Ermənistan TRIPP çərçivəsində tikinti işlərinin başlaması üçün mümkün tarixləri açıqlayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, TRIPP layihəsi üzrə tikinti işləri gələn ilin yazında başlaya bilər.
“Biz, ABŞ və maraqlı tərəflər hesab edirik ki, dəmir yolu layihəsinin həyata keçirilməsindən əvvəl elektrik enerjisi tranziti başlaya bilər, çünki birincisini həyata keçirmək daha asandır”, - deyə o qeyd edib.
Tahir TAĞIYEV