güzəştlərinə vadar ediləcəyini yazır. Ermənistanın "Joxovurd" qəzeti bu xüsusda bildirir: "Avqustun 8-də Bakıda Putinlə İlham Əliyevin görüşündən sonra Moskvaya dəvət olunan Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi çərçivəsində güzəştlər haqqında konkret vədlər verməyə məcbur ediləcək". Qəzet yazır ki, İrəvanda baş verən qiyam Qarabağ münaqişəsi ətrafında danışıqları təxirə salmışdı: "Lakin indi Sarkisyan Moskvaya gedir və Kreml ondan vədlər gözləyir".
Bir daha xatırladaq ki, Putin avqustun 8-də Bakıya səfər edəcək. Bakıda Rusiya, İran və Azərbaycan prezidentləri ilə "Şimal-Cənub" nəqliyyat dəhlizinə dair məsələlər müzakirə olunacaq. Bu, üç ölkənin razılaşdırığı və reallaşmaq üzrə olan strateji əhəmiyyətli nəqliyyat dəhlizidir. Lakin Putinin Bakıya səfəri zamanı Qarabağ məsələsi də əsas müzakirə mövzularından olacaq. Gözlənir ki, Putinin İlham Əliyevlə ikitərəfli danışıqlarının əsas mövzusu məhz Qarabağ münaqişəsinə dair nizamlama prosesinin indiki vəziyyəti olacaq. O da sirr deyil ki, Rusiya prezidenti Bakıya səfərin ardınca Ermənistan dövlət başçısını Moskvaya çağıraraq Qarabağa dair növbəti üçtərəfli sammitin təşkilini, eləcə də gündəmdə olan və "Lavrov planı" adlandırılan nizamlanma variantına dair məsələləri müzakirə edəcək. Moskvanın bu məsələdə Türkiyənin də mövqeyini nəzərə alması problemin Azərbaycanın maraq dairəsində həlli ehtimalını daha da artırır. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da ölkəsi ilə Rusiya arasında yaxınlaşmanın Qarabağ münaqişəsinə də müsbət mənada təsir göstərəcəyini vurğulayıb: "Rusiya bu bölgədə önəmli tərəfdaşımız, dost bildiyimiz bir ölkədir. Yaxın keçmişdə böyük sıxıntılar yaşadıq. Çox şükür ki, bununla da bağlı konstruktiv zəmində danışmaq imkanımız oldu, bizim əlaqələrin qırılmasından sonra ilk gündən etdiyimiz çağrı da eşidildi və sevindirici haldır ki, son vaxtlar Türkiyə - Rusiya əlaqələri əvvəlki kimi davam etdirilir. Bunun, Türkiyəyə olduğu kimi, Rusiyaya da, Azərbaycan da daxil olmaqla bölgədəki bütün dövlətlərə də faydası olacaq. Çünki gərginliyin heç kimə faydası yoxdur. Rusiya bu bölgənin və dünyanın aparıcı rola sahib ölkələrindən biri, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, həm də tarixən Türkiyənin önəm verdiyi, dost olduğu ölkədir. Anlaşa bilmədiyimiz bir çox məsələlər var, amma əlaqələrimizin inkişafının bu məsələləri konstruktiv danışıqlarla həll etməyə imkan verdiyini düşünürəm". Ankara-Moskva münasibətlərinin istiləşməsinin Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə nə kimi təsir göstərə biləcəyi ilə bağlı səfir qeyd edir: "Ümid edirik ki, yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində müəyyən adımlar atılacaq. Biz Rusiya ilə əlaqələrimizin hansı səviyyədə olmasından asılı olmayaraq, bu bölgədə təkcə beynəlxalq hüququn tələb etdiyinə görə deyil, təkcə Azərbaycan qardaş dövlət olduğuna görə deyil, eyni zamanda ümumilikdə bölgənin təhlükəsizliyi, inkişafı, potensialının reallaşdırılması üçün bu işğalın sona çatdırılmasının vacibliyini qeyd edirik, bunu da hər kəsə söyləyirik. Bunu sadəcə Azərbaycanın haqqı olduğu üçün deyil, əslində bunun hər kəsə xidmət edəcəyi üçün söyləyirik.
Bu baxımdan da ATƏT-in Minsk Qrupunun üzvü, dünyada fəal üzvü, Ermənistanla sıx əlaqələrə malik ölkə olan Rusiyadan böyük gözləntilərimiz var. Azərbaycanın uyğun gördüyü hər hansı düstur çərçivəsində üzərimizə düşən istənilən addımı atmağa hazırıq".
Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ