Cümə günü, 06 noyabr 2026
     

Tramp G-20 ölkələrini İranın üstünə qaldırmaq istəyir - ya 20-lər bölünəcək, ya da...

Image


ABŞ İrana qarşı maliyyə təzyiqini yeni mərhələyə keçirir. Vaşinqton həftəlik olaraq ikinci dərəcəli sanksiyalar tətbiq etməyi, ilk növbədə İranla maliyyə əlaqələri olan bankları hədəfə almağı planlaşdırır. Məqsəd İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq və Tehranla işləyən xarici qurumları da risk qarşısında qoymaqdır.

ABŞ Maliyyə naziri Skott Bessentin açıqlamasına görə, sanksiyaların növbəti mərhələsində İranla maliyyə əməliyyatlarını davam etdirən qurumların dollar sistemindən tamamilə çıxarılması gündəmə gələ bilər. Vaşinqton bununla yalnız İran banklarını deyil, Tehranla əməkdaşlıq edən üçüncü ölkələrin maliyyə institutlarını da təzyiq altında saxlamaq istəyir.

ABŞ artıq BƏƏ-dəki Misr Bankının filiallarına İranla mümkün maliyyə əlaqələrinə görə məhdudiyyətlər tətbiq edib. Bessent bildirib ki, belə tədbirlərin davamı gələcək və İranla işləyən digər bank və maliyyə qurumları da sanksiyalara məruz qala bilər.

Vaşinqtonun digər məqsədi G20 ölkələrini də İranla maliyyə əlaqələrini azaltmağa cəlb etməkdir. Bununla ABŞ İranın yalnız öz bank sistemi daxilində deyil, beynəlxalq bankçılıq və dollar dövriyyəsi vasitəsilə maliyyə əməliyyatları aparmaq imkanlarını daraltmağa çalışır.

Əsas nəticə ondan ibarətdir ki, ABŞ-ın yeni strategiyası İran iqtisadiyyatına birbaşa sanksiyalardan daha geniş təsir göstərə bilər. Çünki ikinci dərəcəli sanksiyalar xarici bankları seçim qarşısında qoyur: ya İranla işləmək, ya da ABŞ maliyyə sisteminə çıxışı qorumaq. Bu isə Tehranla ticarət aparan ölkələrin və şirkətlərin maliyyə əməliyyatlarını ciddi şəkildə çətinləşdirə bilər.

Tramp G20-ni İranla münasibətləri kəsməyə məcbur edə biləcəkmi, yoxsa bu tələb ABŞ ilə Çin və Rusiya arasında yeni iqtisadi qarşıdurmanın başlanğıcına çevrilərək G20-ni parçalayacaq?

ABŞ-ın İrana qarşı sanksiya siyasəti yalnız Tehranın iqtisadi imkanlarını məhdudlaşdırmaq məqsədi daşımır. Vaşinqton bununla həm İranın xarici ticarət imkanlarını daraltmağa, həm də ölkənin Rusiya və Çinlə iqtisadi əlaqələrini zəiflətməyə çalışır. Sanksiyaların sərtləşdirilməsi İranın neft gəlirlərinə, enerji ixracına və beynəlxalq maliyyə sisteminə çıxışına təzyiq göstərməklə Tehranın iqtisadi manevr imkanlarını azaltmağa hesablanıb.

Əli Orucov: "ABŞ-ın İrana qarşı sanksiyalarının əsas məqsədi İranın iqtisadi çöküşünə nail olmaqdır"

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü ...

Siyasi şərhçi Əli Orucov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarda əsas məqsəd İranın iqtisadi çöküşünə nail olmaq və ölkəni təslimçi sülhə məcbur etməkdir. Onun sözlərinə görə, Vaşinqton eyni zamanda Tehranın xüsusilə Rusiya və Çinlə iqtisadi əlaqələrini zəiflətməyə çalışır.

Əli Orucov hesab edir ki, ABŞ İranın ətrafındakı iqtisadi və siyasi çevrəni daraltmaqla paralel olaraq Çin və Rusiyanın da manevr imkanlarını məhdudlaşdırmağa çalışır. Burada enerji amili xüsusi əhəmiyyət daşıyır. İran dünyanın mühüm neft istehsalçılarından biridir və sanksiyalar səbəbindən onun neftinin müəyyən bazarlarda daha aşağı qiymətlə satılması Çin və digər Asiya ölkələri üçün iqtisadi üstünlük yaradır.

Ekspertin fikrincə, Vaşinqtonun məqsədlərindən biri də Çinin İrandan ucuz neft almasının qarşısını almaqdır. Əgər Çin İran neftindən daha az istifadə etməyə məcbur edilərsə, yaranan tələbatın bir hissəsi ABŞ və digər neft istehsalçılarının hesabına təmin oluna bilər. Bu isə həm ABŞ enerji şirkətləri, həm də Vaşinqtonun geoiqtisadi maraqları baxımından əhəmiyyətlidir.

Lakin bu siyasətin qarşısında ciddi məhdudiyyətlər də var. Çin dünyanın ən böyük enerji istehlakçılarından biridir və onun enerji təhlükəsizliyi baxımından yalnız bir ölkədən asılı qalmaq istəmədiyi kimi, ABŞ-ın siyasi təzyiqi ilə alternativləri tamamilə kənara qoyması da real görünmür. Pekin İranla enerji əlaqələrini öz milli maraqları çərçivəsində qiymətləndirir.

Əli Orucov qeyd edib ki, Hindistan, Cənubi Koreya, Yaponiya və Cənub-Şərqi Asiyanın inkişaf etməkdə olan ölkələri də İranla müxtəlif səviyyələrdə ticarət-iqtisadi əlaqələr saxlayırlar. Xüsusilə İran neftinin nisbətən aşağı qiymətə əldə edilməsi Asiya iqtisadiyyatları üçün mühüm amildir. Buna görə də bütün ölkələrin ABŞ-ın sanksiya siyasətinə eyni formada qoşulacağını gözləmək düzgün olmaz.

Bu baxımdan G20 ölkələrinin davranışı da xüsusi əhəmiyyət daşıyır. ABŞ dünya iqtisadiyyatında böyük təsir imkanlarına malik olsa da, G20 çərçivəsindəki bütün ölkələrin Vaşinqtonun maraqlarına uyğun eyni mövqedən çıxış edəcəyini düşünmək çətindir. Çünki bir sıra dövlətlər üçün enerji təhlükəsizliyi və ucuz enerji resurslarına çıxış ABŞ-ın geosiyasi tələblərindən daha vacib ola bilər.

Xüsusilə Rusiya və Çinin ABŞ-ın təzyiqi qarşısında geri çəkilməsi real görünmür. Çin İranla iqtisadi əlaqələrini davam etdirməklə yanaşı, dollar sistemindən asılılığını azaltmaq üçün alternativ maliyyə mexanizmlərini də inkişaf etdirir. İranla enerji ticarətində yuanın istifadəsinin genişlənməsi bu istiqamətdə mühüm nümunə ola bilər.

Əli Orucov hesab edir ki, dollarla əməliyyatlara məhdudiyyətlərin artırılması İran və Çin arasında alternativ valyutalarla ticarətin sürətlənməsinə səbəb ola bilər. Bu proses uzunmüddətli perspektivdə təkcə iki ölkənin münasibətlərinə deyil, beynəlxalq maliyyə sisteminə də təsir göstərə bilər. Çünki ABŞ sanksiyalarından yayınmaq istəyən ölkələr alternativ ödəniş mexanizmlərinin inkişafında maraqlı ola bilərlər.

Digər tərəfdən, ABŞ-ın sanksiyalarının təsirini də kiçiltmək olmaz. Yeni məhdudiyyətlər bankları, logistika şirkətlərini, sığortaçıları və digər kommersiya strukturlarını İranla işləmək məsələsində daha ehtiyatlı davranmağa məcbur edə bilər. Nəticədə İranın ixrac xərcləri arta, alıcı dairəsi darala və ölkənin enerji gəlirləri azala bilər. Bu isə Tehran üçün ciddi iqtisadi təzyiq yaradır.

Lakin sanksiyaların iqtisadi təzyiq yaratması ilə İranı tam şəkildə təcrid etmək eyni şey deyil. İranın Çin, Rusiya və bəzi Asiya ölkələri ilə əlaqələri Vaşinqtonun sanksiya siyasətinin tam nəticə verməsini çətinləşdirir. Eyni zamanda sanksiyaların həddindən artıq sərtləşdirilməsi neft bazarında qiymət və təklif risklərini də artıra bilər ki, bu da enerji idxalçısı ölkələr üçün arzuolunmaz nəticələr yaradır.

Əli Orucovun fikrincə, ABŞ-ın yeni sanksiyalarından irəli gələn tələblər bir sıra dövlətləri və şirkətləri çəkindirəcək və onları daha ehtiyatlı davranmağa məcbur edəcək. Ancaq onun qənaətinə görə, Prezident Donald Trampın İran siyasətində qarşıya qoyduğu məqsədlərin tam şəkildə həyata keçməsi real görünmür. Çünki İranın iqtisadi əlaqələri yalnız Qərblə məhdudlaşmır və Tehran üçün Çin, Rusiya və Asiya bazarları alternativ imkanlar yaradır.

Nəticədə, ABŞ-İran qarşıdurması getdikcə yalnız iki ölkə arasındakı siyasi mübarizə olmaqdan çıxaraq daha geniş geoiqtisadi rəqabətə çevrilir. Burada əsas sual İranın sanksiyalara nə qədər dözə bilməsi ilə yanaşı, Çin və digər Asiya iqtisadiyyatlarının ABŞ-ın təzyiqləri qarşısında nə qədər alternativ mexanizm yarada bilməsidir. Əgər alternativ valyutalar, ödəniş sistemləri və enerji ticarəti kanalları genişlənərsə, ABŞ sanksiyalarının təsiri müəyyən qədər zəifləyə bilər. Əksinə, Vaşinqton əsas alıcıları İran neftindən uzaqlaşdırmağı bacararsa, Tehranın iqtisadi təzyiq altında qalması daha da güclənəcək.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ