ABŞ prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalını tamamilə istisna etdiyini bəyan edib. Amerika lideri bu açıqlamanı Ağ Evdə jurnalistlərə verib.
O, vurğulayıb ki, Vaşinqton nüvə zərbəsini Tehrana təzyiq vasitəsi kimi görmür və məsələnin özü müzakirə mövzusu deyil. Tramp bildirib ki, hazırkı vəziyyətdə bu cür tədbirlər nə strateji, nə də taktiki məna kəsb edir. Onun sözlərinə görə, belə bir addım üçün heç bir əsas yoxdur.
Tahir TAĞIYEV