ABŞ prezidenti Donald Tramp Rusiyanın maliyyə naziri Anton Siluanovun Aşvildə keçirilən G20 görüşündə iştirakını şərh edərkən bildirib ki, Vaşinqton "hamı ilə yola getmək istəyir". "Biz hamı ilə yola getməyi sevirik. Uğurlu olmağımın səbəblərindən biri də hamı ilə yola getməyimdir"- o deyib.
Yerli mətbuatın xəbərinə görə, Siluanovun gözlənilməz iştirakı G20 görüşünün gərgin başlanğıcına səbəb olub. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hücumundan bəri Rusiya nazirinin belə bir görüşdə şəxsən iştirak etdiyi ilk haldır. Avropalı müttəfiqlər Amerikanın Siluanovu görüşə dəvət etmək qərarına qəzəblərini bildiriblər. Öz növbəsində, Almaniyanın vitse-kansleri Lars Klinqbeyl rus nazirini Ukraynaya qarşı təcavüzünə görə açıq şəkildə qınayıb və ABŞ-ın belə bir qonağı qəbul etmək mövqeyindən narazılığını bildirib.
Bundan əlavə, Klingbeil və onun müxtəlif Avropa ölkələrindən olan həmkarları, Siluanov iştirak edəcəyi təqdirdə, nazirlərin ənənəvi qrup foto çəkilişini boykot etməklə hədələyiblər. NYT-nin məlumatına görə, Siluanovun fotoda olmaması göstərir ki, təhdid işə yarayıb.
SAMİRƏ