İspaniyada 2026-cı ilin yayı tarixdə ən ölümcül mövsüm adlandırılıb. İstiliklə əlaqəli ölüm halları 5200-ü keçib.
Bu barədə III Karlos Səhiyyə İnstitutu məlumat verib. Kümülatif isti stressi ölkə daxilində ölüm hallarını tarixi yüksək səviyyələrə çatdırıb. 16 may - 30 avqust tarixləri arasında həddindən artıq isti ilə əlaqəli ölüm sayı 5232 nəfərdir ki, bu da 2015-ci ildən 2025-ci ilə qədər olan orta illik yay ölüm sayından təxminən iki dəfə çoxdur. Daha öncə ən yüksək ölüm sayı 2022-ci ilin yayında qeydə alınıb, o zaman 4789 nəfər istidən ölüb. Bu il ölkədə ilin ən ölümcül günü 10 iyul olub - 142 nəfər istidən ölüb. Bu artımlar birbaşa İspaniyanın materik hissəsini vuran dörd güclü isti dalğasını əks etdirir. Məsələn, iyunun 24-də Bilbaoda açıq hava temperaturu 50 dərəcə Selsiyə çatıb.
SAMİRƏ